Epigenetika haqqında nələri bilirik? (II hissə)

DNT-nin kodlaşdıran bölgələrinin nukleotid ardıcıllığında dəyişikliklərlə əlaqəli olmayan,  genlərin fəaliyyətindəki dəyişiklikləri öyrənən elmə epigenetika deyilir. DNT-ni dəyişdirmədən genlərin tənzimlənməsinin bütün üsullarına epigenetik mexanizmlər deyilir. Eukariotlarda epigenetik dəyişikliklərə nümunə olaraq hüceyrə diferensiasiyası prosesini göstərmək olar.

Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.

Epigenetika haqqında nələri bilirik? (I hissə)

RNT metilyasiyası – zülal sintezi üçün — məlumat DNT zəncirində yerləşən gendən oxunur, məlumat (və ya matris) RNT molekulu isə tamamlayıcılıq-komplimentarlıq  prinsipinə əsasən sintez olunur. Bundan sonra,matris RNT ribosoma daxil olur, burada müəyyən bir genə uyğun zülalın qurulduğu bir sxem kimi xidmət edir. DNT nümunəsindən RNT molekulunun sintezinə transkripsiya,ribosomda RNTyə uyğun zülal sintezinə-translyasiya deyilir

RNT-nin metilasiyası son illərdə alimlərin diqqətini çəkmişdir. İlk dəfə RNT-nin metilasiyası 1970-ci illərdə müşahidə edildi, lakin daha sonra genetiklər əsasən DNT-nin öyrənilməsi üzərində işlədikləri üçün RNT metilləşməsi diqqətdən uzaq qaldı. RNT-nin metilasiyası son illərdə alimlərindaha çox müzakirə movzusuna çevrildi. Elmi məlumatlara görə RNT molekullarında metil qruplarını aşkar etmək mümkündür. Müəyyən edilmişdir ki, müxtəlif RNT molekulları da metilləşməyə həssasdırlar.  DNT metilasiyası və RNT metilasiyası onunla fərqlənir ki, DNT metilasiyası, artıq qeyd edildiyi kimi, sitozinə birləşir, amma RNT-də metil qrupu 80% hallarda sitozinə deyil, adenozinə bağlanır. Lakin, DNT metilasiyasında olduğu kimi, məlumatın oxunmasına mane olur və genin fəaliyyətini bloklayır.

Bu zaman transkripsiya mərhələsində deyil, translyasiya mərhələsində gen aktivliyi bloklanır.

RNT molekulları qeyd olunduğu kimi hüceyrədə bir çox funksiyaları yerinə yetirir. Onlardan biri gen ifadəsinin tənzimlənməsidir. Tənzimləyici — requlyator  RNT-lər bu funksiyaya cavabdehdir. Müxtəlif requlyator RNT-lərin təsir mexanizmi oxşardır və gen ifadəsini susdurmaqdan ibarətdir. Bunu proses requlyator RNT-nin məlumat RNT-yə (mRNT) birləşməsi ilə ikiqat zəncirli molekulun meydana gəlməsi ilə həyata keçirilən. Bu zaman mRNT-nin ribosoma və ya digər tənzimləyici amillərə bağlanmasının pozulmasına gətirib çıxarır, translyasiyani boğur.

Yaşlanma

Son illərdə epigenetik proseslərin həyatın sonrakı mərhələlərində mühüm rol oynadığına dair çoxlu sübutlar toplanmışdır.  Xüsusilə, yaşlanma ilə, genlərin metilasiya prosesində geniş miqyaslı dəyişikliklər baş verir.  Bu proseslərin genetik nəzarət altında olduğu güman edilir.

ABŞ və Yaponiyadakı bir neçə alim qrupu qocaldıqca siçanlarda DNT metilasyonunun da azaldığını aşkar etdilər (Cooney, 1999).  İndi DNT metilasiyası səviyyəsində yaşa bağlı azalma olduqca aydın oldu və bəzi tədqiqatçılar hətta DNT metilasiyası dərəcəsinin bir növ bioloji saat rolunu oynaya biləcəyinə inanmağa meyllidirlər ki, bu da yaşı mühakimə edə və gözlənilən ömür müddətini proqnozlaşdıra bilər.  DNT metilasiyasının tükənməsi vaxtından əvvəl qocalmağa səbəb ola bilər.   Metilləşmə gen aktivliyinə müsbət və ya mənfi təsir kimi nəzarət edir. Digər tərəfdən, hipermetilasiya genomun «mühafizəçilərini» söndürə və ya xərcəngə səbəb olan bəzi genlərin aktivləşməsi də həmçinin xərçəngə səbəb ola bilər. Burada balans çox vacibdir.

Həmçinin, metilasiya telomer uzunluğundan məsul olan telomerazanı söndürür. (Telomer uzunluğu və yaşlama arasındakı əlaqə haqqında saytda məqalədə daha ətraflı məlumat ala bilərsiniz). Beləliklə, pəhrizdə metil qruplarının donorlarını təxminən artırmağı təklif edən yanaşma birtərəfli yoldur — faydalı olub olmadığını anlamadan bütün genlərin aktivliyini ardıcıl olaraq söndürürük. Yəni hipermetilasiya da zərərli təsir göstərə bilər.  Problem metil qruplarının donorlarında deyil, metilaz fermentlərinin tənzimlənməsindədir. Yaş artdıqca metilləşmə prosesi qeyri sabit olur. Cavanlıqda bloklanmış genlər yaşla hipometilasiya nəticəsində aktivləşə bilərlə və əksinə yaşlanma ilə xərcəngdən qoruyan zülalların genləri bloklanır və xəstəliklər artır.

Metilləşmə üçün metil qrup donorlarına ehtiyyac var. Əsas donor hüceyrələr s-adenozilmetionindir. Onun sintezi üçün orqanizmə lazım olan əsas material metionindir. Həmçinin B12, B6 və fol turşusu lazımdır. Metionin metil qrupunu verir və homosisteinə çevrilir, B12 vitamini homosisteini yenidən metioninə çevirir.

Mutasiyalardan fərqli olaraq, epigenetik dəyişikliklər geri çevrilə bilən və bəlkə də hədəflənmiş (uyğunlaşan) olur.  Onların əksəriyyəti bir neçə nəsildən sonra yoxa çıxdığından, onlar yalnız müvəqqəti adaptasiya-uyğunlaşma xarakterini daşıya bilirlər.

Lakin bütün reklam olunan vitamin, qida  əlavələrinin nəzarətsiz, yüksək miqdarda qəbuluna ehtiyyac yoxdur. Həddindən artıq dozanı təmin etmək o qədər də çətin deyil. Ona görə də faydalı- funksional qidaların daim kifayət qədər miqdarda orqanizmə daxil olmasını təmin etmək, eyni zamanda stressi azaltmaq, karsinogen və digər zərərli amillərin aqressiv təsirindən qorunmağa çalışmaq lazımdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *