Tag Archives: COVID-19

Piylənmə və COVİD – 19. Iki pandemiyanın toqquşması.

Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.

Daha ətraflı

Covid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi

Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.

Daha ətraflı

Pandemiya zamanı ürək xəstələri nə etməlidir?

Dünyada anidən COVİD-19 virusunun peyda olması hamımızı həyat tərzimizi dəyişməyə və özünütəcrid rejiminə keçməyə məcbur etdi. Risk qrupuna daha çox yaşlılar, həmçinin, müxtəlif xəstəliklərdən, habelə ürək xəstəliklərindən əziyyət çəkən insanlar daxildir. Bu barədə bizə doğru məlumat verməyi ANDOP mütəxəssisi, kardioloq-diyetoloq, həkim İradə Abdullayevadan xahiş etdik.

Daha ətraflı

Uşaqlar üçün ev şəraitində və artıq çəki yığmadan necə bayram keçirmək olar?

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə, ev şəraitində qalmaqla, əksər uşaqlar passiv həyat tərzi keçirirlər. Bu dövrdə bir tərəfdən hipodinamiya digər tərəfdən alimentar faktorlar uşaqlarda ən az koronavirus qədər ciddi olan, müasir dövrümüzdə epidemiya şəklində yayılmış uşaq piylənməsinə səbəb ola bilər.

Daha ətraflı