Tag Archives: slide

Müqəddəs Ramazan ayında oruc tutarkən necə qidalanmalıyıq?

Bütün müsəlmanların Ramazan bayramını təbrik edirik! 15 ildir ki, mən oruc  tuturam və hər il həm bir həkim, həm də bir müsəlman olaraq, özüm üçün yeni bir şey öyrənirəm. Pasiyentlərim bu sualı mənə tez-tez verirlər: “Oruc tutaraq arıqlaya bilərəm”? Ona görə bu gün çalışacağam ki, bu sualı ətraflı cavablandırım. Təəssüf ki, çoxları elə bilir orucluq vaxtı yemək-içməkdən imtina etmək arıqlamağa və orqanizmi təmizləməyə kömək edəcək. Əslində isə, bu qədər bəsit deyil.

Daha ətraflı

ANDOP distant formatda təlim keçəcək

ANDOP diyetologiya kursunun iştirakçılarına müvəqqəti olaraq, distant formatda təlim keçəcək.  Bu qərar dövlət başçısının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən qəbul edilib və xoşagəlməz epidemioloji vəziyyətdə sizin təhlükəsizliyinizi qorumaq məqsədi daşıyır.

Daha ətraflı

Natella İsazadə: «Liderin nitqi rəvan, zəngin, rəngarəng olmalı və şüura təsir etməlidir»

ANDOP-un təşəbbüsü ilə məşhur həmyerlimiz, natiqlik sənəti üzrə təlimçi Natella İsazadə “Liderlər üçün natiqliyin sirləri” mövzusunda master-klass keçirdi. Tədbir  auditoriya tərəfindən böyük rəğbətlə qarşılandı. Beynəlxalq spiker, kouç, təşkilatı fərqlənmə üzrə sertifikasiyalı menecer, TEDx məruzəçisi, Kanadada yaşayan Natella İsazadə ilə müsahibəni təqdim edirik.

Daha ətraflı

Metabolic Balance Azərbaycanda

Nutrisiologiya, diyetologiya və piylənmənin profilaktikası üzrə Akademiyada (ANDOP) Metabolik Balans beynəlxalq proqramı çərçivəsində 3 günlük intensiv təlim keçirildi. Bu treninq ANDOP və Metabolik Balans İnternational arasında əməkdaşlığın əsasını qoydu, həmçinin Akademiyaya bu proqram üzrə təlim vermək və yerli mütəxəssislər yetişdirmək imkanı yaratdı.

Daha ətraflı

Bakıda “Dünya Piylənmə Gününə” həsr olunmuş beynəlxalq konfransı keçirildi

Konfransda Sizi Piylənmə səbəbləri, onun yaratdığı xəstəliklərə ən yeni Funksional Tibb yönümündən yanaşım və Azərbaycanda ilk dəfə Türkiyə Funksional Tibb Akademiyasının qurucusu Prof.Dr Mustafa Atasoy və komandasının - Emre Batuhan, Abdullah Cerit həmçinin bu sahədə öncül yerli mütəxəssislərimizin təqdimatları, maraqlı müzakirələr gözləyir . Tədbirin sonunda Sertifikat təqdim olunacaq.

Daha ətraflı

Professor Abd Tehrani: «İxtisaslaşmış klinikaların piylənmə ilə mübarizədə fəaliyyəti çox effektivdir»

Abd Tehrani, Birminhem Universitetində (UOB) Milli  Tibbi Araşdırmalar İnstitutunun doktoru, həm də  Heart of England NHS Foundation Trust  təşkilatının rəhbəri və fəxri məsləhətçi-endokrinoloqudur. O, konfrans iştirakçılarına piylənmənin bir xəstəlik olması haqqında məruzə etdi. Məşhur alimin konfransla bağlı təəssüratlarını öyrəndik.   

Daha ətraflı

Doktor Qrehem Simpson: «4 həftə ərzində II tip diabetdən tamamilə qurtulmaq mümkündür»

Yanvarın 25-də Bakıda "Diabetik piylənmənin 4 həftəlik müalicəsi" proqramının dünya təqdimatı çərçivəsində böyük bir konfrans keçirildi. Tədbir Sea Breeze Anti-Aging Center və ANDOP tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində "insulinə qarşı müqavimət" sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan doktor Qrehem Simpson azərbaycanlı həkimlərə II tip şəkərli diabet və diabetik piylənmənin tam müalicəsi üsulunu paylaşdı

Daha ətraflı