fbpx

ANDOP distant formatda təlim keçəcək

Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası Akademiyası (ANDOP) diyetologiya kursunun iştirakçılarına müvəqqəti olaraq, distant formatda təlim keçəcək.  Bu qərar dövlət başçısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən qəbul edilib və xoşagəlməz epidemioloji vəziyyətdə sizin təhlükəsizliyinizi qorumaq məqsədi daşıyır.

Nəzərinizə çatdıraq ki, ANDOP-da təlimlər  təcrübəli  peşəkar mütəxəssislərin şəxsi müəllif  mühazirələri və master-klaslar əsasında keçirilir. Sizinlə birgə onlayn dərs təcrübəsi qazanacağıq və bu sahədə mövcud olan bütün müasir imkanları sınaqdan keçirəcəyik.

Yaxın zamanlarda distant formatda təlimə başlayacağıq. Hazırda isə ZOOM platformasında mətn şəklində həyata keçiririk. Bunun tətbiqi istənilən cihazdan mümkündür: noutbuklardan, telefonlardan. Əminik ki, bu cür dərslər ofisimizdəki dərslərimizdən fərqlənməyəcək. Bu, müvəqqəti tədbirdir, ölkəmizdə epidemioloji vəziyyət normal hal aldıqdan sonra ənənəvi təlim formatımıza qayıdacağıq.

Eyni zamanda, bizim ofis təlimlərimizdə iştirak edə bilməyən iştirakçılarımız üçün gələcəkdə onlayn dərslər keçiriləcək.

İstənilən kritik vəziyyət bir çağırışdır və biz buna qarşı birgə mübarizə aparmalıyıq! Özünüzü qoruyun!

Hörmətlə, ANDOP və SSTM-in rəhbəri Sevinc Zaman

Maraqlıdır

Uşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi

Bizim məktəbin  əsas məqsədi  artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.

One comment

  1. Salam.Qoşulmaq istərdim.Bir həkim kimi növbəti ixtisasa yiyələnmək məqsədilə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *