Allergiyanın yaranma mexanizmi

Təəssüf ki, insanların əksəriyyəti allergiyadan əziyyət çəkir. Allergiya nədir? Başlayaq hüceyrədən! Hüceyrədən danışmasaq, allergiyanın nə olduğunu izah edə bilmərik. Çünki bütün proseslər hüceyrə səviyyəsində gedir.

Müəllif: Dr. Nigar Rzazade, Biorezonans diaqnostika üzrə mütəxəssis.

Allergiyanın mexanizmi ilə bağlı iki xəbərim var:

  1. Yaxşı
  2. Pis

Pis xəbər odur ki, allergiya genetik xəstəlikdir. Əgər valideyn və ya nənə-babalar allergiyadan əziyyət çəkibsə, onda uşaqlarda da allergiya olma riski var. İmmunologiya və Allerqologiya tibbin ən çətin sahəsidir, çünki orqanizmdə bu istiqamətdə gedən proseslər çox qəlizdir.

Yaxşı xəbər isə odur ki, Epigenetika adlanan bir sahə var. Epigenetika həyat tərzinizi dəyişdirərək həyat keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olur. Bu o deməkdir ki, insan sağlam həyat tərzi yaşayarsa, geni hüceyrə səviyyəsində dəyişməyə məcbur edə bilər.

Epigenetika sağlam qidalanma tərzi və psixologiyasıdır. Yəni, epigenetikanın köməyi ilə xəstəliyin gedişatını və həyat keyfiyyətini dəyişdirə, yaxşılaşdıra bilərik: sağaltmaq yox, remissiyanın içinə həbs etmək lazımdır.

Sağlam qidalanma sayəsində, həyat tərzimizi dəyişdirərək biz bu genləri dəyişirik, yəni bəzi genləri zəiflədirik, lazım olanları isə gücləndiririk. Beləliklə, allergiya remissiyaya keçir.

Allergiyanın mexanizmini və onun necə baş verdiyini başa düşmək üçün hüceyrəyə nəzər yetirməliyik.

Hüceyrə nədir və quruluşu necədir?

Hüceyrə — nüvədən ibarət, canlı, təkhüceyrəli orqanizmdir. Nüvə, məlum olduğu kimi, beyin deyil, o, reproduktiv orqandır. Yəni, daxilində DNT-nın olduğu nüvə bu gen amin turşularının davamıdır. Təbiətdə 28 amin turşusu var. Bunlardan 8-i əvəzolunmazdır, yəni bədəndə sintez olunmur, orqanizmə yalnız qida ilə daxil olur. Deməli, hər bir insanda amin turşuları müəyyən bir ardıcıllıqla düzülüb, yəni  geni formalaşdırıb. Bu gen özünəməxsusdur. Beləliklə, genin nə olduğunu anladıq. İndi isə antigenin nə olduğunu öyrənəcəyik. Fərz edək ki, zülal insanın qanına intravenoz yolu ilə daxil olur, bu isə qeyri-mümkündür. Bəs, bu zülalı biz yalnız mədə-bağırsaq yolu ilə necə əldə edə bilərik?

Məsələn, bir qida yeyirik, qida mədəmizə çatır. Mədə turşusunun köməyi ilə  həzm olunur, yaranan kütlə bağırsaqlara daxil olur. Bağırsaq fermentlərin köməyi ilə amin turşularını parçalayır, sonra bu amin turşuları qana daxil olur.

Qeyd etdiyim kimi, bizim hüceyrəmiz DNT nüvəsinin daxilindəki nüvədən ibarətdir. Gen reproduktivdir: yəni, hüceyrə bölünür və yeni hüceyrələr – yeni nəsil yaranır. Hər dəfə bir milyard hüceyrə öldükdə, əvəzində, 1 milyard yeni hüceyrə yaranır. İnsan hər 5 ildən bir yeni dəri, yeni bir ürəyə malik olur və s.

Məsələn, atopik dermatitli dəridə allergik səpkilər 15 günə müalicə oluna bilər. Çünki dəri hüceyrələri 15 gündən bir yenilənir. Yəni, dəri hüceyrələrinin yaşama müddəti belədir. Hüceyrədə həmçinin 3 qatlı membran var. İki qat zülaldan, bir qat isə piydən ibarətdir. Bu  membran hüceyrənin beyni sayılır. Membranın kanalları var. Bu kanallar vasitəsi ilə amin turşuları bu hüceyrəyə bütöv halda yox, bir-bir daxil olur.

Beləliklə, biz sizinlə GENİN və ANTİGENİN nə olduğunu başa düşdük. Yəni antigen istənilən zülal ola bilər (heyvani və ya bitki). İnsan orqanizminə hər hansı bir zülal daxil olduqda, o, antigen kimi qəbul edilir. O antigen təkcə ətdə deyil, başqa zülallarda da olur. Məsələn, Pollinoz xəstəliyi: polen allergiyasından hər kəsin xəbəri var.

