Əsas xəbərlər

World Obesity Day 2022

Bakıda Dünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş  Beynəlxalq Elmi Konfrans keçirildi. Tədbir Səhiyyə Nazirliyinin (İctimai Səhiyyə və İslahatlar Mərkəzi – İSİM) dəstəyi ilə, Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası Akademiyası (ANDOP) və Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı altında keçirilib.

Daha ətraflı

2021-ci ildə ANDOP üçün ən önəmli 5 hadisə

2021-ci il başa çatdı və artıq hesabat vaxtıdır. İlk olaraq onu qeyd etməliyik ki, bu il çox önəmli hadisələrlə zəngin oldu. Axı, bu yaxınlarda biz 30 ildir işğal altında olan Qarabağın azad edilməsini - ümumi Böyük Qələbə Gününü qeyd etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının dəstəyi ilə Azərbaycan ordusunun qazandığı qələbə hər birimizdə xüsusi qalib ruhu aşıladı! İndi bizdə elə bir hiss var ki, ANDOP-un hər addımı mütləq uğurla nəticələnəcək! Həm 2021-ci ilin, həm də ANDOP-un 5 illik fəaliyyətinin yekunu olaraq, 5 ən mühüm hadisəni qeyd edirik.

Daha ətraflı

ANDOP-un nəzdində Funksional Tibb Məktəbi açılacaq

Dünya funksional diaqnostikası xəstəliklərin profilaktikasında və orqanizmin pozulmuş funksiyalarının korreksiyasında effektiv olduğunu təsdiqləyən beynəlxalq dəlil bazası toplayıb. Xəstəliklərin simptomlarını müalicə etmək üzrə ixtisaslaşan dərman yönümlü klassik təbabətdən fərqli olaraq, funksional tibb orqanizmdə xəstəliyə səbəb olan disbalanslığı aradan  qaldırmağa yönəlmişdir.

Daha ətraflı

ANDOP Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin (СOM) Türkiyə Milli Sammitinə qatıldı

A]NDOP Piylənmənin İdarə Edilməsi üzrə Avropa Birliyi (EASO) tərəfindən akkreditə edilmiş, Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin - СOM nümayəndələrinin də qatıldığı, virtual formatda keçirilən Türkiyə Milli Sammitində iştirak etdi. Tədbir Türkiyə Obozite Araşdırma Dərnəyinin (TASO) təşkilatçılığı ilə baş tutdu.

Daha ətraflı