Koronavirusun (COVİD -19) qarşısını almaq üçün tədbirlər

Koronavirusla yoluxma – virusu nəfəslə içəri aldığımız zaman (xəstə yanımızda öskürən, asqıranda) və ya üstündə virus olan əşyaya toxunduqdan sonra əlimizlə üzümüzə ,gözümüzə toxunduqda bədənimizə keçir.

ANDOP.AZ ÜÇÜN HAZIRLADI – DR. GÜLSÜM HÜSEYNOVA

  • Insanlarla 1 metr məsafədə unsiyyətdə olmaq məsləhətdir. Öpüşməməyə və görüşən zaman qarşımızdakının əlini sıxmamağa diqqət edirik.
  • Asqırma və ya öskürmə zamanı ağız və burnumuzu maska və ya salfetlə(əgər heç biri yoxsa şarfımızla və ya dirsəklə) tutmalıyıq. Çünki yoluxmuş ola bilərik, bununla virusun ətrafa yayılmasının və digər insanların da yoluxmasının qarşısını alarıq.
  • Yanımızda asqıran və ya öskürən varsa ağız və burnumuzu maska ilə, salfetlə və ya dirsəyimizlə bağlayıb ordan uzaqlaşmalıyıq.
  • Virus müxtəlif səthlərdən təmasla keçdiyi üçün hamının toxunduğu yerlərə toxunan zaman əlimizə əlcək geyinməliyik (xəstə insan ora toxunmuş ola bilər).
  • Bacardığımız qədər ödənişləri kartlarla edirik. Xəstə kassirə pul verən zaman həm kassiri yoluxdurur həm də digər pullar infeksiya mənbəyinə çevrilə bilər.
  • Evə gələn kimi dərhal əlimizi dirsəyə qədər (dırnaq aralarını diqqət etməklə) və üzümüzü sabunla yuyuruq. Sabun virusun membranındakı lipid təbəqəsini əridir, virusu məhv edir.Ən az 20 saniyə əllərimizi yuyuruq. Unutmayaq ki sabunlu su virusu öldürməyə ən effektiv vasitədir.
  • Burun boşluğunu və ağız boşluğunu duzlu su məhlulu ilə yuyuruq  və qarqara edirik, çünki virus öncə orda çoxalır və sonra aşağı tənəffüs yollarına keçir. Duzlu suyun hazırlanması-yarım litr suya 5 çay qaşığı duz əlavə edirik.
  • Evdə deyiliksə ən az 80% li spirtlə əllərimizi dezinfeksiya Spirt virusun zülalını denaturasiya etməklə zərərsizləşdirir.Bu zaman spirti əllərimizin hər tərəfi islanacaq şəkildə bol miqdarda (iki üş püskurtmə spirt virusu məhv etməyəcək) istifadə edirik. Burnumuzu aptekdən alınan okean suyu ilə yuyuruq.
  • Bayırdan evə girərkən çanta, üst geyimi, ayaqqabımızı digər geyimlərdən və təmasdan uzaqda, balkonda saxlayırıq. Yaxın məsafəyə gedən zaman baxil geyinmək məsləhətdir.
  • Aksesuar( saat,üzük, sırğa) taxmamağa diqqət edirik.
  • Gözlərimizi qorumaq üçün eynəklərdən istifadə edirik. Eynək həm müəyyən qədər gözləri qoruyur həm də əl təmasının qarşısını alır.
  • Maska taxmalıyıq. Adi maska bizi virusdan qorumur.Lakin əli ağıza və buruna aparmamağı bizə xatırladır. Maskalar gün ərzində iki saatdan bir dəyişilməlidir.Əks halda maska özü infeksiya mənbəyinə çevrilir.
  • Əgər vacib işimiz yoxdursa evdən bayıra çıxmamalıyıq,bununla biz nəinki ailə üzvlərimizi qoruyacayıq, xəstəliyin yayılmasının qarşısını alıb minlərlə insanın həyatını qurtaracayıq.
  • Özünüzdə xəstəlik əlamətləri hiss edirsinizsə evdən çıxıb xəstəxanaya getməyin. Yolda digərlərini yoluxdura bilərsiniz. Qaynar xəttə zəng vurub xəstəliyiniz barəsində xəbər verin.Bu müddət ərzində digər ev sakinləri ilə kontaktı kəsin,bir otağa girib qapısını bağlayın.

Unutmayaq  ki 1,4 milyard nüfuzu olan Çində bu gün yoluxmanın bu qədər azalmasına  səbəb insanların ciddiyyeti dərk edib karantin zamanı evdən çıxmamaları, yoluxmanın azalmasına baxmayaraq indiyə kimi maska,əlcək, açki taxaraq bütün təhlükəsizlik tədbirlərinə əməl etmələridir.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *