SAĞLAMLIQ

Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi

Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.

Daha ətraflı

Enerji xərclərinin tənzimlənməsində hormonların təsiri

İnsan orqanizmasının doğru çalışması üçün bir balansın olması vacibdi. Necə ki, xoşbəxtliyin sirri həyatdakı yaşam balansını əldə etməkdirsə, xəstəliklərin qarşısını almaq bacarığı, orqanizmə daxil olan qida ilə (enerji ilə), istifadə olunan enerji arasındakı balansı doğru istiqamətləndirməyə dayanır. Bu məqalədə enerji xərclərinin tənzimlənməsində bəzi hormonların təsirindən danışacağıq.

Daha ətraflı

Piylənməsi olan uşaqlarda cinsi yetişkinliyinin xüsusiyyətləri

Uşaqlıqdan yetişkinlik dövrünə keçid pubertat  dövr  adlandırılır. Cinsi yetişkənlik pubertat dövrün əsas hissəsidir. Pubertat neyroendokrin sistemin fəaliyyəti nəticə­sində formalaşır. Bu prosesdə əsas rolu hipotalamo-hipofizar-qonad, daha az dərəcədə hipotalamo-hipofizar-boyrəküstü vəz sistemi oynayır. Birinci aktivləşəndə - qonadarx, ikinci aktivləşəndə adrenarx formalaşır.

Daha ətraflı

SƏRBƏST YAĞ TURŞULARI (II hissə)

Son illərin çoxsaylı araşdırmalar göstərmişdir ki, SYT təkcə yüksək enerjili yanacaq deyil, həm də vacib siqnal molekullarıdır. Onların konsentrasiyası əzələlərdə qlükoza istifadəsinin intensivliyinə təsir edən vacib tənzimləyici amildir. Bundan başqa, adipoz toxuma, insulinə qarşı həssaslığa təsir göstərən (bunlar adiponektin və leptindir), xüsusən də şiş nekrozu amili-α (TNF-alfa), rezistin və s adipositokinlər adlanan çox sayda amil ifraz edən ən vacib endokrin orqandır.

Daha ətraflı

Müqəddəs Ramazan ayında oruc tutarkən orqanizmdə nə baş verir?

Orucluqda düzgün qaydada qidalanmaq üçün həmin ərəfədə orqanizmdə nə baş verdiyini bilmək lazımdır. Alimlər  sübut ediblər ki, orucluq zamanı sağlam insanın orqanizmi 3 mərhələdən keçir. Bunu nəzərə alaraq, mən bir diyetoloq kimi tövsiyə edirəm ki, orqanizmə zərər verməmək və bu mərhələləri rahat keçirmək üçün müəyyən bir qidalanma rejimi olmalıdır. Gəlin bu mərhələləri bir-bir nəzərdən keçirək.

Daha ətraflı

Sərbəst yağ turşuları (I hissə)

Plazmada mövcud olan yağ turşuları ya efirləşdirilir və bu vəziyyətdə əsasən albuminlə bağlı olur və ya efirləşdirilmir və sərbəst vəziyyətdədirlər. Sərbəst yağ turşuları (FFAs) 5-ci sinif lipoproteinlərin bir hissəsidir. Sonuncu, albumin molekulunun iki xüsusi bölgəsinə möhkəm bağlı olan uzun zəncirli yağ turşularından ibarətdir. Plazmada SYT səviyyəsinin artdıqda onlar bu molekulun əlavə hissələrini tuturlar, lakin bu vəziyyətdə əlaqə gücü daha az olur.

Daha ətraflı