Natella İsazadə: «Liderin nitqi rəvan, zəngin, rəngarəng olmalı və şüura təsir etməlidir»

ANDOP-un təşəbbüsü ilə məşhur həmyerlimiz, natiqlik sənəti üzrə təlimçi Natella İsazadə “Liderlər üçün natiqliyin sirləri” mövzusunda master-klass keçirdi. Tədbir  auditoriya tərəfindən böyük rəğbətlə qarşılandı. Beynəlxalq spiker, kouç, təşkilatı fərqlənmə üzrə sertifikasiyalı menecer, TEDx məruzəçisi, Kanadada yaşayan Natella İsazadə ilə müsahibəni təqdim edirik.

— Uğurlu master-klass ilə sizi ürəkdən təbrik edirik! Bölüşdüyünüz təcrübə olduqca maraqlıdır, bütün dedikləriniz Azərbaycan üçün aktualdı.

— ANDOPa yaratdığı imkan üçün təşəkkür edirəm!  Həqiqətən də bu biliklər çox faydalıdır.

Natiqlik sənətinin tətbiq sahəsi təsəvvür etdiyimizdən daha genişdir.  Bu bacarıqlar yalnız motivasion spiker karyerası quran və ya professional natıq olmağı planlaşdıranlar üçün deyil, həm də rəhbər vəzifədə çalışanlar üçün vacibdir. Liderin (öndərin) dili fərqli olmalıdır. Onun əsas xüsusiyyəti, söz gücünün təsirindədir. Liderin nitqi rəngarəngliyi ilə fərqlənir və insanların şüurunda həkk olunur.

Hal-hazırda natiqlik sənəti üzrə üç fərqli proqramım var. Onlardan biri kütlə qarşısında çıxışlar ərəfəsində yaranan qorxu ilə mübarizəyə, digərləri isə liderlər üçün natiqlik sənətinin sirləri və TEDx spikerlərinin  hazırlaşdırılmasına həsr edilib.

— Necə oldu ki, bu işlə məşğul olmağa başladınız?

— İş ondadır ki, təşkilatı fərqlənmə sahəsində işləyəndə, biznes proseslərinin təkmilləşməsi ilə məşğul olarkən,  əmək təhlükəsizliyini və keyfiyyəti sahəsində  çalışdıqca, xeyli  insanla ünsiyyətdə oluram. Şahidəm ki, öz sahələrində yaxşı mütəxəssis olanlar, sonradan lider vəzifəsinə keçməkdə çətinlik çəkirlər. Üz-üzə ünsiyyət zamanı fikirlərini asanlıqla çatdıra bilirlər də, auditoriyada işləyən zaman onlarda nə isə dəyişir.

Mən, bu insanlara yardım etməyi özümə məqsəd qoydum. Onlar, öz ilkin qorxularını və baryerlərini qət edə bilsələr  və söz gücünün təsirini əldə etmək üçün fikirlərini necə ifadə etməli olduqlarını anlasalar,  geniş kütləyə böyük fayda verə bilərlər. Bu biliklər işçilər və təşkilat rəhbərləri ilə danışıqlar aparmağa yardım edir.

— Maraqlıdır ki, öz professional yolunuzu siz jurnalistika ilə başladınız. Bu sizə yardım etdimi?

— Jurnalistikanı uşaqlıqdan sevmişəm. Məni insanların tarixçələri, sosial problemlər həmişə maraqlandırıb, auditoriya qarşısında da həmişə bu mövzuları qabartmaq istəyirdim. Buraya fikirlərimi mətn şəklində bildirmək istəyini əlavə etsək, deyə bilərik ki, jurnalist taleyi mənim üçün əvvəlcədən yazılmışdi. Təhsilimi BDU-da “Beynəlxalq jurnalistika” fakültəsində almışdım.  KİV-də isə hələ tələbə ikən işləməyə başlamışdım.

Lakin ABŞ-a, magistraturada təhsilimi davam etməyə gedəndə, mən, o dövrdə ingilis dilini kamil bilmədiyim üçün, jurnalist karyerasını o ölkədə davam edə bilmədim. Bundan əlavə, bir amil də var idi,  ABŞ-da yaşayanlara nəyin maraqlı olub-olmadığını bilmirdim. Buna görə də, magistraturadan sonra, biznes-menecment sahəsində inkişaf etməyə başladım.

Hazırda mən həm də TEDx məruzəçisiyəm. TEDx əvvəlcədən illik İT konfransı idi, sonradan böyüdü, bugünkü səviyyəsinə çatdı. Konfransın şüarı “Yayılması lazım olan ideyalar”dır. Maraqlı ideyaları insan kütləsinə layiqincə yaymaq üçün sizə kouç yardımı edirlər. Mən, yeri gəlmişkən, kouç olmağı planlaşdırıram.

Amma hər şey təsadüfdən başladı —  bir tanışım mənə keyfiyyət üzrə menecmentə aid konfrans üçün spiker tapmağı xahiş etdi. Əvvəlcədən ərizə vermiş spikerlərdən birinin son saatda planları dəyişdi, mən isə o zaman bu sahədə çalışırdım. Qısa müddətdə yeni spiker tapmaq mümkün olmadı, mən də özümü təklif etməklə risk etdim. Bu işə çox ciddi yanaşırdım, danışacağım mövzunu yaxşı bilsəm d,ə çox qorxurdum. Bundan əlavə, məni yüksək mütəxəssis kimi təqdim etdilər, mən isə özüm haqqında bu fikirdə deyildim, buna görə də üzərimə götürdüyüm yükün məsuliyyətini hiss edirdim.

Lakin hər şey çox gözəl keçdi, tədbirdən sonra adamlar yaxınlaşıb müsbət rəylərini söyləyirdilər. Tənqid edənlər də vardı, dedilər ki, mənim Toastmasters məktəbini keçməməyim duyulur. Bu, ünsiyyət bacarıqları tərbiyə edən, kütlə qarşısında çıxışlar etməyi öyrədən və liderliyi inkişaf etdirmək məqsədilə yaradılan bir təşkilatdı. Mən bu məktəbi Kanadada keçdim, çıxışlarımda özümə maraqlı olan mövzuları qabardırdım. Beləliklə, özüm də inkişaf etdim, başqalarına da bu işdə kömək etdim. Bu mənim həyati çağırışımdır!

Maraqlıdır

Yaşıl çayın faydaları

Yaşıl çay xərçəngin qarşısını ala bilər. Müşahidələr göstərir ki, tez tez yaşıl çay içən qadınlarda 20-30% döş xərçəngi daha az görülür. Həmçinin yumurtalıq xərçəngi və endometrial xərçəngdən qoruya bilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *