Mariya Xassapidu: «Piylənmə ilə mübarizədə bütün cəmiyyəti cəlb etmək və problemə kompleks şəklində yanaşmaq vacibdir»

Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi  və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən təşkil edilən “Piylənmənin idarəsində Müasir Tendensiyalar” adlı beynəlxalq Elmi Konfransın keçirildiyi ərazidə  biz professor Mariya Xassapidu ilə üzləşdik.

O, Yunanıstanın Saloniki şəhərində Aleksandrov Texnoloji təhsil institutunda (ATEİ) fakultə rəhbəridir. Yunanıstanın dövlət müəssisələri və beynəlxalq ictimai təşkilatlar tərəfindən həyata keçirilən tədqiqat layihələrinin iştirakçısı və əlaqələndiricisidir. Bakıda keçirilən konfransda o, “Uşaq piylənməsi” mövzusunda məruzə ilə çıxış etdi. Biz ona bir neçə sual verdik.

— Siz bir sıra milli və Avropa assosiasiyalarının, cəmiyyətlərinin, tədqiqat layihələri komitələrinin  fəal üzvüsünüz. ANDOP təşkilatının Azərbaycanda piylənmə ilə mübarizəsi rolunu necə gördüyünüzü bilmək bizim üçün maraqlı olardı!  

— İlk növbədə ANDOP-un fəaliyyətini alqışlayıram.  Siz, öz ətrafınızda bütün Azərbaycan diyetoloqlarını birləşdirən cavan bir təşkilat olduğunuza baxmayaraq, layihələrin həyata keçirilməsinə böyük həvəs və enerji ilə yanaşırsınız. Bu çox xoşdur! Həm də bu, gördüyümüz iş üçün vacib olan əsas keyfiyyətlərdən biridir.

“Piylənmənin idarəsində Müasir Tendensiyalar” adlı beynəlxalq Elmi Konfransı məndə çox gözəl təəssüratlar yaratdı. Auditoriya kifayət qədər hazırlıqlı idi, və bunda da Azərbaycanda  həkimlər və qeyri-həkimlər üçün diyetologiya üzrə kurslar təşkil edən ANDOPun böyük rolu var. Bu səviyyə, konfrans iştirakçıları tərəfindən verilən suallardan bilinir.

ANDOP-un gənc olmasını yenidən vurğulamaq istəyirəm, və bununla belə tədbirin belə yüksək səviyyədə keçirilməsi —  çox təəssüratverici göstəricidir. İnanıram ki, sizin təşkilatın piylənməni tədqiq edən Avropa assosiasiyasında böyük gələcəyi var. Akademiyanın üzvləri üçün isə bu maariflənmə sahəsində, beynəlxalq tədbirlərdə iştirak, təhsil resurslarına əlçatanlığın təmini sahəsində yeni imkanların açılması deməkdir. Bundan əlavə, piylənmə problematikası ilə məşğul olan universitetlər səviyyəsində də əməkdaşlıq etmək çox vacibdir.

— Sizin fikrinizcə, piylənmə ilə mübarizənin effektivliyni necə artırmaq olar?

— Hər ölkə bu istiqamətdə öz yolunu seçir. Lakin bu və ya digər millətin xüsusiyyətlərini nəzərə alaraq, başqa dövlətlərin təcrübəsini araşdıraraq, onu götürmək olar. Konfransda çıxış edərkən, mən, piylənmə ilə mübarizə işinə dair müxtəlif proqramların olduğunu qeyd etdim. Onlar, dövlət, ixtisaslaşmış tibbi mərkəzlər və qida məhsullarını istehsal edənlərin müştərək fəaliyyəti şəklində olanda effektiv olur. Piylənmə ilə mübarizə birtərəfli olmamalıdır – bütün cəmiyyəti cəlb etmək və problemə kompleksli yanaşmaq çox vacibdir.

Məsələn, əgər uşaq piylənməsini həll etmək lazımdırsa, yalnız uşaq ilə işləmək kifayət etmir. Burada həm valideynlər, həm müəllimlər həm də həmyaşıdlarla maarifləndirmə işi aparılmalıdır. Yalnız bu halda yaxşı nəticələr əldə etmək olar.

Piylənmə problemi bu və ya digər cəmiyyətlərdə öz xüsusiyyətlərini qazanır. Buna görə də xəstəliklə mübarizə apardıqda bu xüsusiyyətlər nəzərə alınmalıdır. Məsələn, Yunanıstanda müvafiq proqram çərçivəsində uşaqlara məktəbə ya piyada, ya da velosipedlə gəlmək tövsiyə olunur. Lakin bu praktikanı mənimsəməkdən əvvəl ölkə yollarında olan təhlükəsizlik vəziyyəti nəzərdən keçirilməlidir. Buna görə də mənim əsas məsləhətim – digər ölkələrin ideyalarını götürün, lakin sizdə olan şəraitə uyğunlaşdırın.

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *