fbpx

4 Mart 2021 – Dünyada Piylənmə ilə mübarizə Günüdür

Martın 04-dən DÜNYA PİYLƏNMƏ ilə mübarizə GÜNÜ 2021 həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans baş tutacaq.

Bizim məqsədimiz, xüsusilə indi – “COVID-19”-un cəmiyyətimizə və dünyamıza təsir etdiyi bir zamanda piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə biliklərimiz və təcrübəmizi paylaşmaq və mübarizə sistemlərini gücləndirməkdir.

Bu il nəinki piylənməsi olan insanlar üçün çətin keçdi, həmçinin bütün dünyaya piylənmənin həmişəkindən daha çox diqqət və anlayış tələb etdiyini göstərdi. Piylənmə ilə “COVID-19” arasındakı mürəkkəb və təhlükəli qarşılıqlı əlaqə piylənmənin profilaktikası və müalicəsinə ehtiyac olduğunu bir daha xatırlatdı və hər kəsin – dövlətlərin, səhiyyə işçilərinin, piylənməsi olan insanların və geniş ictimaiyyətin bu işdə böyük rolu olduğunu göstərdi.

Bu səbəbdən, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) 2021-ci il Dünya Piylənmə ilə Mübarizə gününü Azərbaycanda Səhiyyə Nazirliyi (İctimai Səhiyyə və İslahatlar Mərkəzi), WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirməyi planlaşdırır.

Tədbir onlayn – konfrans formatında təşkil olunacaq və bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri – terapevtlər, kardioloqlar, endokrinoloqlar, diyetoloqlar, nutrisioloqlar, artıq çəkidən əziyyət çəkən insanları və təşkilatları bir araya gətirəcək. Beynəlxalq konfransın fəal iştirakçılarına sertifikat veriləcək. Qeyd edək ki, bu, davamlı tibbi təhsil üzrə  Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditə edilmiş tədbirdir.

Konfransda Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və müxtəlif ölkələrin bu sahə üzrə mütəxəssis həkimlərinin məruzələri olacaq.

Birlikdə daha sağlam bir gələcək yarada bilərik!

 

Bizim dəyərli tərəfdaşlarımız!

 

Qeydiyyat

One comment

  1. Təşəkkürlər təşkilatcılara ,inanıram maariflendirici ve maraqlı konfras olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir