Koronavirusa qarşı ən yaxşı müdafiə — güclü immunitetdir!

Koronavirusun hazırda geniş şəkildə yayılmasına baxmayaraq, xəstələnmə riskini azaltmağın, özünü və ailəni qorumağın bir neçə yolu var.

Koronavirus nədir?

COVID-19 olaraq da tanınan koronavirus xəstəliyinə ilk dəfə 2019-cu ildə Çinin Uhan şəhərində rast gəlinib. Bu, 2019-cu ilin yeni koronavirusu — tənəffüs yolları xəstəliyidir. Koronavirus – böyük virus ailəsidir, taca bənzədiyinə görə belə adlandırılır.

Koronavirus necə yayılır?

COVID-19 qrip xəstəliyi kimi, əsasən, hava-damcı və sıx təmas yolu ilə yayılır. Bu o deməkdir ki, siz öskürən bir adamın yanında otursanız; viruslu bir əşyaya toxunsanız, sonra isə əlinizi gözünüzə, ağzınıza aparsanız, yoluxa bilərsiniz. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi müəyyənləşdirib ki, şəxsi qoruyucu vasitələr olmadan uzun müddət 6 fut məsafədə və ya bir otaq daxilində, xidmət mərkəzlərində sıx təmasda olduqda, COVİD-9 virusuna yoluxmuş şəxsə məxsus maye ifrazına birbaşa toxunduqda yoluxma mümkündür.

Bir sözlə, bu virus, nisbətən, asan yayılır. Buna görə də əsas məsələ bunun qarşısını almaqdır.

Profilaktik tədbirlər:

  • Əllərinizi sabunla yaxşıca yuyun. Sabun və su yoxdursa, tərkibinin ən az 60%-i spirt olan məhlulla dezinfeksiya edin.
  • İnsanlarla sıx təmasdan çəkinin.
  • Əllərinizin təmizliyindən əmin deyilsinizsə, gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
  • Koronavirus və ya başqa bir xəstəliyə tutulmusunuzsa, evdə qalın! Başqalarını yoluxdurmaq riski yaratmayın! Öskürək, hərarət, hətta boğazda qıcıqlıq varsa, yataqda qalın, istirahət edin və bol maye için.
  • Öskürəndə ağzınızı salfetlə örtün, daha sonra isə salfeti zibil qabına atın.
  • Adi mətbəx təmizləyiciləri və ya salfetlər vasitəsi ilə tez-tez toxunduğunuz səthləri təmizləyin və dezinfeksiya edin.

Xəstələnmisinizsə: COVID-19 virusunun əlamətləri hiss edilən insanlar xəstəliyin yayılmasının qarşısını almaq üçün cərrahi maskalardan istifadə etməlidirlər. Tibb müəssisələrində, evdə xəstəyə qulluq edən insanların və tibb işçilərinin də cərrahi maskalar və respiratorlar taxması çox vacibdir.

İmmun sisteminizi möhkəmləndirin.

İmmun sistemini necə gücləndirmək olar? Diyetoloq, doktor Fəridə Həsənova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.

Bağırsağınızın sağlamlığına diqqətlə yanaşın. Bilirsinizmi ki, bağırsaq insan orqanizminin ən vacib, böyük orqanından biridir – immun sisteminin 70% -ni formalaşdırır. Buna görə bağırsağın vəziyyətinə xüsusi diqqət yetirmək vacibdir. Rasionunuza virusəleyhinə xüsusiyyətlərə malik məhsullar və ədviyyatlar daxil edin. Bura daxildir: kokos yağı, çiy sarımsaq, oregano, zəncəfil, kimçki və digər fermentasiya olunmuş məhsullar, hindquşu əti, yunan qozu, nar, yaşıl çay, alma sirkəsi və dərman göbələkləri (şitake, maytake, reişi, kordiseps).

Rəngarəng qidalar yeyin. Rəngli meyvə və tərəvəzlər antioksidanlarla zəngindir, immun sistemini zəiflədən sərbəst radikalları məhv edir. Hər rəng fərqli antioksidan xüsusiyyətə malikdir. Buna görə təkcə koronavirusdan qorunmaq istədikdə yox, hər gün rəngarəng qidalar yeyin!

Orqanizmin su balansını qoruyun. Su, bitki çayları və sümük suyu için. Qazlı və ya şəkərli içkilər qətiyyən olmaz. Bu, bir neçə saat ərzində immun sisteminin fəaliyyətini ləngidə bilər. Suya nə qədər ehtiyacınız olduğunu necə hesablaya bilərsiniz? Bu, çox asandır. Qadınlar çəkisini 35-ə, kişilər isə 45-ə vurmalıdır. Alınan rəqəmi 100-ə bölüb günlük ehtiyacımız olan suyun litrlə ölçüsünü tapırıq.

Sümük suyu için. Sümük suyu yüksək dərəcədə immun xüsusiyyətlərə malikdir. Mal əti və ya toyuq sümüklərini ən çox sevdiyiniz ədviyyatlarla suda bir neçə saat ərzində qaynadaraq evdə hazırlaya bilərsiniz.

Fermentasiya olunmuş qidalar yeyin. Fermentasiya olunmuş qida məhsullarındakı probiyotiklər çox güclü immunitet artırıcıdır. Həqiqətən də, H1N1 qripi (donuz qripi) virusunun qarşısının alınmasında və profilaktikasında fermentasiya olunmuş «pekin» kələminin, kimçkinin  əhəmiyyətli dərəcədə təsiri oldu. Digər ləzzətli süd turşusu məhsullarından isə  kələm turşusu, xiyar turşusu, miso, kefir və kombuçadır.

Sadə şəkərlərdən və rafinə edilmiş, zərərli qialardan uzaq durun. Bilirsinizmi ki, qanın laboratoriya təhlillərində göstərir ki, sadə şəkərin (qlükoza, rafinə edilmiş şəkər, fruktoza kimi) qəbulundan 30 dəqiqə sonra immun sistemi zəifləyir, ağ qan hüceyrələrinin mikrobları öldürmə qabiliyyəti isə 50% azalır? Ağ qan hüceyrələri – sizin mikroblara qarşı mübarizə aparan «əsgərləriniz”dir. Bu təsir ən çox qəbuldan 2 saat sonra nəzərə çarpır. Amma sadə şəkər qəbul edildikdən 5 saat sonra da yenidən müşahidə olunur. Təsdiq olunub  ki, qanda şəkər səviyyəsinin qorunması immun sisteminin fəaliyyətini yaxşılaşdırırır.

Fiziki cəhətdən aktiv olun. Adi idman hərəkətləri bakteriya və viruslarla qidalanan ağ qan hüceyrələri olan makrofaqların ifrazını stimullaşdıra bilər. Amma intensiv fiziki hərəkətlər immuniteti müvəqqəti olaraq, aşağı sala bilər. Ona görə ifrata varılmamalıdır. Evdə adi qaydada məşq edin.

Yuxu rejiminə nəzarət edin! Çox yuxulamaq ağ qan hüceyrələrinin çoxalması deməkdir. Bundan başqa, yuxu zamanı orqanizm üçün çox vacib olan və immun sisteminin fəaliyyətində mühüm rol oynayan stokinlər ifraz olunur. Yuxu rejimi pozulduqda sitokinlərin ifrazı və fəaliyyəti zəifləyir. Bu isə orqanizmdə iltihab prosesini artırır. Nəticədə isə, qripə daha həssas olursunuz və sağlamlıqda ciddi problemlər yaranır.

Stresi minimuma endirin! Emosional stres bədəninizdə fizioloji stressin yaranmasına səbəb olur. Bu isə immunitetinizi aşağı salır və xəstəliyə qarşı orqanizmi daha həssaslaşdırır. Sübut olunub ki, stress ağ qan hüceyrələrinin mikrobları öldürmə qabiliyyətini aşağı salır. Maraq dairənizdən asılı olaraq, stresi minimuma endirməyin bir çox yolu var: meditasiya, yoqa və mütaliə

İmmunitetin artırılmasında qida əlavələrinin rolu böyükdür. İmmun sisteminizi gücləndirmək üçün qida əlavələri də qəbul edə bilərsiniz. Bu, viruslara qarşı dözümlüyü artıracaq. Bunlardan ən əhəmiyyətli olanlar A, E, C və D vitaminləridir; həmçinin antioksidan xüsusiyyətləri ilə tanınan karotenlər; minerallar: dəmir, sink, seleniyum və bağırsaqdakı faydalı bakteriyaları artıran probiyotiklər

A vitamini və beta-karotin. A vitamini güclü antioksidandır. Yaşıl yarpaqlı tərəvəzlər: kələm, brokoli; qırmızı və narıncı rəngli tərəvəzlər: şirin kartof, kabak, ərik, qırmızı kələm A vitamini və beta karotin mənbəyidir. Tədqiqatlar göstərir ki, karotinodlər, həmçinin, beta karotin antimutogen təsir göstərir, immuniteti stimulyasiya edir və qoruyur.
E vitamini. E vitamini immunitet sisteminin reaksiyasını xüsusi olaraq dəstəkləyən və tənzimləyən kompleks hüceyrə əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayır. E vitamini fındıqda, badamda, günəbaxan toxumunda, balqabaq toxumunda, yunan qozunda, braziliya fıstığında, zeytun yağında, ispanaqda, cəfəridə, vəzəridə, kələmdə, brokolidə, balqabaqda və kərəvizdə var.
C vitamini. C vitamini güclü antioksidandır və immun hüceyrələrinin funksiyalarını dəstəkləyir. İnfeksiyalarla mübarizənin açarı olan C vitamini leykositlərin ifrazını artırır, immunitet sistemini gücləndirir. Bədənimizdə C vitamini ifraz olunmur və ehtiyat halında toplanmır. Buna görə C vitaminini gündəlik qəbul etmək çox vacibdir. C vitamini ilə zəngin olan qidalar: yaşıl bibər, qırmızı bibər, sitrus meyvələri, brokoli, brüssel kələmi, kivi, cəfəri, albalı, qovun, papaya, yaşıl kələm, qırmızı kələm.
D3 vitamini. Tədqiqatlar göstərir ki, soyuqdəymə və qrip dövründə müəyyən edilmiş dozada D3 vitamini qəbul edən insanlar infeksiyaya daha az yoluxur. D3 vitamini bədənimizdə katelisidin, virus və bakteriya infeksiyaları ilə mübarizə aparmağa kömək edən antimikrob birləşmənin ifrazına kömək edir.
Balıq yağı. Omega-3 əvəzolunmaz yağ turşuları immunitet üçün çox vacibdir. Xüsusilə də, qızılbalıq, skumbriya, tunes – omega-3 ilə ən zəngin balıqlardır. Omega-3 ilə zəngin digər məhsullar isə: kətan toxumu, yunan qozu, badam və fındıqdır. Omega-3-ə olan günlük tələbat 1-3 qramdır.
Sink. Sink immun sistemindəki T-hüceyrələrinin fəaliyyəti üçün ən vacib minerallardan biridir.

Orta yaşlı adamın gündəlik sink tələbatı, təxminən, 15-25 mq-dır.

Selenyum. Selenyum immunitet sisteminin fəaliyyətində mühüm rol oynayır. Bu mineral hüceyrələrin məhv olmasının qarşısını alır, iltihabi prosesləri aradan qaldırır, immunitet sistemini gücləndirir. Tədqiqatlar zamanı göstərilib ki, selenyumun müntəzəm qəbulu bədənin immun reaksiyasının artmasına, çatışmazlığı isə zəifləməsinə səbəb olur. E və C vitamini ilə birlikdə selenyumun qəbulu orqanizmə antioksidan təsir edərək sərbəst radikalların hüceyrələrə vurduğu mənfi təsiri aradan qaldırır.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *