D vitamini yağda həll olan hormon vitamindir

D vitamini – kalsiyumun bağırsaqdan sorulmasını təmin etməklə sümüklərin inkşafını  təmin edir, əzələ tonusunu artırır, immuniteti təmin edir, qalxanvari vəzin normal fəaliyyəti üçün vacibdir, qanın laxtalanmasında və arterial təyziqin idarə olunmasında iştirak edir, lipid spektrinə təsir edir, toxumaların insulinə həssaslığını artırır, şiş toxumasının əmələ gəlməsinin qarşısını alır.

Müəllif: Gülsüm Hüseynova, Həkim-pediatr, Uşaq piylənməsi üzrə mütəxəssis

Onun iki forması vardır. Xolekalsiferol – vitamin D3 və Ergokalsiferol — vitamin D2. Xolekalsiferol  dəridə əmələ gəlir və heyvani qidaların tərkibində orqanizmə daxil olur. Ergoklsiferolu isə bitki mənşəli qidalarla qəbul edirik. Hər iki foma qeyri aktiv formadır. Qeyri aktiv forma D vitamini əvvəl qaraciyərdə 25(OH) D — kalsidiola, sonra böyrəklərdə 1,2(OH)D –kalsitriola çevrilərək aktivləşir.

Qidadan biz hər iki forma vitamini qəbul edirik. D3 heyvani qidalardan daha çox somon balığı, ton balığı,balıq yağında, balıq qaraciyərində olur. Süd məhsulları, yumurta sarısı, mal qaraciyərində cuzi miqdarda D3 olur.( 100ml inək südündə 0,05 mq vit D var)

Göbələklərdə  günəş süasının təsiri ilə ergosterol erqokalsiferola – D2yə  çevrilir. Meşə göbələklərində 2 – 40 mkg/100gr D vitamini olur

Ergokalsiferol — D2 vitamin  — yulaf, kartof, petruşka, günəbaxan tumunda  az miqdarda olur.

Xolekalsiferol  dəridə ultrabənövşəyi şüaların təsiri ilə provitamindən əmələ gəlir. Provitamin D  ya qida ilə orqanizmə daxil olur, və ya xolesterindən orqanizmdə sintez olunur. Vitamin D dəridə sintezini müxtəlif faktorlar azaldır – yaşlılıq, atmosferin çirklənmə dərəcəsi, işıq dalğasının uzunluğu.dəridə əmələ gələn xolekalsiferol – D3 vitaminidir. Dəridə yaranan D vitamini qida ilə orqanizmə daxil olan D vitamininə görə qanda ikiqat artıq qalır.

D vitaminin dəridə sintezinin qarşısını alan faktorlarda biri də günəş qoruyucu kremlərdir. SPF 15 D vitaminin dəridə əmələ gəlməsini 95% , SPF 30 isə 99% azaldır. Dəniz geyimində günəş vannası qəbul edərkən dərinin yüngül qızarması zamanı 10.000 -25.000 arası vitamin D əmələ gəlir, lakin bədənin 25% səthi  açıq olarsa eyni müddətə 2.000 – 4.000 arası əmələ gəlir. Dərinin piqmentasiyası vitamin əmələ gəlməyə təsir edir.

Tünd dərililərdə  açıq dərililərə nisbətən melanin piqmenti yüksəkdir, nəticədə eyni miqdar  D vitamini sintezi üçün daha çox zaman günəş vannası qəbul etməlidirlər. Lakin gün ərzində uzun müddətli günəş məruziyyəti – xüsusilə 11-3 arası,  dəri xərçənginə səbəb ola bilər. Buna görə də daha çox D vitamini depolamaq üçün günəş vannası qəbuluna məhdudiyyət qoyulmalıdır. Xüsusilə ehtiyyac varsa qış aylarında  preparat şəklində qəbulu daha məsləhətdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *