26 dekabr tarixindən «Diyetologiya və Piylənmənin profilaktikası» tədris proqramı başlayır

Kurs Dietologiya və Piylənmənin profilaktikası sahəsində dərin biliklərə yiyələnmək imkanı verən təlim proqramlarını təmsil edir. Müasir təqdqiqatlara əsaslanaraq qurulan proqramlara  daima ən son yeniliklər əlavə olunur. Kurs yalnız tibbi auditoriya üçün nəzərdə tutulmuşdurBu, Azərbaycanda  sağlam qidalanma sahəsində akademik bilik və praktiki bacarıqlar əldə etmək üçün unikal imkandır.Kurslarda iştirak edən hər bir şəxs Nutrisiologiya Dietologiya və Piylənmənin idarə olunması Akademiyasının (ANDOP) üzvü olmaq imkanını qazanır və gələcək layihələrdə iştirak hüququ əldə edir.

KURSUN PROQRAMI:

Kurs növbəti təlimlərdən təşkil olunmuşdur:

1. «Nutrisiologiya və Dietologiyanın əsasları»

2. «Piylənmənin idarə olunması»

3. «Kliniki dietologiya»

4. «Bağırsağın Mikrobiotası»

5. «Piylənmənin müalicəsində psixoloji aspektlər»

KURS HAQQINDA MƏLUMAT:

Dərslər həftədə iki dəfə (bazar ertəsi-cümə və ya çərşənbə axşamı-cümə axşamı), birinci növbədə (10:00-dan 13:00-a qədər) və ikinci növbədə (15:00-dan 18:00-a qədər) keçirilir. Proqram çərçivəsində təlim 5 ay davam edir. Dərslər Azərbaycan və Rus dillərində aparılır. Təlimin nəticələrinə görə iştirakçılara diplom verilir. Kursda iştiraka görə Azərbaycan Səhiyyə Nazirliyindən kreditlər verilir (ballar).

Maraqlıdır

14 noyabr, 18:00. Təlim «KLİNİKİ LABORATOR DİAQNOSTİKA»

Həkimsiniz və düzgün diaqnoz qoymaq üçün laboratoriya analizlərinin nəticələrini peşəkar səviyyədə qiymətləndirmək istəyirsiniz? Yeni elmi …

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *