D vitamini – kalsiyumun bağırsaqdan sorulmasını təmin etməklə sümüklərin inkşafını təmin edir, əzələ tonusunu artırır, immuniteti təmin edir, qalxanvari vəzin normal fəaliyyəti üçün vacibdir, qanın laxtalanmasında və arterial təyziqin idarə olunmasında iştirak edir, lipid spektrinə təsir edir, toxumaların insulinə həssaslığını artırır, şiş toxumasının əmələ gəlməsinin qarşısını alır.
Daha ətraflıEtiologiyasına görə piylənmənin klassifikasiyası
Piylənmə multifaktorlu , qarışıq etiopatogenezi olan patologiya olduğu üçün onun klassifikasiyasını təyin etmək hər zaman çətin olub. Ona görə də hazırda piylənmənin dünya üzrə qəbul olunmuş stabil müəyyən bir klasifikasiyası yoxdur. Və tarix boyu piylənmənin müxtəlif klassifikasiyaları təklif olunmuşdur.
Daha ətraflıUşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi
Bizim məktəbin əsas məqsədi artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.
Daha ətraflıPiylənmə və COVİD – 19. Iki pandemiyanın toqquşması.
Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.
Daha ətraflıKompulsiv qidalanma — qida davranışının pozulması
Zaman keçdikcə insanların gözəllik anlayışı dəyişir. Əksər insanların düşüncəsinə görə, azçəkili olmaq bacarıqlı, gözəl, sağlam olmaq deməkdir. Artıq çəkili olmaq isə, əksinə, tənbəl, zəif, çirkin olmağın göstəricisidir. Buna görə də, dünyada qidalanma davranışının pozulması müşahidə olunan insanların sayı getdikcə artır.
Daha ətraflıQlüteni hər kəs həyatından cıxarmalıdırmı?
Qlüten – yüksək yapışqanlılıq xüsusiyyətinə malik, mürəkkəb bitki zülalıdır. Qlüten azərbaycanca "yapışqan" mənasını daşıyan "glue" – ingilis sözündən götürülüb. Qlüten xəmirin yumuşaq, elastik və həcmli olmasını təmin edir.
Daha ətraflıPiylənməsi olan uşaqlarda cinsi yetişkinliyinin xüsusiyyətləri
Uşaqlıqdan yetişkinlik dövrünə keçid pubertat dövr adlandırılır. Cinsi yetişkənlik pubertat dövrün əsas hissəsidir. Pubertat neyroendokrin sistemin fəaliyyəti nəticəsində formalaşır. Bu prosesdə əsas rolu hipotalamo-hipofizar-qonad, daha az dərəcədə hipotalamo-hipofizar-boyrəküstü vəz sistemi oynayır. Birinci aktivləşəndə - qonadarx, ikinci aktivləşəndə adrenarx formalaşır.
Daha ətraflıTam taxıl. Uşaqlar üçün təbii, faydalı qida
Uşaqlarınız qəlyanaltı etmək istədikdə onlara mütləq tam taxıllı məhsullar verin. Tam taxıllı məhsullar nəinki faydalı və doyumludur, həm də dadlıdır! Tam taxıl bütün qida maddələrini özündə ehtiva edir. İşlənmiş taxıllardan fərqli olaraq, tam taxılda bütün faydalı maddələr olduğu kimi qalır.
Daha ətraflıUşaqlara tərəvəz sevdirməyin əsl zamanıdır
Hazırda - pandemiya vəziyyətində həm immunitetin qalxması üçün, həm də oturaq şəraitdə çəki almamaq üçün uşaqların bol miqdarda tərəvəz yeməsi vacibdir. Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, valideynlər evdə ikən uşaqlara tərəvəz sevdirməyin tam zamanıdır. Bunu hansı üsullarla edək? Pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, doktor Gülsüm Hüseynova bu barədə öz tövsiyələrini andop.az ilə bölüşdü.
Daha ətraflıKoronavirusun (COVİD -19) qarşısını almaq üçün tədbirlər
Koronavirusla yoluxma - virusu nəfəslə içəri aldığımız zaman (xəstə yanımızda öskürən, asqıranda) və ya üstündə virus olan əşyaya toxunduqdan sonra əlimizlə üzümüzə, gözümüzə toxunduqda bədənimizə keçir.
Daha ətraflı