«Idman Nutrisiologiyası» Beynəlxalq Sertifikat Proqramlarına start verildi

ANDOP (Azərbaycan) və International Spor Endüstrisi A.Ş. (Türkiyə) arasında müqavilə imzalandı. Artıq kurslarımızın arasında SPORCU BESLENMESİ ve FİTNESS BESLENME təlimlərini də görəcəksiniz. Hər iki tərəf üçün uğurlu olsun!

“İdman və Nutrisiologiya” beynəlxalq sertifikat proqramı iştirakçılara idman nutrisiologiyası sahəsində işləmək üçün peşəkar bilik və bacarıqlara yiyələnməyə imkan verir. Proqram dünyada diyetologiya və nutrisiologiya sahəsində aparıcı olan təşkilatlar tərəfindən təsdiqlənir, proqram iştirakçılarına verilən sertifikatlar isə ABŞ və Avropa ölkələri də daxil olmaqla, dünyanın 56-dan çox ölkəsində tanınır.

İdmançıların gündəlik rasionu adi bir insanın standart menyusundan çox fərqlənir. Müntəzəm intensiv məşqlər və yarışlar fiziki və psixi-emosional dözümlülük tələb edir. İdman üzrə qidalanma enerji xərclərini tamamilə təmin etməli, orqanizmin vitamin və qida maddələrinə olan ehtiyacını ödəməli, maddələrin mübadiləsinin normal gedişatına və əzələ kütləsinin artmasına kömək etməli, idman performansını yaxşılaşdırmalı, əzələ toxumasının sürətli bərpasını təşviq etməlidir.

«İdman və Nutrisiologiya» beynəlxalq sertifikat proqramı çərçivəsində təlim idman üzrə qidalanma sahəsində ixtisaslaşmaq və gələcəyinizi, karyeranızı inkişaf etdirmək üçün bir addımdır.

“Fitnes və nutrisiologiya” beynəlxalq sertifikat proqramı fitnes üzrə qidalanma mütəxəssisi hazırlayan peşəkar kursdur.

Fitnes mərkəzlərinin müştərilərinin artması insanların idmanla məşğul olmaq, aktiv həyat tərzi keçirmək və sağlam qidaya riayət etmək istəklərindən qaynaqlanır. Fitnes nutrisiologiyasının rolu sağlam qidalanma sahəsində bələdçi olmaq və sağlam həyat tərzinin fəal üzvlərinə məsləhət verməkdir.

Proqram dünyada diyetologiya və nutrisiologiya sahəsində aparıcı olan təşkilatlar tərəfindən təsdiqlənir, proqram iştirakçılarına verilən sertifikatlar isə ABŞ və Avropa ölkələri də daxil olmaqla, dünyanın 56-dan çox ölkəsində tanınır.

«İDMAN NUTRİSİOLOGİYASI» kursun haqqında daha ətraflı bilmək istəyirsiniz?

https://sportnutrition.andop.az/

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *