«Funksional Tibb Məktəbi»nin açıq dərsi keçirildi

Türkiyəli professorların səfəri və Funksional Tibb Məktəbinin açıq dərsinin keçirilməsi çox önəmli hadisələrdən biri oldu. 30 oktyabrda ANDOP-un dəvəti ilə funksional tibb üzrə türkiyəli məşhur mütəxəssislər – professor Səlahəddin Qıyan və professor Sərkan Şənər Bakıya gəldilər.

“Funksional Məktəbi”mizin iştirakçıları onları çox yaxşı tanıyırlar. Bu, Azərbaycanda funksional tibbin əsasını qoyan, həkimlər üçün xüsusi təlim proqramıdır. Bu layihə ANDOP və türkiyəli professorların birgə əməkdaşlığı ilə uğurla həyata keçirilir.

Professor Səlahəddin Qıyan və professor Sərkan Şənərin səfəri çərçivəsində “Funksional Tibb Məktəbi”nin iştirakçıları ilə ölkəmizdə «Kardio metabolik xəstəliklərə funksional tibb yanaşması» təhsil proqramının 3-cü modulunun başlanmasına həsr olunmuş açıq dərs baş tutdu.

Tibbi auditoriya ANDOP-un türkiyəli mütəxəssislərlə birgə həyata keçirdiyi funksional tibb üzrə təhsil proqramı ilə daha yaxından tanış oldu.

Professor Səlahəddin Qıyan və professor Sərkan Şənər çox gözəl çıxış etdilər. Açıq dərsdə 100-dən çox həkim iştirak etdi.

Təhsil proqramının ilk modulları çərçivəsində keçirilən təlimə qatılan «Funksional Tibb Məktəbi»nin iştirakçılarına sertifikatlar təqdim olunub.

Bu, «Hyatt Regency» otelində 100-dən çox həkimin iştirakı ilə keçirilən açıq dərs zamanı baş tutub.

Sertifikatları təlimçilərin şəxsən özləri — professor Səlahəddin Qıyan və professor Sərkan Şənər təqdim edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.