Bəs, polen nədir?

Bu bitkinin DNT-dır, yəni insan orqanizmi polenləri antigen hesab edir və orqanizmdən uzaqlaşdırmaq istəyir. Yəni, bizim orqanizmimizdə gen-antigen mövcuddur. İndi immun sisteminin fəaliyyətinə nəzər salaq.

Bu antigen, yəni amin turşularının ardıcıllığı orqanizmə daxil olan kimi immun  hüceyrələri şəklini alır və qaraciyərə siqnal ötürülür. Nəticədə, antitel ifraz olunur. Antitel və antigen eyni nüsxələrdir: bir-biri ilə maqnitləşməyə başlayırlar və dövredən immun kompleks ortaya çıxır. Allergiya ilə bağlı analizlərin nəticələrində immun kompleksinin olması allergiyanın göstəricisidir.

Bəs daha sonra nə olur? İmmunitet sisteminin digər hüceyrələri bu dövranı tamamlayır: daxilində yerləşən fermentlər onları parçalayır, ifrazat sistemləri vasitəsi ilə xaric edirlər. 5 ifrazat sistemimiz var: bağırsaq, tənəffüs sistemi, dəri, böyrək və limfa.

Müəyyən dermatitlərin dəri vasitəsi ilə ortaya çıxması normal bir haldır. Lakin bəzən, immunitet müəyyən səbəblərə görə işləmir, bu zaman allergiya yaranır. Yəni, allergiya insan orqanizminin təbii müdafiə mexanizmidir. Nəticədə, yad zülal, həmçinin antitel aradan qaldırılır. Allergiyanın mexanizmi məhz bu cürdür. Beləliklə, insan orqanizminə daxil olan eyni antigen, artıq həmin hüceyrələr ilə qarşılaşır. İmmunitet hüceyrəsinin spesifik membranı vardır ki, onunla qarşılaşdıqda bu hüceyrə güclü şəkildə histamin ifraz etməyə başlayır. Bu elə kimyəvi maddədir.

Çoxları bilir ki, antihistaminlər bu maddənin qarşısını almaq üçün qəbul edilir. Qısacası, immunitet pozulduqda orqanizmin qoruyucu mexanizmlərindən biri də allergiyadır.

Bəs, immun və autoimmun xəstəliklərlər arasında fərq nədir? İmmunitet xəstəliyini biz hiss etmirik, çünki immun sistemi onu özü aradan qaldırır və artıq yüklənmə olmur. Autoimmun isə spesifik hüceyrələrdir, yəni makrofaq qatillərdir. Onlar öz hüceyrələrini yeməyə başlayırlar. Autoimmun tiroidit immun sistemi  tiroid vəzisi ilə mübarizə apardıqda yaranır. Autoimmun revmatoid artrit – immunitet sisteminin öz hüceyrələrini yeyərək mübarizə aparmasıdır. Allergiyanın mexanizmi haqqında fikirləri ümumiləşdirsək – bu, bədənin təbii, özünümüdafiə reaksiyasıdır.

Allergiya yalnız orqanizmə antigen daxil olduqda baş verir. Antigenlər bioloji, kimyəvi, fiziki olurlar. Bioloji antigenlərə orqanizmin tab gətirmədiyi, həzm olunmayan bütün qidalar daxildir. Səbəbi ferment çatışmazlığı, bağırsaq problemləri, sızdıran bağırsaq sindromu ola bilər və bu məhsullar antigenlərdir.

Bioloji antigenə, həmçinin bakteriyalar, viruslar, göbələklər, helmintlər daxildir. Məsələn, parazitar infeksiya – Helminthiasis, enterobiasis. Bu parazit nəcisdə olur. Deməli, bu nəcisdə zülal var, bu zülal DNT-dır, orqanizm onu nə edir? Bu zülalı antigen kimi qəbul etdiyi üçün kənarlaşdırır. Buna görə də psevdoallergiya baş verə bilər. Fiziki olaraq, bu, bir növ elektromaqnit dalğadır. Bu, günəş radiasiyası da ola bilər, çünki Günəşə qarşı allergiya mümkündür: fotodermatoz. Bunlar temperatur dəyişikliyindən yaranır. Məsələn, soyuqdan. Bəzi insanlarda soyuğa qarşı allergiya var. Kimyəvi allergenlər isə kimyəvi maddələrdir: toz, kir, qaz, yun.

Bir çox xəstələr sual verirlər ki, Biorezonans diaqnostika allergenləri aşkar edir? Bəli, edir və sizə həm allergenlərin tam siyahısını, həm də müəyyən olunmuş antigenlərin siyahısını verir! Bu siyahı ilə siz pəhriz sayəsində, antigenləri rahatlıqla aradan qaldırırsınız. Lakin bu müvəqqətidir!

İmmuniteti gücləndirdikdən sonra bu allergenləri qida rasionuna əlavə edirik.

One comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *