Masonry Layout

2021-ci ildə ANDOP üçün ən önəmli 5 hadisə

2021-ci il başa çatdı və artıq hesabat vaxtıdır. İlk olaraq onu qeyd etməliyik ki, bu il çox önəmli hadisələrlə zəngin oldu. Axı, bu yaxınlarda biz 30 ildir işğal altında olan Qarabağın azad edilməsini - ümumi Böyük Qələbə Gününü qeyd etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının dəstəyi ilə Azərbaycan ordusunun qazandığı qələbə hər birimizdə xüsusi qalib ruhu aşıladı! İndi bizdə elə bir hiss var ki, ANDOP-un hər addımı mütləq uğurla nəticələnəcək! Həm 2021-ci ilin, həm də ANDOP-un 5 illik fəaliyyətinin yekunu olaraq, 5 ən mühüm hadisəni qeyd edirik.

Daha ətraflı

Epigenetika haqqında nələri bilirik? (I hissə)

DNT-nin kodlaşdıran bölgələrinin nukleotid ardıcıllığında dəyişikliklərlə əlaqəli olmayan,  genlərin fəaliyyətindəki dəyişiklikləri öyrənən elmə epigenetika deyilir. DNT-ni dəyişdirmədən genlərin tənzimlənməsinin bütün üsullarına epigenetik mexanizmlər deyilir. Eukariotlarda epigenetik dəyişikliklərə nümunə olaraq hüceyrə diferensiasiyası prosesini göstərmək olar.

Daha ətraflı

Şəkərli Diabet və COVİD-19: pasiyentlər üçün məlumat

Hesab edilir ki, şəkərli diabet koronavirus infeksiyasının inkişafı üçün risk amillərindən ən əhəmiyyətlisidir. Yeni klinik məlumatlar və təcrübələr göstərir ki,  bu əks istiqamətdə də işləyə bilər: alimlər insanlarda COVID-19 zamanı  tip 2 şəkərli diabetin əmələ gəlməsi hallarını qeydə alırlar.

Daha ətraflı

«Funksional Tibb Məktəbi»nin açıq dərsi keçirildi

Türkiyəli professorların səfəri və "Funksional Tibb Məktəbi"nin açıq dərsinin keçirilməsi çox önəmli hadisələrdən biri oldu. 30 oktyabrda ANDOP-un dəvəti ilə funksional tibb üzrə türkiyəli məşhur mütəxəssislər – professor Səlahəddin Qıyan və professor Sərkan Şənər Bakıya gəldilər.

Daha ətraflı

Laksatif xəstəliyin elmi izahı

Bu gün etiraf etməliyik ki, insanın psixi fəaliyyəti, müasir informasiya axını, gərgin rejim  həzm orqanlarının funksiyalarına getdikcə daha pis təsir edir və fiziki fəaliyyətin paradoksal şəkildə azalması ilə müşayiət olunur. Son vaxtlara qədər hesab edilirdi ki, xroniki qəbizlikdən əziyyət çəkənlər dünyadakı yetişkin insanların, orta hesabla, 12%-ni təşkil edir. Bu gün III Roma Funksional Patoloji konsensusuna (2006) görə, bu problemdən əziyyət çəkənlərin sayı 2 dəfə artaraq 27%-ə çatıb.

Daha ətraflı