Martın 04-dən DÜNYA PİYLƏNMƏ ilə mübarizə GÜNÜ 2021 həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans baş tutacaq.
Daha ətraflıUşaqlarda artıq çəkinin korreksiyası və profilaktikası məktəbi
Bizim məktəbin əsas məqsədi artıq çəkili uşaqların düzgün qidalanma vərdişlərinə yiyələnməsi,fiziki aktivliyin artması, psixoemosional vəziyyətinin yaxşılaşması, uşağın özünü kontrol etmə qabiliyyətinin yaranması, dayanıqlı motivasiya, ailənin həyat tərzinin sağlam istiqamətə dəyişməsidir.
Daha ətraflıANDOP Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin (СOM) Türkiyə Milli Sammitinə qatıldı
A]NDOP Piylənmənin İdarə Edilməsi üzrə Avropa Birliyi (EASO) tərəfindən akkreditə edilmiş, Piylənmənin İdarə Edilməsi üzrə Mərkəzlərin - СOM nümayəndələrinin də qatıldığı, virtual formatda keçirilən Türkiyə Milli Sammitində iştirak etdi. Tədbir Türkiyə Obozite Araşdırma Dərnəyinin (TASO) təşkilatçılığı ilə baş tutdu.
Daha ətraflıANDOP «Health Club» layihəsi başlandı
Siz ANDOP mütəxəssislərinin nəzarəti ilə düzgün qidalanma vərdişləri haqqında əsas məlumatları alacaqsınız, müxtəlif kollektiv marafonlarda iştirak edəcəksiniz, orqanizminizin yaxşıya doğru necə dəyişdiyini, özünüzü daha gümrah hiss etdiyinizi müşahidə edəcəksiniz.
Daha ətraflıANDOP Piylənmənin İdarə Olunması üzrə Avropa Birliyinin — EASO-nun tamhüquqlu üzvüdür!
ANDOP Piylənmənin İdarə Olunması üzrə Avropa Birliyinin - EASO-nun tamhüquqlu üzvüdür! Bu qərar onlayn konfrans günləri zamanı qəbul edilib. İndi biz bu beynəlxalq nüfuzlu qurumu Azərbaycanda rəsmi olaraq təmsil edirik!
Daha ətraflıMüqəddəs Ramazan ayında oruc tutarkən necə qidalanmalıyıq?
Bütün müsəlmanların Ramazan bayramını təbrik edirik! 15 ildir ki, mən oruc tuturam və hər il həm bir həkim, həm də bir müsəlman olaraq, özüm üçün yeni bir şey öyrənirəm. Pasiyentlərim bu sualı mənə tez-tez verirlər: “Oruc tutaraq arıqlaya bilərəm”? Ona görə bu gün çalışacağam ki, bu sualı ətraflı cavablandırım. Təəssüf ki, çoxları elə bilir orucluq vaxtı yemək-içməkdən imtina etmək arıqlamağa və orqanizmi təmizləməyə kömək edəcək. Əslində isə, bu qədər bəsit deyil.
Daha ətraflıANDOP distant formatda təlim keçəcək
ANDOP diyetologiya kursunun iştirakçılarına müvəqqəti olaraq, distant formatda təlim keçəcək. Bu qərar dövlət başçısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən qəbul edilib və xoşagəlməz epidemioloji vəziyyətdə sizin təhlükəsizliyinizi qorumaq məqsədi daşıyır.
Daha ətraflıNatella İsazadə: «Liderin nitqi rəvan, zəngin, rəngarəng olmalı və şüura təsir etməlidir»
ANDOP-un təşəbbüsü ilə məşhur həmyerlimiz, natiqlik sənəti üzrə təlimçi Natella İsazadə “Liderlər üçün natiqliyin sirləri” mövzusunda master-klass keçirdi. Tədbir auditoriya tərəfindən böyük rəğbətlə qarşılandı. Beynəlxalq spiker, kouç, təşkilatı fərqlənmə üzrə sertifikasiyalı menecer, TEDx məruzəçisi, Kanadada yaşayan Natella İsazadə ilə müsahibəni təqdim edirik.
Daha ətraflıProfessor Dilək Yavuz: «Piylənməyə qalib gəlmək – öz həyat və düşüncə tərzini dəyişmək deməkdir»
Spiker Dilək Yavuz “Piylənmənin idarəsi üzrə müasir tendensiyalar” Beynəlxalq elmi konfransında “Piylənmənin medikamentoz müalicəsi” mövzusunda çıxış etdi. Çox maraqlı məruzədən sonra spikerə bir neçə sual verdik.
Daha ətraflıMetabolic Balance Azərbaycanda
Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası üzrə Akademiyada (ANDOP) Metabolik Balans beynəlxalq proqramı çərçivəsində 3 günlük intensiv təlim keçirildi. Bu treninq ANDOP və Metabolik Balans İnternational arasında əməkdaşlığın əsasını qoydu, həmçinin Akademiyaya bu proqram üzrə təlim vermək və yerli mütəxəssislər yetişdirmək imkanı yaratdı.
Daha ətraflı