Sink sağlamlıq üçün nə dərəcədə faydalıdır?

Sink bütün canlı orqanizmlər üçün çox vacib mikroelementdir. O, bir çox biokimyəvi proseslərdə iştirak edir. 2020-ci ilin yanvar ayından etibarən, dünyanı bürüyən COVID-19 pandemiyası səbəbindən, bu gün  sinkin bir qida əlavəsi olaraq qəbulu son dərəcə populyarlaşıb. Bu məqalədə bütün minerallar və mikroelementlərin qida əlavələrinin həkim nəzarəti altında verilməli olduğu bildirilir. Hər kəsə lazım olan miqdarda, müəyyən bir dozada sink qəbulu vacibdir. Sinkin həm çatışmazlığı, həm də artıqlığı problem yaradır. Sinkin təsir spektrinin nə qədər geniş olduğu bir çox araşdırmalarla göstərilib.

Müəllif: Dr. Nərmin Novruzova, həkim-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis, ANDOP təlimçisi 

Sink – atom nömrəsi 30 olan, iki valentli bir kationdur.

Dəmirdən sonra ikinci ən çox yayılmış mineraldır. İnsan bədənində 2-3 qram olduğu təxmin edilir. İnsan bədəndəki ümumi dövriyyə tamamilə homeostatik nəzarət altındadır. Sinkin təxminən yüzdə 57-i əzələdə, yüzdə 29-u isə sümüklərdədir. İnsan sağlamlığı üçün əvəzolunmaz bir element olan sinkin 300-dən çox metalloferment və lipid, protein və nuklein turşularının mübadiləsində rolu var.

Birdən çox gen transkripsiyasında iştirak edir. Sink kinaz, fosfataz və membran kanal fəaliyyətlərini tənzimləyən bir metal iondur. Patogenlərə və toxuma zədələnməsinə qarşı təbii müqavimət və  immunitet sisteminin normal fəaliyyəti üçün sink vacibdir. Sərbəst oksigen radikallarına qarşı qoruyucu bir təsirə sahib olduğu artıq çoxdan məlumdur. Sink çatışmazlığı zamanı şiş supressor zülalı p53 azalır və DNA mutasiyaları ilə nəticələnir və xərçəngə səbəb olduğu düşünülür.

Sink metabolizması

Gündəlik sink ehtiyacı yaşa, böyümə dövrlərinə və cinsə görə təyin olunur. Bağırsaq, öd kisəsi, mədəaltı vəz, böyrək və dəri itkilərindən asılı olaraq, sağlam yetişkin insanın gündəlik sink ehtiyacı 10-15 mq-dır. Zəruri bir mikroelement olan sinkin sorulması bağırsaqda, xüsusən də onikibarmaq bağırsaqda aktiv şəkildə baş verir. Maksimum sorulma orta jejunum və ileumda meydana gəlir. Entorositlər tərəfindən sorulan sink qan dövranına keçir.

Sinki hüceyrə və hüceyrə xaricinə daşıyan xüsusi zülallar var. Sinkin qandakı miqdarı ağızdan alınan sink qəbulu ilə ölçülmür, onun bağırsaqdakı udulmasından asılıdır. Bağırsağın selikli qişa təbəqəsi və mikrobiota da sink əmiliminə təsir göstərir. Bu vacib amillərdən biridir. Sinkin mədə turşusundan təsirlənməməsi üçün sağlam selikli qişa təbəqəsinə ehtiyac var. Bəzi amin turşuları, peptidlər sinkin sorulma qabiliyyətini artırır, fitata bənzər qida komponentləri, kalsiyum, mis, entorositlər isə sinkin sorulmasını azaldır.

Sink və antioksidan sistem

Sərbəst radikalları təsirsiz hala gətirmək üçün DNA replikasiyası, gen transkripsiyası və protein sintezində iştirak edir. Fermentlər üçün katalizator rolunu oynayan sink endogen antioksidan sistemində iştirak edir. Siqnal ötürmə yolu ilə qarşılıqlı təsir göstərir, zülal fosforillənmə-deposforilləşmə və ikinci  xəbərləşmə metabolizması üçün vacib bir elementdir. Sərbəst yağ turşularının oksidləşməsini azaldaraq, antioksidan aktivlik gösərir. DNT hüceyrə funksiyaları və hüceyrələrin çoxalması üçün genetik şablon rolunu oynayır. Sink DNT-nin çoxalması və təmirində iştirak edən bir çox fermentin tərkibindədir.

Sink və mədə-bağırsaq sistemi

Bağırsaq suyu və elektrolit nəqli, bağırsaq fırçası olan enzimatik funksiyalar, bağırsaq toxumasının normallaşması, bağırsaq keçiriciliyinin və mədə-bağırsağın yaxşılaşması, mukozal baryerin sabitliyi və mikrofloranın tarazlığı üçün sink tələb olunur. Sink sağlam mikrobiota və immunitet sistemi üçün əhəmiyyətlidir.

Sink və endokrin sistem

Sinkin endokrin sistemə təsiri ən çox bilinən təsirlərdən biridir. Pankreas adacıq hüceyrələrini antioksidan təsiri ilə qorumaqla yanaşı, insulin ifrazında tələb olunan ən vacib mikroelementlərindən biridir. Sink diabetli xəstələrdə qan şəkərinin tənzimlənməsini pankreas beta hüceyrələrində insulinin sintezini, saxlanmasını və sərbəst buraxılmasını stimullaşdıraraq həyata keçirir.

Hiperqlikemiyada böyrək borulu hüceyrələrdən sinkin aktiv nəqlindəki pozulma, bununla bağlı gedən proseslər bu təsiri sübut edir. Diabet xəstəliyində plazma sink səviyyəsində azalma olur. Sink qida əlavəsinin 1-ci tip diabetdə qan şəkərini aşağı saldığını nümayiş etdirən Zn-metalotionein kompleksi adacıq hüceyrələrini sərbəst radikallardan qoruyur və sink çatışmazlığı pankreas hüceyrələrində avtoimmun proseslərə səbəb olur. Tədqiqatların mövcudluğu endokrin sistem üçün sinkin əhəmiyyətini göstərir. Sink kişi reproduktiv hormonları, spermetogenez və prostat funksiyaları üçün çox vacibdir. Onun çatışmazlığı prostatın böyüməsini sürətləndirə və sperma sayını azaldaraq, kişi sonsuzluğuna səbəb ola bilər.

Sinkin dozaları və qidalar

Cinsinə və yaşına görə dəyişsə də, sink tələbatı gündə 7 mq-dır. Uşaqlarda gündəlik sink ehtiyacı 11 mq-dır. Sağlam yetişkin insanlarda gündəlik doza aralığı 15-20 mq-dır. Gündəlik sink tələbatını sağlam qidalanma və sağlam bağırsaq mikrobiotası ilə təmin etmək mümkündür. Təbii qidalar – ət və ət məhsulları, qaraciyər, yumurta və dəniz məhsulları – ən yaxşı sink mənbəyidir. Süd və süd məhsullarında, paxlalılarda, yağlı toxumlarda və taxıllarda kifayət qədər sink var. Rafinə edilmiş unlarda sinkin miqdarı azalır. Ancaq taxıllardakı fitatların, bitki liflərinin, dəmir və misin artıq mənimsənilməsi sinkin sorulmasına mənfi təsir edir.

Sink çatışmazlığına səbəb olan vəziyyətlər

Bir çox sağlamlıq problemi sink çatışmazlığı ilə əlaqələndirilir. Sinkdən kasad  pəhrizlər və redoks reaksiyalar bir-biri ilə bağlıdır. Xəstəliyin etologiyasında və patogenezində bu əlaqə sinkin vacib bir element olduğunu göstərir.

Yüngül çatışmazlıqda: İmmunitetin zəifləməsi, dad və qoxu qabiliyyətinin azalması, gecə korluğu, spermatogenezin azalması.

Orta dərəcədə çatışmazlıq: Böyümə geriliyi və yeniyetməlik dövrünün gecikməsi, kişi hipoqonadizmi, dermatit, sərt dəri, iştahasızlıq, süstlük, yaraların gec sağalması, gecə korluğu, hipotenziya və s.

Şiddətli çatışmazlıqda: Neyropatiya, şiddətli immunitet çatışmazlığı, infeksiyalara tez-tez yoluxma, dermatit, ishal hipertermi görülə bilər. Sink qəbulunun azalması, zəif sorulma sink çatışmazlığının əsas səbəblərindəndir.

Sink çatışmazlığı ilə əlaqəli pozğunluqlar

Nevrotik anoreksiya, yaşlanma, yanlış arıqlama pəhrizləri, kəskin infeksiyalar, zülal çatışmazlığı, alkoqolizm, vegetarian-veqan pəhriz, orqanizmin zədələnməsi (yanma, aclıq, travma)

Sink sorulmasının azalması ilə əlaqəli pozğunluqlar

Yüksək lifli pəhriz, yüksək dəmir / az sink nisbətli pəhriz, kalsiyum / sink nisbəstli pəhriz, alkoqolizm, ishal, pankreas çatışmazlığı, böyrək funksiyalarında pozulma, akrodermatit enteropatiya, qaraciyər xəstəlikləri, qıcıqlanmış bağırsaq sindromu, iltihablı bağırsaq xəstəlikləri və çölyak xəstəliyi zamanı yarana bilər.

Gündəlik sink qəbulu nə vaxt artırılmalıdır: Yaşlandıqda, hamiləlik və laktasiya dövründə, yeniyetməlik və böyümə dövründə.

Sink toksikliyi

Maddələr mübadiləsində sink vacibdir. Normadan artıq qəbul edildikdə isə toksik təsirlər göstərə bilər. Kəskin toksiklik: gündəlik dozanın 10 qatına qədər qəbul edildikdə müşahidə edilir. 1 həftədən çox müddətdə gündəlik 150 mq-dan artıq qəbul edildikdə sink toksikliyi baş verə bilər.

Başqa elementlərlə qarşılıqlı təsiri

Sink sorulması üçün mis ilə rəqabət aparır. Uzun müddət sink qəbulu mis çatışmazlığına səbəb ola bilər. Kalsium və dəmir kimi minerallar yüksək dozada qəbul edildikdə sink sorulmasını azaldır. Həmçinin yüksək lifli qidalarla birlikdə alındıqda da sorulma azala bilər.

Qanda sink miqdarının təyini

Plazma sink səviyyələri 70-120 mkq / dL səviyyəsindədir. Klinik simptomlar, adətən, 65 mkq / dL- dən aşağıda olduqda müşahidə olunur. Hipoalbuminemiya və azalmış serum qələvi fosfataz sink çatışmazlığı zamanı araşdırıla bilər.

Sink istifadəsi

Sink bir çox formaya malikdir. Tədqiqatlar daha çox sink sülfat ilə aparılsa da, pikolinat, asetat, sitrat, qliserid və metioninlə əlaqəli bütün formalar yüksək dərəcədə sorulur. Gündə 15 mq sink qəbul etmək tövsiyə olunur.

Sağlam metabolizma və sağlam immunitet sistemi üçün sink vacibdir. İmmunitet üçün zəruri bir mikroelement olduğu çoxsaylı araşdırmalarla sübut olunmuşdur. Hər keçən gün patofiziologiyalarla bağlı tədqiqatların sayı artır. Araşdırmalar göstərir ki, gündəlik sink ehtiyacımızı sağlam bir pəhrizlə qarşılaya bilərik. Sağlam bir immunitet sistemi üçün sağlam, balanslı  qidalanmaq lazımdır. Bu həm tədqiqatlarda, həm də müasir təcrübələrdə göstərilib. Sinkin sorulma səthi bağırsaqdır. Buna görə sink sorulması üçün bağırsaq mukozal keçiriciliyi və mikrobiota normal olmalıdır. Kimlər sink qida əlavələri qəbul etməlidir – bu mövzu ilə bağlı daha çox araşdırmaya ehtiyac var.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *