Sink uşaqlara nə dərəcədə faydalıdır?

Ümümdünya səhiyyə təşkilatının məlumatına görə ¼ uşaq 5 yaşa kimi boydan geri qalırlar.

Zn – sink müxtəlif bioloji proseslərdə, xüsusilə hüceyrə böyüməsi, differensiasiyası və metabolizmində əsas rol oynayır.
Zn – DNT replikasiyası və zülal sintezi üçün vacibdir.
Zn – 300dən artıq fermentin kofaktorudur.
Orqanizmdə sink deposu 1,5 – 3,0 gram təşkil edir.

Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.

Bu mineralın defisiti nəticəsində

  • Uşaqlarda boy inkşafınından geri qalırlar.
  • Cinsi inkişaf ləngiyir.
  • İmmun zəiflik inkşaf edir, infeksiyalara qarşı müqaviməti azalır.
  • İştaha zəifləyir.
  • Dad bilmə hissiyatı pozulur.

Uşaqlarda Zn çatışmazlığının səbəbləri:

  • Heyvani züllların az istifadəsi (ət və ət məhsulları, dəniz məhsulları).
  • Qidadan sinkin mənimsənilməsini pozan həzm sistemi patologiyaları (enteropatiyalar – malabsorbsiya sindromu).
  • Paxlalılar, taxıllar, çərəzlər, tumlarla antinutriyent faktorların – fitatların yüksək qəbulu( hansı ki Zn-lə möhkəm birləşmə əmələ gətirir, sorulmasını azaldır).
  • Uşaqlarda sürətli inkşaf dövründə sinkə olan təlabatın artması və qida ilə az qəbul olunması fonunda Zn defisiti inkşaf edir.

Müxtəlif araşdırmalarda Zn qəbulu ilə boy artımı arasında əlaqə olduğu görünür. Boy inkşafının əsas requlyatoru İGF-1 dir. Sink boy inkşafına təsiri İGF-1 lə həyata keçir. Zn defisiti zamanı İGF-1 qanda səviyyəsi azalır, qaraciyərdə bu genin ekspressiyası düşür.

Bir sıra çalışmalarda boy inkşafı ləngiyən uşaqlarda Zn qəbulunun boy artımına müsbət təsir etdiyi məlum olmuşdur. Zn qəbulu endogen boy hormonuna həssaslığı artırır, və boy hormonu sintezini stimulyasiya edir. Ehtimal olunur ki, Zn defisiti bərpa olmasa, yalnız boy hormonu ilə müalicəyə boy inkşafına müsbət cavab verməyəcək.

Bu çalışmada iki qrup Misirli uşaq götürüldü. Birinci qrupda 50 Zn defisiti olan, alçaqboy prepubertat yaşda olan uşaq götürülmüşdür. (27si oğlan, 23ü qız idi). Bu uşaqlar əsasən az təminatlı ailələrdən olduqları üçün heyvani zülal qəbulu aşağı idi.

Həmçinin qidada olun sinkin mənimsənilməsini pozan fitat qəbulu və çay qəbulu yüksək idi. Uşaqların yaş aralığı 3,2 – 10,9. Ikinci qrup normal boy inkşafı olan və serum Zn səviyyəsi normada olan nəzarət qrupu idi. Bunlar 28 oğlan və 22 qız idi. Və nəzarət qrupun da yaş aralıqları 3,5 – 10,8 idi. Bu çalışmada xroniki sistem xəstəliyi, endokrin patologiyası olan uşaqlar kənarlaşdırılmışdır. Və araşdırma zamanı uşaqlar boy hormonu qəbul etməmişdilər. Bütün uşaqlarda boy Harpenden stadiometri ilə 1,mm dəqiqliklə, çəki 0,1 kq dəqiqliklə yoxlanıldı.

Hər iki qrup uşaqda serum Zn yoxlanıldı. Normal göstərici 109 – 167 mkq/dl olmuşdur. 109 mkq/dl çatışmazlığını göstərirdi. Həmçinin serumda İGF-1 və İGFBF-3 dəyərləndirilmişdir.

1 ci qrup – Zn defisiti olan alçaqboylu uşaqlara 3 ay müddətində peroral Zn sulfat (50mq/gün) verildi, sonra təkrar analizlər alındı.

Zn qəbulundan sonra uşaqlarda
Serum Zn səviyyəsi bütün uşaqlarda artdı. Amma normal səviyyəyə 32 uşaqda çatdı.

Serum İGF-1 səviyyəsi 30 uşaqda artdı, normal səviyyələrdə 20sində oldu.

İGFBP – 3 səviyyəsi 20 uşaqda artdı amma normal səviyyələr daxilində 11 uşaqda oldu.

Plazma Zn səviyyəsi ilə İGF-1 səviyyəsi arasında düz mütənasiblik görüldü.

Deməli uşaqlarda peroral Zn qəbulu fonunda İGF-1, İGFBP-3 səviyyələri qalxsa da , 3 ay qəbul fonunda hələ normaya yüksəlmədiyi üçün daha artıq müddətə Zn qəbul olunmalıdır.

Digər çalışmada isə uzunmüddətli peroral Zn qəbulunun boy inkşafına, iştahasız uşaqlarda iştahaya təsiri haqqında olacaq.
896 uşaq yoxlanıldı. Onlarda 49u infeksion xəstəliyi olduğu üçün, 87-si isə Zn qəbulu tam olmadığı üçün araşdırmadan uzaqlaşdırıldı. 761 uşaqla bu çalışma tamamlandı ( 390 oğlan, 371 qız idi ). Bu uşaqlar 2-10 yaş arasında idilər. Onların çəkisi və boyu 15ci percentilin altında idi.

24 həftə ərzində hər 4 həftədən bir uşaqlar müayinə olundu. Onlarda iştaha, həftəlik qida gündəlikləri tutulmaqla- sutkalıq qəbul etdikləri enerji dəyəri, antropometrin göstəricilər, laborator dəyərlər yoxlanıldı. Müsbət nəticə kimi kalorajin 15% artımı idi. Bu uşaqlara 24 həftə, hər gün peroral 10mg sink qlukonat verildi.

Serum sinkin səviyyəsinə görə uşaqlar 3 qrupa bölündü. 1ci qrupda sink 80 mkq/dl, 2ci qrupda 70 – 80mkq/dl, 3cü qrupda isə < 70 mkq/ dl idi. Hər üç qrupda 24 həftə 10 mg/gün sink qəbulunun boy inkşafına və iştahaya təsiri dəyərləndirildi. Sink qəbulu fonunda boy, çəki, BKİ-si artımı serumda sink səviyyəsi ən aşağı olan ( < 70 mkq/dl ) uşaqlarda digər iki qrupa görə daha çox oldu. Serum sink səviyyəsi ən yüksək olan birinci qrupda (80 mkq/dl) diqqət çəkən dəyişiklik olmadı.

Iştaha artımı qəbul olunan günlük enerjinin 24 aya 15% artımı idi. Iştaha artımı isə serum sink 80 mkq/dl olan qrupda – 32% uşaqda, serum Zn 70 – 80 mkq/dl olan qrupda – 46,6% uşaqda, serum sink < 70-ə qədər olan qrupda isə 70,8% uşaqda olmuşdur.

Deməli bütün yoxlanan parametrlərdə ən yüksək artım serum sink səviyyəsi ən aşağı olan qrupda müşahidə olundu.

Lakin bir sıra digər çalışmalarda peroral sink qəbulunun yalnız serum sinkin səviyyəsini artırdığı və boy artımına ciddi təsir etmədiyini göstərmişdir. Və mehz ikinci çalışmanın nəticələri – Serum sinkin səviyyəsi ən yüksək olan (80 mkq/dl) 1ci qrup uşaqlarda Zn qəbulu fonunda nəzərə çarpmayan boy artımı olması , digər Zn qəbulun nəticəsində boy inkşafında ciddi dəyişiklik olmadığını göstərən çalışmaların cavabı ola bilər.

Sinkin yüksək dozada qəbulu Fe, Cu metabolizmini pozur.

Müxtəlif çalışmalarda 3 – 20 mg /gün sink qəbulu müsbət nəticə verir. Lakin 3 – 5 mg /gün olan dozaya nisbətən 10mg/gün, və 3 aylıq qəbula nisbətən 6 ay qəbulu boy inkşafına daha müsbət nəticə verdiyi məlum olmuşdur

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *