Piylənmə multifaktorlu , qarışıq etiopatogenezi olan patologiya olduğu üçün onun klassifikasiyasını təyin etmək hər zaman çətin olub. Ona görə də hazırda piylənmənin dünya üzrə qəbul olunmuş stabil müəyyən bir klasifikasiyası yoxdur. Və tarix boyu piylənmənin müxtəlif klassifikasiyaları təklif olunmuşdur.
Daha ətraflıPiylənmə və COVİD – 19. Iki pandemiyanın toqquşması.
Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.
Daha ətraflıCovid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi
Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.
Daha ətraflıKompulsiv qidalanma — qida davranışının pozulması
Zaman keçdikcə insanların gözəllik anlayışı dəyişir. Əksər insanların düşüncəsinə görə, azçəkili olmaq bacarıqlı, gözəl, sağlam olmaq deməkdir. Artıq çəkili olmaq isə, əksinə, tənbəl, zəif, çirkin olmağın göstəricisidir. Buna görə də, dünyada qidalanma davranışının pozulması müşahidə olunan insanların sayı getdikcə artır.
Daha ətraflıQlüteni hər kəs həyatından cıxarmalıdırmı?
Qlüten – yüksək yapışqanlılıq xüsusiyyətinə malik, mürəkkəb bitki zülalıdır. Qlüten azərbaycanca "yapışqan" mənasını daşıyan "glue" – ingilis sözündən götürülüb. Qlüten xəmirin yumuşaq, elastik və həcmli olmasını təmin edir.
Daha ətraflıSağlam qida sağlam düşüncə deməkdir
İnsan öz ehtiyaclarını qarşılamaq üçün əsrlər boyu hər zaman fəaliyyətdə olub. Hələ qədim zamanlarda istər qida axtararkən, istər vəhşi heyvanlardan qorunarkən, istərsə də yaşamaq üçün özünə sığınacaq hazırlayarkən insan yetərincə enerji sərf edirdi.
Daha ətraflıPiylənmə həm estetik qüsur, həm də ciddi bir xəstəlikdir
Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci vacib səbəbi piylənmədir.
Daha ətraflıEnerji xərclərinin tənzimlənməsində hormonların təsiri
İnsan orqanizmasının doğru çalışması üçün bir balansın olması vacibdi. Necə ki, xoşbəxtliyin sirri həyatdakı yaşam balansını əldə etməkdirsə, xəstəliklərin qarşısını almaq bacarığı, orqanizmə daxil olan qida ilə (enerji ilə), istifadə olunan enerji arasındakı balansı doğru istiqamətləndirməyə dayanır. Bu məqalədə enerji xərclərinin tənzimlənməsində bəzi hormonların təsirindən danışacağıq.
Daha ətraflıQidalanma biokimyası. Lipidlərin həzmi və sorulma mexanizmi
Qidalanma bütün canlılarda fizioloji ehtiyacların başında gəlir.İnsanların sivilizasiyası, rifahı və mədəniyyət səviyyəsi inkişaf etdikcə, qidalanma instiktiv bir davranış olmaqdan çıxaraq bir elm halını almışdı. Sevindirici haldırki, sağlam qidalanma haqqında çox insanlar maariflənir, bu elmin daha da inkişaf etməsi üçün düzgün qidalanma mövzusunda işiqlandırma vəzifəsini öz üzərlərinə götürürlər.
Daha ətraflıPiylənməsi olan uşaqlarda cinsi yetişkinliyinin xüsusiyyətləri
Uşaqlıqdan yetişkinlik dövrünə keçid pubertat dövr adlandırılır. Cinsi yetişkənlik pubertat dövrün əsas hissəsidir. Pubertat neyroendokrin sistemin fəaliyyəti nəticəsində formalaşır. Bu prosesdə əsas rolu hipotalamo-hipofizar-qonad, daha az dərəcədə hipotalamo-hipofizar-boyrəküstü vəz sistemi oynayır. Birinci aktivləşəndə - qonadarx, ikinci aktivləşəndə adrenarx formalaşır.
Daha ətraflı