Autizmin inkşafında yodun rolu

Hamiləlik zamanı yod çatışmazlığının neyrokoqnitiv pozğunluqlarla əlaqəli olduğunu göstərən çox sayda çalışmalar mövcuddur.

Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.

Hyuston  nevrologiya İnstitutu və Niderland tədqiqatçıları  birlikdə minlərlə Hollandiyalı hamilə qadınları araşdırdılar və onların pəhrizində yod çatışmazlığı fetus beyninin inkişafına mənfi  təsir göstərdiyini tapdılar. Autizmli uşaqlar və onların analarında daim yodun aşağı səviyyəsinə malikdirlər. və  Amerikan Tiroid Assosiasiyası hamilə anaları onların nəslinin psixi sağlamlığını təmin etmək üçün yod əlavələrini qəbul etməyə çağırır.

Arizona Universitetində  James Adams tərəfindən aparılan bir araşdırmada, Autizm spektr pozğunluğu olan   51 uşağın,  29 bu uşaqların anasının və nəzarət qrupunda  saç testi ilə yod yoxlanıldı. Bu tədqiqat göstərir ki, analarda yod çatışmazlığı autizmin səbəbi və ya ağırlaşdırıcı faktoru ola bilər. Tədqiqat həmçinin göstərir ki, autizmli uşaqlarda yodun səviyyəsi nəzarət qrupunun uşaqlarından 45% aşağıdır.

Əksər tədqiqatlarda nevroloji  geriləmə,  intellekt  göstəricilərinin  azalması, xüsusilə neonatal dövrdə   ümumi  yod defisitinə məruz qalan uşaqlarda nümayiş etdirilib . Mülayim yod çatışmazlığı, hətta normal tiroid hormonlarının səviyyəsi olan uşaqlarda koqnitiv inkişafa mənfi təsir göstərir.

Çalışmaların biri —   yüngül və orta dərəcəli yod çatışmazlığı olan  bölgələrdə yaşayan analardan doğulan uşaqların neyropsixoloji və intellektual göstəricilərinin uzunmüddətli müşahidəsinə əsaslanmışdır. Bu qadınların bəzilərində hamiləliyin erkən mərhələlərində hipotiroksinemiya inkişaf etmişdir. Doğuşdan sonra  İlkin nevroloji müşahidələr  zamanı   uşaqlar 18-36 aylıq idilər.  DƏHP diaqnozuna uyğun olan klinik nəticələr barədə məlumat verildi, lakin  bu şübhə təsdiq edilmədi.  Tədqiqatda iştirak edən uşaqların 8-10 yaşına qədər  müşahidəsi uzadıldı və sonda 68,7%  uşaqda  DƏHP diaqnozu qoyuldu. Hamiləliyin erkən mərhələlərində fetusun tiroid sekresiyasının başlamasından əvvəl (20-ci həftədən) anadan  T4 transferinin rolu normal nevroloji inkişafı təmin etmək üçün əsasdır. Diaqnoz təsdiqlənən  uşaqların analarında  hamiləliyin erkən mərhələlərində tiroid çatışmazlığı müşahidə olunmuşdur.   Nəticədə bətndaxili inkşaf zamanı dölün beyninə tiroid  hormon daxil olması pozulmuşdur.    Qalxanabənzər vəzin hormonlarının çatışmazlığı və nevroloji zədələr arasında əlaqə bir sıra çalışmalarda yoxlanılmış və hamiləliyin erkən mərhələlərində hipotiroksinemiyanın fetus üçün zərərli ola biləcəyi artıq təsdiq olunmuşdur.

Hamiləlikdə qalxanvari vəz hormonlarının çatışmazlığı olan qadınların uşaqlarında autizm risqi dörd dəfə artmış olur.

Digər bir elmi araşdırmada autizm spektri pozuntuları  ilə olan 40 uşaqdan 19-da mülayim dərəcədə yod çatışmazlığı var idi. Nəzarət qrupu ilə müqayisədə autizm qrupunda daha aşağı   sərbəst T3, sərbəst T4 və daha yüksək TSH səviyyələri aşkar edilmişdir.

Tiwari və digərləri   uzun müddətli  yod defisitinin təsirini araşdırmış və məlum olmuşdur  ki, ağır yod  çatışmazlığı vizual təlim və yaddaş, diqqət əksikliyi, öyrənmə pozuntularının  inkşafına səbəb olur, mülayim çatışmazlıq isə  sosial-iqtisadi cəhətdən nailiyyətlər üçün motivasiyanı azaldır. Həmçinin  yod əlavələrinin qəbulu uşaqlarda  zehni funksiyaların və intellekt  göstəricilərinin yaxşılaşdırılması barədə məlumat verilmişdir.

Pubertat yaşda olan oğlanlarda autizmin müəyyən simptomlarının şiddəti  yod statusu ilə bağlıdır. Tiroid hormonları normal referans aralıqda olsa da , sidikdə yod səviyyəsi bu oğlanlarda əhəmiyyətli dərəcədə aşağı idi. Nəticələr onu göstərir ki, autizmdə yodun qeyri-hormonal rolunun əhəmiyyətinin araşdırılması zəruridir.

Digər bir çalışmada ağır Autizmli oğlanları sağlam həmyaşıdları ilə müqayisə edərək qanda qalxanvari vəz hormonlarını və sidikdə yod statusunu qiymətləndirdilər. Onlar belə nəticəyə gəldilər ki, qalxanvarı vəzin hormonları hər iki qrupda normal referans  diapazonların hüdudlarında idi, halbuki sidikdə yodun səviyyəsi autistik oğlanlarda xeyli aşağı idi. Bu da autizmdə yodun qeyri-hormonal rolunun daha çox tədqiq edilməsinə ehtiyac olduğunu göstərir.

Sidikdə yodun ölçülməsi qida ilə qəbul olunan yod statusunu təyin etmək üçün kifayət qədər yaxşı bir yoldur. Yodun autizmin inkşafında  «qeyri-hormonal»  təsiri  yalnız neyrokoqnitiv effektlərdən başqa, maraq doğuran digər sahələrə diqqət yetirmək lazımdır. Bəzi hallarda autizmli körpələr  1-3 yaş həddinə qədər normal inkişaf edirlər, sonra qəfil dəyişikliklər baş verir. Buna səbəb müxtəlif infeksiyalar, toksik metal məruziyyəti və həyati vacib mineralların çatışmazlığıdır. Belə ki, yod, selen və dəmir arasındakı qarşılıqlı əlaqə ümumi sağlamlığın və yaxşı əhval-ruhiyyənin saxlanmasında, infeksiyaların, ağır metalların səbəb olduğu neyrotoksiki təsirin qarşısının alınmasında  rol oynayır.

Attention Deficit and Hyperactivity Disorders in the Offspring of Mothers Exposed to Mild-Moderate Iodine Deficiency: A Possible Novel Iodine Deficiency Disorder in Developed Countries . F. Vermiglio, V. P. Lo Presti, M. Moleti, M. Sidoti, G. Tortorella, G. Scaffidi, M. G. Castagna, F. Mattina, M. A. Violi, A. Crisà . The Journal of Clinical Endocrinology & Metabolism, Volume 89, Issue 12, 1 December 2004, Pages 6054–6060, https://doi.org/10.1210/jc.2004-0571
Attention Deficit and Hyperactivity Disorders in the Offspring of Mothers Exposed to Mild-Moderate Iodine Deficiency: A Possible Novel Iodine Deficiency Disorder in Developed Countries . F. Vermiglio, V. P. Lo Presti, M. Moleti, M. Sidoti, G. Tortorella, G. Scaffidi, M. G. Castagna, F. Mattina, M. A. Violi, A. Crisà . The Journal of Clinical Endocrinology & Metabolism, Volume 89, Issue 12, 1 December 2004, Pages 6054–6060, https://doi.org/10.1210/jc.2004-0571
Iodine in autism spectrum disorders. Anna Błażewicza, Agata Makarewicz. Izabela  Korona-Glowniakc, Wojciech Dollivera, Ryszard  Kocjana. Journal of Trace Elements in Medicine and Biology Volume 34, March 2016, Pages 32-37
The Implications of Iodine and its Supplementation During Pregnancy in Fetal Brain Development. Author(s): Manel Puig-Domingo and Lluis Vila. Volume 8 , Issue 2 , 2013. Page: [97 — 109]Pages: 13. DOI: 10.2174/1574884711308020002
Evaluation of Iodine Deficiency in Children with Attention Deficit/Hyperactivity Disorder. Saliha Kanık Yüksek,  Zehra Aycan, and Özgür Öner. Published online 2016 Mar 1. doi: 10.4274/jcrpe.2406.
Are mild maternal iodine  deficiency and child IQ linked? Michael B. Zimmermann. Zimmermann, M. B. Nat. Rev. Endocrinol. advance online publication 2 July 2013; doi:10.1038/nrendo.2013.12
Iodine supplementation improves cognition in iodine-deficient schoolchildren in Albania: a randomized, controlled, double-blind study. Downloaded from https://academic.oup.com/ajcn/article/83/1/108/4649445  by guest on 30 April 2022
Toxic Metals and Essential Elements in Hair and Severity of Symptoms among Children with Autism. Eleonor BLAUROCK-BUSCH.Omnia R. AMIN.Hani H. DESSOKI. Thanaa RABAH. Received on the 16th December 2012. Accepted on the 29th February 2012

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *