Karantin və detoks

Sosial şəbəkələrdə izləyicilər tərəfindən bu kimi suallar tez-tez verilir: “Karantin dönəmində evdə olduğumuz üçün artıq çəki problemi yarana bilər. Biz detoks edərək, çəki itirə bilərikmi? Bu, bizim səhhətimizə mənfi təsir etməz ki?” 

Dietoloq, doktor Şumarə Qaracayeva bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.

Bayrama hazırlaşdığımız zamanda heç gözləmədiyimiz bir halla – pandemiya vəziyyəti ilə üzləşdik. Məktəblər vaxtından tez tətilə çıxdı, xaricə səfərlərimiz ləğv olundu. Vətəndaşlarımız bu vəziyyətlə barışıb, Azərbaycanın bölgələrinə üz tutdular. Amma anidən paytaxta girişə  məhdudiyyət qoyuldu. Bu və ya digər hallar -”komfort zonasından” çıxmaq, vərdişlərdən uzaqlaşmaq əksər insanlar üçün böyük stres oldu.

Stres və detoksun bir-biri ilə nə əlaqəsi var? Çox adam bu sualı verə bilər. Çünki detoks dedikdə, hamının ağlına ancaq qida gəlir, yəni, detoksun yalnız aclıqdan ibarət olduğunu düşünürlər.

Bu gün detoksa fərqli şəkildə – kompleks halında yanaşacağıq.

Ev şəraitində kompleks detoks necə edə bilərik?

Gününüzü planlaşdırın!

Evde olsanız belə, onlayn kursalara yazılın. Ev işlərinizi, uşaqların onlayn dərs saatlarını, idman, mütaliə, film izləmə saatını planlayın. Distant qaydada işləyirsinizsə, evdə özünüzə işdəki kimi rahat bir guşə düzəldin.

Yuxu rejimi!

Sağlam yaşamaq üçün gündə 6-8 saat yuxu mütləqdir! Yatma saatı da yuxu müddəti qədər önəmlidir.

Sağlamlıq yalnız təbiətin ritmlərinə uyğun yaşadıqda mümkün olar. Yəni, günəşin doğması, təbiətin oyanması ilə günə başlamaq və günəş batdıqdan bir neçə saat sonra, təxminən, saat 22:30-23:00 arası yuxulamaq vacibdir.

Çünki orqanizmin həm fizioloji, həm də zehni cəhətdən özünü yeniləməsi, toksinlərin detoksikasiyası, yeni hüceyrələrin yaranması saat 23:00-04:00 arası baş verir!

Saat 22:00-02:00 arası fiziki detoks

Saat 02:00-04:00 arası zehni detoks

Detoks zamanı orqanizmin yenilənməsi ve detoksifikasiyası üçün yatma saatı təbiətin ritminə uyğun gəlməlidir!

Yuxu rejimi ev şəraitində necə olmalıdır?

  • Evdə olsaq belə, vaxtında yuxulamaq və səhər yuxudan tez durmaq mütləqdir!
  • Yuxudan qalxan kimi günəşə baxmaq lazımdır. Çölə çıxa bilməsək belə, gün ərzində 1 saat eyvan, yaxud pəncərə qarşısında günəş vannası qəbul etməliyik. Bu, bizim bioloji ritmimizi işə salacaq, melatonin sintezini artıracaq.
  • Yuxu rejiminin normada olması üçün axşam yeməyini ən gec saat 20:00-a qədər bitirmək vacibdir!

Günün ikinci yarısı heyva+melisa+cökə çay qarışımı qəbul edilə bilər. Bu, yuxu rejiminin bərpasına kömək edəcək!

Bu dönəmdə streslə mübarizə və yuxu rejiminin bərpası üçün nəfəs terapiyası və müxtəlif nəfəs hərəkətləri də edilə bilər. Bu hərəkətlər toksinlərin ağciyərlər vasitəsi ilə atılmasına kömək edəcək.

“4 nəfəs hərəkəti”

Normal insan dəqiqədə 15-16 nəfəs hərəkəti edir! Bu üsulla isə hər biri 4 saniyə olmaqla, 4 nəfəs hərəkəti edilir:

  • 4 saniyə ərzində nəfəs alırıq;
  • 4 saniyə nəfəsimizi tuturuq;
  • 4 saniyə nəfəs veririk;
  • 4 saniyə gözləyirik və təkrarlayırıq.

Beləliklə, 16 saniyə nəfəs hərəkəti etmiş oluruq. Faydası: ağciyərlərin ömrü uzanır; tənəffüs prosesi daha keyfiyyətli olur.

Başqa bir nümunə:

Ağzımız yumulu halda burnumuzla tez-tez nəfəs alırıq, şam söndürən şəkildə ağzımızla nəfəs veririk.

Faydası: Tez-tez nəfəs alıb, yavaş nəfəs vermək ağciyərlərin tam şəkildə tənəffüsdə iştirak etməsinə, ağciyər detoksifikasiyasına kömək edir.

 Özünüzə zaman ayırın! Özünüzə qulluq edin!

Dəri – bizim əsas detoks orqanlarımızdan biridir. Dəri vasitəsi ilə də toksin yükünü azalda bilərik. Bunun üçün dəniz duzu vannası qəbul etmək yaxşı olar (həm detoksifikasiya, həm də xəstəliklə mübarizə üçün). Təbii kofedən, dəniz duzundan müxtəlif cür skrablar, üz maskaları da hazırlaya bilərsiniz.

Üz yoqası (“youtube”da bu barədə kifayət qədər videolar var, yararlana bilərsiniz).

Qidalanma

Qida seçimlərinə gəldikdə isə, qələvi qidalara (meyvə, tərəvəzlər, qərzəkli meyvələr, paxlalılar, bəzi tam taxıllar;) üstünlük vermək lazımdır. Həmçinin, sağlam protein (toyuq əti, yumurta; kefir; pendir; kəsmik), sağlam yağ (soyuq sıxım zeytun yağı, soyuq sıxım kətan toxumu, ərinmiş kərə yağı, kokos yağı, avokado) məsləhət görülür.

Detoks zamanı istifadə edilən bu qidalar vitamin və minerallarla, qida lifləri ilə zəngindir. Bu qidalar bizim bağırsaq mikrofloramızın zənginləşməsinə, immun sistemimizin güclənməsinə səbəb olur!

  • Bu dönəmdə bağırsaq və qaraciyər detoksu üçün nələr edə bilərik? Qida rasionumuza detoks suları daxil etməliyik. Bəs, detoks suları nədir? H dəyəri yüksək olan sular, mineral sular, meyvə dilimləri əlavə edilmiş sular ( meyvələr axşamdan suya əlavə edilir, 8 saat saxlanılıb, süzülür). Detoks suyunu hansı qaydada içməliyik? Gün ərzində 1-1,5 l qəbul etməliyik. Yemək qəbulundan 45 dəqiqə öncə və 1saat sonra içilir.
  • Detoks smuzilər hazırlanmalıdır. Smuziler əsas yeməyin yerinə keçməməlidir! Ara qidalanma zamanı və ya axşam yeməyindən sonra ac olduqda  meyvəsiz yaşıl smuzilərdən istifadə edilə bilər!
  • Detoks şorbaları şəklində: Həftənin 2 günü, yaxud axşam yeməyi əvəzinə, detoks şorbası məsləhət görülür. Şorba hazırlandıqdan sonra içərisinə 100 qr bişmiş-didilmiş toyuq filesi və 1x.q. balqabaq tumu əlavə edilir.
“Balqabaqlı-detoks şorbası”

  • 150 qr balqabaq,
  • 1 baş soğan,
  • 3-4 diş sarımsaq,
  • 1 barmaq qalınlığında zəncəfil,
  • 1 x.q. kokos yağı,
  • 1ç.q. pul biber,
  • 1ç.q. razyana toxumu,
  • 1ç.q. cirə,
  • su

Əslində, detoks ancaq kompleks şəkildə edildikdə sağlamlığa faydalı ola bilər! Əks təqdirdə, bu dönəmdə edilən aclıq detoksları sağlamlığımıza zərər yetirə bilər! Sağlamlığımızı onu itirmədən öncə qorumaq önəmlidir və  sağlam yaşayış tərzini seçmək vacibdir.

Bugünki vəziyyət – hər kəsin sağlamlığı düşündüyü bu ərəfədə – bəlkə də, sizin doğru yaşayış tərzi seçməniz üçün bir səbəb olacaq. Təbii ki, 1 gün, 1 həftə və ya 15 gün müddətində seçim etmək bir anda güclü immun sistemə sahib olmağa kömək etməz. Amma etdiyimiz seçim bu gün bu vəziyyətdə profilaktik qorunmağımıza kömək olacaq!

Güclü immun sistemə sahib olmaq üçün sağlam yaşayış tərzi alışqanlıq halına gətirilməlidir.

Epigenetika elminə görə, yaşayış tərzi sağlamlığın, bədən-zehn tarazlığının ən önəmli faktorlarındandır. Yəni, daha yaxşı və xoşbəxt olmaq tamamilə özümüzdən, bizim seçimimizdən asılıdır.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *