Covid-19 xəstəliyi piylənməsi olanlar üçün niyə ciddi risk daşıyır?

Genişmiqyaslı bir araşdırmanın müəllifləri alınan nəticələri 2020-ci ildə bu məqalədə ətraflı işıqlandırmaqla, bu suala cavab verməyə çalışıblar. (Tədqiqat haqqında tam məlumatla burada tanış ola bilərsiniz https://onlinelibrary.wiley.com/doi/10.1111/obr.13128)

Piylənmə hipertoniya, dislipidemiya, 2-ci tip diabet, xroniki böyrək və ya qaraciyər xəstəliyi də daxil olmaqla, COVID-19 üçün çoxsaylı əsas risk faktorları ilə əlaqələndirilir. Koronaviruslar əvvəllər ağır xəstəlik hesab olunmurdu, 2002-ci ildə Çində, Quandunda kəskin tənəffüs çatışmazLığı sindromu (SARS-CoV) peyda olanadək yalnız yüngül respirator infeksiyalarına səbəb olduğu düşünülürdü.

SARS-CoV epidemiyası simptomların başlanğıc mərhələsində az virus yükü sayəsində, nəzarət altına alındı və yoluxmuş insanları müəyyənləşdirməyə və təcrid etməyə imkan verdi. A (H1N1) – yuxarı tənəffüs yolları virusunun səbəb olduğu 2009-cu il qrip pandemiyası qripin piylənməsi olan şəxslər üçün ölüm və ağır xəstəlik riski daşıdığını ortaya çıxardı.

2012-ci ildə Orta Şərq respirator sindromu koronavirusu peyda oldu və piylənməsi olan şəxslər arasında geniş yayıldı. Yuxarıda təfərrüatlı verilən məlumatlar göstərir ki, piylənmə xəstəliyin şiddətini və bəzi hallarda respirator virus infeksiyalarından ölüm riskini artırır. Piylənmə digər tənəffüs yolu virusu olan COVID-19 riskini də müstəqil şəkildə artıra bilər.

Müxtəlif hesabatlarda heyvan və insan üzərində aparılan tədqiqatlardan əldə edilən məlumatların əsasında SARS-CoV-2-yə patogenlik və immunitet reaksiyasının mövcud anlayışı ümumiləşdirilib. Ən önəmlisi isə odur ki, obez insanların COVID-19-a daha kəskin yoluxmasının qarşısını alan mexanizm (lər) hələ məlum deyil.

Qrip və epidemiologiyaya dair məlumatlar kimi, digər viral infeksiyalara dair məlumatlar da piylənmənin COVID-19 şiddətini artırdığını təsdiqləyir. Obez insanların sayında eksponensial artımı nəzərə alsaq, piylənmənin COVID-19-a yoluxduqda ağırlaşma riskini necə artırdığını anlaya bilərik və bu, yeni koronavirusa uyğun müdaxilə və profilaktik müalicə metodlarının təmin edilməsinin vacibliyini göstərir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *