Dünya Piylənmə Federasiyası koronavirusu və piylənməni - iki pandemiyanın toqquşması adlandırır. Piylənmə residivləşən xroniki iltihabi xəstəlikdir. Piy toxuması yerləşməsinə görə dərialtı və visseral növlərə bölünür. Visseral piy toxuması daxili orqanların ətrafında yerləşir və onun özünəməxsus xüsusiyyətləri vardır. Abdominal piylənmə metabolik sindromun inkşafına səbəb olur. Piy toxuması endokrin orqan kimi fəaliyyət göstərir.
Daha ətraflıCovid-19 pandemiyasının piylənmə epidemiyasına keçmə təhlükəsi
Kopenhagen Universitetinin alimləri Nature reviews jurnalında özünütəcrid rejimindən sonra dünya əhalisinin piylənmə epidemiyasına girmə riski ilə əlaqədar səbəbləri ətraflı izah edən bir məqalə dərc etdirdilər. Məqalədə piylənmə problemi ilə əlaqəli yaranmış onsuz da çətin bir vəziyyəti daha da ağırlaşdıran beş faktor müəyyənləşdirilmişdir.
Daha ətraflıPiylənmə həm estetik qüsur, həm də ciddi bir xəstəlikdir
Piylənmə xəstəliyi müasir cəmiyyətin və bütün dünyanın epidemiyası halına gəlmiş böyük tibbi-sosial problemlərdən biridir. Günümüzdə qarşısı alına bilən ölümlərin siqaretdən sonra gələn ikinci vacib səbəbi piylənmədir.
Daha ətraflıPiylənməsi olan uşaqlarda cinsi yetişkinliyinin xüsusiyyətləri
Uşaqlıqdan yetişkinlik dövrünə keçid pubertat dövr adlandırılır. Cinsi yetişkənlik pubertat dövrün əsas hissəsidir. Pubertat neyroendokrin sistemin fəaliyyəti nəticəsində formalaşır. Bu prosesdə əsas rolu hipotalamo-hipofizar-qonad, daha az dərəcədə hipotalamo-hipofizar-boyrəküstü vəz sistemi oynayır. Birinci aktivləşəndə - qonadarx, ikinci aktivləşəndə adrenarx formalaşır.
Daha ətraflıTam taxıl. Uşaqlar üçün təbii, faydalı qida
Uşaqlarınız qəlyanaltı etmək istədikdə onlara mütləq tam taxıllı məhsullar verin. Tam taxıllı məhsullar nəinki faydalı və doyumludur, həm də dadlıdır! Tam taxıl bütün qida maddələrini özündə ehtiva edir. İşlənmiş taxıllardan fərqli olaraq, tam taxılda bütün faydalı maddələr olduğu kimi qalır.
Daha ətraflı