fbpx

“İşdə qidalanma” korporativ layihəsi

ANDOP komandası Azərbaycanda fəaliyyət göstərən şirkətlərin əməkdaşları üçün maraqlı layihə və treninqlər hazırlayır.

Bu layihə və təlimlər həyatlarının üçdə birini iş yerində keçirən və qidalanmasına lazımi diqqəti göstərməyən şirkət işçilərinin iştirakına yönəldilib. Bu cür həyat tərzi  iş qabiliyyətinin aşağı olmasına, diqqət pozğunluğuna və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Peşəkar şəkildə sağlam qidalanma sistemini tətbiq edən master-klaslar sayəsində iş yerində düzgün qidalanma imkanı yaranacaq, həmçinin kollektiv mehribanlaşacaq, ünsiyyət və qarşılıqlı münasibətlər üçün yeni qapılar açılacaq.

Bu tədbirlər ANDOP-un korporativ yöndə fəaliyyətini təqdim edir. Biz bu layihəni bütün şirkətlər üçün “teambuilding” şəklində də tətbiq etməyə hazırıq. Təcrübəmizdən bilirik ki, insanları bir araya gətirmək üçün belə layihələr çox yaxşı nəticə verir.

Azərbaycanda “KPMG” şirkətinin əməkdaşları üçün korporativ təlim

“BP-Azərbaycan”  şirkətinin əməkdaşları üçün korporativ təlim

“Azercell” şirkətinin əməkdaşları üçün korporativ təlim

“Artişok” şirkəti tərəfindən “Azeri Home Chef”də Beynəlxalq Aşpazlar gününə həsr olunmuş tədbir

“Ürəyi diabetdən necə qorumalıyıq?” adlı elmi-təcrübi konfrans

Maraqlıdır

Uşaqlar üçün “Biz nə yeyiriksə, oyuq” adlı layihə

Həyatda uğur qazanmağın başlıca şərti – sağlamlıqdır. Bəzi istisnaları çıxsaq, həyatda ən böyük mükafatları fiziki cəhətdən möhkəm və güclü olanlar qazanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir