fbpx

Bahar Salehova, psixo-pedaqoq, «Sağlam Düşüncə — Sağlam Həyat» facebook qrupunun təsisçisi

Bizim əsas vəzifəmiz İnsanlara sağlam həyat tərzinin ayrılmaz hissəsi olan düzgün qidalanma haqqında maksimum məlumat verməkdir. ANDOP -un  tərəfdaşlarının bu missiyanı öz üzərinə götürməyə hazır olması bizi çox sevindirir.

Məzunlarımızın fikirlərini bölüşməkdə davam edirik. Bu arada Qeyd edək ki, həkimlər və qeyri həkim auditoriyası üçün sentyabrın 1-dən dietologiya ilə bağlı tədris proqramları başlayacaq. Kurslara qatılmaq üçün aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz: https://courses.andop.az/

Bahar Salehova, pedaqoq,  «Sağlam Düşüncə — Sağlam Həyat» facebook qrupunun təsisçisi:

«Təhsil işçisi olsam da, xeyli zamandır dietologiya və nutrisiologiya sahəsində kompleks və peşəkar təhsil almaq imkanı axtarırdım. ANDOP-u kəşf etdikdən sonra bu bilikləri orda əldə edəcəyimə çox inanaraq təşkil olunan təlimlərə böyük ruh yüksəkliyi ilə qatıldım.

Düzgün qidalanma tərzinə və bu sahədə yeniliklərə hər zaman böyük marağım olduğundan bir müəllimə kimi mən də yetişən nəslə sağlam qidalanmanın əsaslarını öyrətmək niyyətindəyəm. Bildiyimiz kimi, düzgün qidalanma vərdişləri uşaqlıq dövründən formalaşır və gələcəkdə necə bir insan olacağımıza çox böyük təsir göstərir. Əgər biz heç olmasa uşaqlara hansı qidanın faydalı, hansının faydasız olması barədə məlumatlar aşılaya bilsək, artıq onlarda qidalara qarşı düzgün fikirlər formalaşdıra biləcəyik. Mən bütünlükdə öz biliklərimi buna həsr etməyə hazıram.

Belə bir möhtəşəm və innovativ təhsil mərkəzi təsis etdiyinə görə isə Sevinc xanım Zamana, həmçinin təlimlərdə əməyi keçən, öz bilik və təcrübələrini bizimlə hərtərəfli bölüşən həkimlərimiz Emil Hidayətli və Nigar Əliyevaya və onların simasında ANDOP-un bütün kollektivinə öz təşəkkürümü bildirirəm.

Maraqlıdır

Zeynəb Sadıxova, fitness məşqçisi

ANDOP-un təklif etdiyi unikal biliklərə yiyələnmək üçün iştirakçılarımız Azərbaycanın bölgələrindən gəlirlər. Biz çox şadıq ki, insanlar bir yerdə dayanmırlar, daim biliklərə yiyələnmək istəyirlər və buna görə öz konfort zonalarından keçə bilirlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *