Artıq çəkinin sağlamlığa hansı təsirləri var?

Sual: Artıq çəkinin sağlamlığa hansı təsirləri var?

Cavab: ÜST-nın son statistikasına görə, dünyada hər 3 yetişkin insandan ən azı biri artıq çəkiyə sahibdir və demək olar ki, hər 10 nəfərdən biri piylənmədən əziyyət çəkir. Bundan əlavə, 40 milyondan çox 5 yaşınadək uşaq artıq çəkidən əziyyət çəkir.
Artıq çəki və ya piylənmə sağlamlığa əhəmiyyətli dərəcədə təsir edə bilər. Həddindən artıq piylənmə ürək-damar xəstəliklərinə (əsasən, ürək xəstəlikləri və insult), 2-ci tip diabetə, sümük-əzələ zədələnməsinə (osteoartit kimi) və bəzi xərçəng növlərinin (endometrial, süd vəzi və qalın bağırsaq xərçəngi) yaranmasına — ciddi sağlamlıq problemlərinə səbəb olur. Bu hallar erkən yaşda ölümə və daimi əlilliyə gətirib çıxarır.
Çoxları bilmir ki, hətta az miqdarda artıq çəki belə, sağlamlıq problemlərinə səbəb olur və çəki artdıqca bu problemlər artır. Yuxarıda sadalanan vəziyyətlərin çoxu ayrı-ayrı fərdlər və ailələr üçün uzunmüddətli narahatlıqlara səbəb olur. Bundan əlavə, səhiyyə sistemlərinin xərcləri həddən çox ola bilər.
Yaxşı xəbər odur ki, artıq çəki və piylənmənin qarşısı əhəmiyyətli dərəcədə alınır. İstehlak edilən kalori ilə sərf olunan kalori arasındakı enerji balansını qoruduqda uğur əldə olunur.
Bu məqsədə çatmaq üçün istehlak edilən ümumi yağ miqdarından gələn kalorini azaltmaq, doymuş yağlar əvəzinə, doymamış yağlar istifadə etmək lazımdır. Həmçinin meyvə və tərəvəz, paxla, tam taxıl və çərəz qəbulunu artırmaq, şəkər istifadəsini isə azaltmaq lazımdır. Kalori itkisini artırmaq üçün fiziki aktivlik artırılmalıdır, əksər günlərdə orta intensivli müntəzəm məşqlərə ən azı 30 dəqiqə vaxt ayırılmalıdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *