Professor Dilək Yavuz: «Piylənməyə qalib gəlmək – öz həyat və düşüncə tərzini dəyişmək deməkdir»

Spiker Dilək Yavuz “Piylənmənin idarəsi üzrə müasir tendensiyalar” Beynəlxalq elmi konfransında “Piylənmənin medikamentoz müalicəsi” mövzusunda çıxış etdi. Çox maraqlı məruzədən sonra spikerə bir neçə sual verdik.

Qeyd etmək lazımdır ki,  tədbir Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP), Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi  və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun təşəbbüsü ilə həyata keçirilmişdi.

— Bakıda keçirilmiş Beynəlxalq elmi konfransın işi sizi qane etdimi?

— Konfransın  iştirakçılarda yaratdığı marağa çox şadam. Zalda  boş yerlərin olmaması və auditoriyanın sona qədər konfransda fəal iştirakı məsələyə ciddi münasibətin göstəricisidir. Piylənmənin artıq kütləvi şəkildə xəstəlik kimi qəbul edilməsi, həkim və pasiyentlərin problem üzərində çalışması faktları çox şeydən xəbər verir.

— Piylənmə ilə mübarizədə əsas olan nədir?

— Piylənmə — mütəxəssis nəzarəti tələb edən xroniki xəstəlikdir. Diabetdə olduğu kimi, belə diaqnozu olan pasiyetnlər xüsusi həyat tərzi ilə yaşamalıdırlar. Azərbaycanda bu istiqamətdə addımların atılması və xəstəliyin müalicəsində sağlam həyat tərzinə, düzgün qidalanmaya böyük önəm verildiyini müşahidə etmək sevindirici haldır. Bu, millətin sağlamlığının qorunması baxımından çox vacib məsələdir.

— Sizin mühazirəniz piylənmənin medikamentoz müalicəsi haqqındadır.

— Bəli, mən müalicədə hansı dərmanlardan, necə və nə müddətə istifadə edilməsi zərurəti haqqında çıxış etdim. Lakin əsas fikir ona yönəldilməlidir ki, piylənmə — həyat tərzinə, qida rasionuna bağlıdır. Xəstəliyə münasibəti dəyişmədən, onu heç bir dərmanla müalicə etmək mümkün deyil. Cərrahi müdaxilələr yalnız məhdud sayda pasiyentə tətbiq edilə bilər. Yəni piylənmə müalicəsinin əsas amilləri —  sağlam həyat tərzi, fiziki aktivlik və düzgün qidalanmadır.

Konfransın əsas vəzifəsi —  həkimlərə müvafiq təhsilin, düzgün məlumatların verilməsidir. Lakin maariflənmə işi geniş kütləni əhatə etməli, ümummilli səviyyədə həyata keçməli, səhiyyə sahəsində dövlət siyasətinə çevrilməlidir.

Maraqlıdır

Laksatif xəstəliyin elmi izahı

Bu gün etiraf etməliyik ki, insanın psixi fəaliyyəti, müasir informasiya axını, gərgin rejim  həzm orqanlarının funksiyalarına getdikcə daha pis təsir edir və fiziki fəaliyyətin paradoksal şəkildə azalması ilə müşayiət olunur. Son vaxtlara qədər hesab edilirdi ki, xroniki qəbizlikdən əziyyət çəkənlər dünyadakı yetişkin insanların, orta hesabla, 12%-ni təşkil edir. Bu gün III Roma Funksional Patoloji konsensusuna (2006) görə, bu problemdən əziyyət çəkənlərin sayı 2 dəfə artaraq 27%-ə çatıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *