fbpx

TƏLİMLƏR

«NUTRİSİOLOGİYA VƏ DİETOLOGİYA» QEYRİ HƏKİMLƏR ÜÇÜN TƏHSİL PROQRAMI

Proqram sağlam qidalanma sahəsində maariflənmək istəyən və bu sahədə daima yeniliklər axtarışında olan geniş auditoriya üçün hazırlanmışdır. Kurs Nutrisiologiya Diyetologiya və Piylənmənin idarə olunması Akademiyasının (ANDOP) əsas təlimlərini əhatə edir. Burada iştirakçılar Qidalanma və Diyetologiya sahəsində ən son məlumatları əldə edir, fəaliyyət və həyat tərzinə əsaslanaraq fərdi diyetlər tərtib etməyi öyrənir, praktik bacarıqlara yiyələnirlər.

Daha ətraflı

«DIETOLOGIYA VƏ PIYLƏNMƏNIN PROFILAKTIKASI» HƏKİMLƏR ÜÇÜN TƏHSIL PROQRAMI

Kurs diyetologiya və piylənmənin profilaktikası sahəsində dərin biliklərə yiyələnmək imkanı verən təlim proqramlarını əhatə edir.  Proqramlar müasir tədqiqatlarda əldə edilən yeniliklərlə bağlı daim zənginləşir. Kurs yalnız tibbi auditoriya üçün nəzərdə tutulmuşdur. Bu, Azərbaycanda sağlam qidalanma sahəsində akademik bilik və praktiki bacarıqlar əldə etmək üçün unikal imkandır.

Daha ətraflı

UŞAQ NUTRİSİOLOQİYASI

Artıq çəkisi olan uşağa necə kömək etmək olar? Uşaqlıqdakı artıq çəki və piylənmə bir başa yetkin yaşda piylənmə və onunla əlaqəli yoluxucu olmayan xəstəliklərin artması ilə bağlıdır, bu da vaxtından əvvəl ölümə səbəb ola bilər. Kurs tibbi auditoriyaya yönəldilmişdir.

Daha ətraflı

BARİATRİK CƏRRAHİYYƏ DİETOLOGİYASI

Bariatrik cərrahiyyə günümüzdə piylənmənin müalicəsində ən  effektiv  metodlardan birincisidir. Bariatrik əməliyyatlardan sonrakı uzun müddətli müvəffəqiyyətli nəticə isə xəstənin ömür boyu riayət edəcəyi qida və həyat tərzi dəyişikliklərinə bağlıdır. Bu yolda pasientin onu xüsusi müşahidə edəcəyi Bariatrik Dietoloqa ehtiyacı vardır.

Daha ətraflı

UŞAQ PSİXOLOGİYASININ ƏSASLARI

Sizləri SSTM –in yeni "Uşaq psixologiyasının əsasları" layihəsində iştirak etməyə dəvət edirik. Bu, uşağı ilə doğru bir şəkildə qarşılıqlı əlaqə qurnaq istəyən valideynlər üçün bir təlimdir. Bu təlim, bütün stereotipləri aradan qaldırmağa və uşaqlarla ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyə kömək edəcəkdir.

Daha ətraflı