fbpx

Əsas xəbərlər

ANDOP-un nəzdində Funksional Tibb Məktəbi açılacaq

Dünya funksional diaqnostikası xəstəliklərin profilaktikasında və orqanizmin pozulmuş funksiyalarının korreksiyasında effektiv olduğunu təsdiqləyən beynəlxalq dəlil bazası toplayıb. Xəstəliklərin simptomlarını müalicə etmək üzrə ixtisaslaşan dərman yönümlü klassik təbabətdən fərqli olaraq, funksional tibb orqanizmdə xəstəliyə səbəb olan disbalanslığı aradan  qaldırmağa yönəlmişdir.

Daha ətraflı

ANDOP Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin (СOM) Türkiyə Milli Sammitinə qatıldı

A]NDOP Piylənmənin İdarə Edilməsi üzrə Avropa Birliyi (EASO) tərəfindən akkreditə edilmiş, Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin - СOM nümayəndələrinin də qatıldığı, virtual formatda keçirilən Türkiyə Milli Sammitində iştirak etdi. Tədbir Türkiyə Obozite Araşdırma Dərnəyinin (TASO) təşkilatçılığı ilə baş tutdu.

Daha ətraflı

Müqəddəs Ramazan ayında oruc tutarkən orqanizmdə nə baş verir?

Orucluqda düzgün qaydada qidalanmaq üçün həmin ərəfədə orqanizmdə nə baş verdiyini bilmək lazımdır. Alimlər  sübut ediblər ki, orucluq zamanı sağlam insanın orqanizmi 3 mərhələdən keçir. Bunu nəzərə alaraq, mən bir diyetoloq kimi tövsiyə edirəm ki, orqanizmə zərər verməmək və bu mərhələləri rahat keçirmək üçün müəyyən bir qidalanma rejimi olmalıdır. Gəlin bu mərhələləri bir-bir nəzərdən keçirək.

Daha ətraflı

Müqəddəs Ramazan ayında oruc tutarkən necə qidalanmalıyıq?

Bütün müsəlmanların Ramazan bayramını təbrik edirik! 15 ildir ki, mən oruc  tuturam və hər il həm bir həkim, həm də bir müsəlman olaraq, özüm üçün yeni bir şey öyrənirəm. Pasiyentlərim bu sualı mənə tez-tez verirlər: “Oruc tutaraq arıqlaya bilərəm”? Ona görə bu gün çalışacağam ki, bu sualı ətraflı cavablandırım. Təəssüf ki, çoxları elə bilir orucluq vaxtı yemək-içməkdən imtina etmək arıqlamağa və orqanizmi təmizləməyə kömək edəcək. Əslində isə, bu qədər bəsit deyil.

Daha ətraflı

ANDOP distant formatda təlim keçəcək

ANDOP diyetologiya kursunun iştirakçılarına müvəqqəti olaraq, distant formatda təlim keçəcək.  Bu qərar dövlət başçısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən qəbul edilib və xoşagəlməz epidemioloji vəziyyətdə sizin təhlükəsizliyinizi qorumaq məqsədi daşıyır.

Daha ətraflı