Metabolik sindromla bağlı araşdırma

Morbid piylənməsi olan xəstələr arasında D3 çatışmazlığı və ikincili hiperparatireoz kifayət qədər çoxdur. 25 (OH) D3 və maqnezium çatışmazlığının metabolik sindrom riskini artırması ilə bağlı araşdırmalar var. Həmçinin metabolik sindrom ilə paratiroid hormonu səviyyələri arasında əlaqə olduğuna dair məlumatlar var.

Parathyroid hormone, but not vitamin D, is associated with the metabolic syndrome in morbidly obese women
and men – a cross-sectional study (Eyni bir araşdırmada D vitamini səviyyəsi yox, məhz paratiroid hormon səviyyələri morbid piylənməsi olan kişilərdə və qadınlarda metabolik sindromla əlaqələndirilib.)
Hjelmesath J., Hosfo D., Aasheim E., Jenssen T., Moan J., Hager H., Roislien J., Bollerslev J.
Cardiovascular Diabetology 2009, 8:7

PTH-nun sintezi və ifrazının qanda kalsium, fosfor, maqnezium və 25 (OH) D3 səviyyələri ilə tənzimləndiyi məlumdur, lakin bu parametrlərin metabolik sindromla qarşılıqlı əlaqəsi kifayət qədər öyrənilməyib. Belə ki, normal PTH səviyyəsinə sahib qadınlara nisbətən, yüksək PTH səviyyəsinə və qanda normal kalsium, kreatinin səviyyəsinə malik, postmenopozal dövrdə olan qadınlarda qlükoza, triqliserid və BKİ daha yüksəkdir. 50 yaşdan yuxarı kişiləri  müayinə edərkən də oxşar məlumat təsbit edilib.

Serum 25 (OH) D3, PTH və maqnezium səviyyələri eyni araşdırmada  qiymətləndirilmişdir. Tədqiqata 68-i qadın olan 1017 morbid xəstə daxil edilmişdir. PTH, 25 (OH) D3 və maqneziumun metabolik sindrom riski ilə nisbətdə (NCEP meyarlarına görə), müstəqil təsirlərini qiymətləndirmək üçün çoxsaylı logistik reqressiyadan istifadə edilmişdir.

Koqort tədqiqatda metabolik sindromun (MS) mövcudluğu 68% idi. MS olmayan xəstələrə nisbətən, MS olan xəstələrdə maqnezium səviyyəsi aşağı (p <0.001), PTH səviyyəsi (p = 0.067) isə yüksək idi. MS olan və olmayan xəstələr arasında 25 (OH) D3 səviyyəsindəki fərqlər müəyyən edilməmişdir. PTH səviyyəsi ikinci kvartildən dördüncü kvartilin sərhədlərinədək olan xəstələr arasında MS daha yüksək idi.

Bundan əlavə, PTH səviyyəsi sistolik və diastolik qan təzyiqi səviyyəsi ilə əhəmiyyətli dərəcədə əlaqəli idi (p <0.001). Çoxvariantlı analizdə 25 (OH) D3 və maqnezium səviyyələri MS mövcudluğu ilə əlaqəli deyildi.

Bu tədqiqatın nəticələri piylənmə ilə D3 mübadiləsi arasındakı patogenetik əlaqəni və obez xəstələrə kalsium və D3 vitamini preparatlarının təyin edilməsinin məqsədəuyğun olub-olmadığını araşdırmağın zəruriliyini ortaya qoyur. Bir sıra tədqiqatlara görə, kifayət qədər kalsium və D3 vitamini qəbulu fonunda çəki vermək PTH səviyyəsinin azalmasına səbəb olur. Belə ki, PTH səviyyəsində azalmanın piylənməsi olanlarda metabolik parametrlərin yaxşılaşmasına səbəb olub-olmadığı, hələ ki, aydın deyil.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *