ANDOP komandası HealthyFest-də

Bakıda Sağlamlıq Festivalı keçirildi! Festival sağlam həyat tərzi fikirlərini bir birləri ilə bölüşən insanları bir araya gətirdi. İştirakçılara Pilates, yoga, zumba, parkour və s. peşəkarlar tərəfindən dərslər təklif olundu.

Əlbətdə ki, ANDOP komandası bu sağlamlıq adı çəkilən yerdən geri qala bilməzdi. Festival boyunca dietoloqlarımız hər kəsə öz qidalarına düzəlişlər etməyi,artıq çəkilərini itirməyi və ya əksinə bir-iki kiloqram qazanmağın ən sağlam üsulu tövsiyələrini verdilər.

Çoxları uşaqları ilə birgə gəlmişdilər və bu, tədbirə özünəməxsus rəng verirdi. Festival uğurla keçdi, təşkilatçılar URBAN.az və Pullman Baku bu tədbirlə haqlı olaraq fəxr edə bilərlər.

Maraqlıdır

«Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib» — AzTibb.az

Bu gün (5 mart) Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə əməkdaşlığı ilə baş tutub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.