fbpx

Piylənmə: qlobal sağlamlığa təhlükə

ANDOP, Azərbaycan Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (ISIM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Bakıda keçirilmiş “Qeyri infeksion xəstəliklərin yükü və öhdəsindən gəlmə strategiyaları” adlı II Milli konfransda fəal iştirak etdi.

Həmkarımız, təlimçi və beynəlxalq layihələrin koordinatoru Dr.Esmer Kərimli «Piylənmə: qlobal sağlamlığa təhlükə» mövzusunda çıxış etdi. Beləliklə, qeyri infeksion xəstəliklərlə mübarizə strategiyasının əsas komponentlərindən birinə toxundu.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq son iki ildə “Azərbaycanda yoluxucu olmayan xəstəliklərə nəzarət strategiyası” nın icrası ilə bağlı işlər davam etdirilir. Bu mübarizənin nəticələri, bu şəkildə dayanan aktual problemlər konfransda geniş müzakirə edildi.

Konfrans zamanı tədbir iştirakçıları Səhiyyə nazirinin müavini Rəhim Əliyevin, İSİM direktoru Qəhrəman Haqverdiyevin, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı, ÜST-nin Avropa Regional bürosunun infeksion xəstəliklər və Sağlamlığın Təşviqi Qrupunun direktoru Bente Mikkelsenin, ÜST-nin Avropa Ofisində Joao Breda, eləcə də Azərbaycanın tədqiqat institutlarının nümayəndələrindən qeyri-infeksion xəstəliklərə qarşı mübarizə proqramının məruzələrini dinləyə bildilər.

Etiraf etmək olar ki, müzakirə olunan problem çox aktualdır. Dünyada və ayrı-ayrı ölkələrdə qeyri infeksion xəstəliklərə qarşı mübarizə səhiyyə sistemlərinin və bütövlükdə dövlətin prioritet vəzifələrindən biri olmuşdur. Sosial-iqtisadi quruluşa mənfi təsirlərin aradan qaldırılması XXI əsrin səhiyyə sahəsində əsas vəzifələrdən biridir. Konfransın əsas məqsədi bu istiqamətdə görülən işləri nəzərdən keçirmək və daha yaxşı nəticələr əldə etməyə səy göstərməkdir.

Sevinirik ki, ANDOP nümayəndəsinin məruzəsi böyük maraqla və ciddiyyətlə qəbul edildi. ANDOP sağlam həyat tərzi və sağlam qidalanmani fəal şəkildə təşviq edir və təbliğ edir. Üstəlik, Azərbaycanda diyetologiya və piylənmənin qarşısının alınması sahəsində mütəxəssislər hazırlayır. Əminik ki, səhiyyə sahəsində dövlətin və beynəlxalq qurumların dəstəyi ilə hamımız birlikdə vəziyyəti kökündən düzəldəcəyik.

Maraqlıdır

Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi

Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *