MƏLUMAT

Metabolik sindromla bağlı araşdırma

Morbid piylənməsi olan xəstələr arasında D3 çatışmazlığı və ikincili hiperparatireoz kifayət qədər çoxdur. 25 (OH) D3 və maqnezium çatışmazlığının metabolik sindrom riskini artırması ilə bağlı araşdırmalar var. Həmçinin metabolik sindrom ilə paratiroid hormonu səviyyələri arasında əlaqə olduğuna dair məlumatlar var.

Daha ətraflı

D3 vitamini azlığının mənfi təsirləri hansılardır?

25(OH)D3 çatışmazlığının mədəaltı vəzin endokrin hüceyrələrinin funksiyası da daxil olmaqla, bir çox hüceyrələrin metabolik funksiyalarını pozduğu artıq məlumdur. Son illərdə əhali arasında müxtəlif etnik və yaş qrupları üzrə D3 vitamini çatışmazlığının yayılmasının qiymətləndirilməsi üçün tədqiqatlar aparılmışdır. Yenilənmiş təlimatlara görə, qan serumunda D3 vitamininin optimal səviyyəsi minimum 70 nmol / L hesab olunur.

Daha ətraflı

Cücərtinin faydaları

Cücərtinin müalicəvi xüsusiyyətlərini hələ qədim dövrlərdən bilirdilər. Bəzi bitkilərin cücərmiş toxumlarından (buğda, çovdar, küncüt və s.) xalq təbabətində bir çox xəstəliklərin profilaktikası və müalicəsi üçün istifadə ediblər. Cücərtilər qidalanma və dərman xüsusiyyətlərini özündə birləşdirir. Buna görə də onu “canlı dərman”, “tibbi qida”, “şəfalı qida”, “cavanlaşdırıcı iksir” də adlandırırlar.

Daha ətraflı

Şəkərin orqanizmə zərərləri

Sadə şəkərlər  istehsalçı, aşpaz  və  ya istehlakçı tərəfindən qidalara, içkilərə əlavə edilən monosaxaridlər (məsələn, qlükoza, fruktoza) və disaxaridlər (məsələn, saxaroza və ya süfrə şəkəri), həmçinin təbii olaraq balda, şərbətdə, meyvə şirəsində, konsentrat meyvə sularında mövcud olan şəkərlərdir. Şəkər saxarozanın ümumi adıdır (iki monosaxariddən ibarət olan disaxarid: α-qlükoza və β-fruktoza).

Daha ətraflı

Ana südü ilə qidalanma

6 ayadək yalnız ana südü ilə qidalanma analar və südəmər körpələr üçün çox böyük üstünlükdür. Əsas üstünlüklərindən biri nəinki inkişaf etməkdə olan ölkələrdə, həm də sənayeləşmiş ölkələrdə də müşahidə edilən mədə-bağırsaq infeksiyalarından qorumaqdır.

Daha ətraflı

Körpələr ilk yaşlarda necə qidalanmalıdır?

Ana südü körpələrin sağlam böyüməsi və inkişafı üçün ən yaxşı qidadır. Həyatının ilk 6 ayında körpələr ideal böyümə, inkişaf və sağlamlıq üçün yalnız ana südü ilə qidalanmalı, 6 aydan sonra doğru şəkildə təhlükəsiz əlavə qidalar almalıdırlar. Bununla yanaşı, 2 yaşadək və ya minimum 1 yaşadək ana südü ilə qidalanma davam etməlidir.

Daha ətraflı

Artıq çəkinin sağlamlığa hansı təsirləri var?

ÜST-nın son statistikasına görə, dünyada hər 3 yetişkin insandan ən azı biri artıq çəkiyə sahibdir və demək olar ki, hər 10 nəfərdən biri piylənmədən əziyyət çəkir. Bundan əlavə, 40 milyondan çox 5 yaşınadək uşaq artıq çəkidən əziyyət çəkir. Artıq çəki və ya piylənmə sağlamlığa əhəmiyyətli dərəcədə təsir edə bilər.

Daha ətraflı