Tiroid-bağırsaq oxu: Mikrobiota tiroid funksiyasına necə təsir edir?

İnsan öz mikrobiotası ilə simbiotik bir əlaqədədir. Trilyonlarla bakteriya insan bağırsağında, xüsusəndə yoğun bağırsaqda olur və əksəriyyəti iki dominant — Firmicutes və Bacteroides fəsiləsinə aid olduğu bilinir. Bakterial tərkibin formalaşması təbii doğuşla körpənin dünyaya gəlməsi anından başlayaraq və ana südü ilə qidalanması ilə davam edərək 3 yaşa qədər müddət çəkir. Keysəriyyə əməliyyatı ilə doğulan uşaqlar daha az flora müxtəlifliyə malikdirlər. Bu müxtəlifliyin dəyişməsinə pəhrizin təsiri, antibiotiklərin, digər dərmanların istifadəsi, genetika, ətraf mühit və xəstəliklər də təsir göstərə bilir.

Müəllif: Dr. Nərmin Novruzova, həkim-diyetoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis, ANDOP təlimçisi 

Bağırsaq bakteriyaları bir çox vitaminlərin (vitamin K, fol turşusu, vitamin B2, B3, B5, B6, B7 və B12) sintezində rol oynayır. Qidalanma ilə əlaqədar olaraq mikrobiotanın tərkibinə pəhriz lifləri və digər probiotik amillər təsir edə bilər. Məsələn, Avstriyanın Graz Tibb Universitetində siçanlar üzərində aparılan bir araşdırmada az yağlı və yüksək lifli pəhrizdən “Qərb pəhrizinə” keçid göstərilmişdir (yüksək şəkər, yüksək yağ, aşağı lif) və artıq bir sutka keçdikdən sonra mikrobiota tərkibində fərqin yarandığı müşahidə edilmişdir. Pəhriz lifləri bağırsaq üçün çox vacibdir, çünki fermentasiya və yaranan qısa zəncirli yağ turşuları (SCFA — short chain fatty acids) enterositlər üçün enerji mənbəyi rolunu oynayır. Bundan əlavə, SCFA’lar (xüsusən butirat) immun sistemin tənzimlənməsinə və iltihab əleyhinə olan təsiri bir çox araşdırmalarda göstərilirmişdi.

Bəzi hallarda autoimmun tireoid xəstəliklərinin arxasındakı dəqiq mexanizmlər hələ aydınlaşdırılmasa da, genetik meyl, immunitet pozğunluğu və ətraf faktorların (yəni mikroelementlər, bağırsaq mikrobiotası) qarşılıqlı təsirinin bu xəstəliklərin patogenezində mühüm rol oynadığı irəli sürülmüşdür.

Haşimoto tiroiditinin (HT) ümumi yayılma nisbəti 10-12%-dir. Xroniki iltihab, tireoperoksidaza (TPO) və tiroqlobulinə (TG) qarşı autoanticisimlərin yaranması ilə xarakterizə olunur, bu da hipotiroidizmə və zamanla tiroid vəzin məhvi ilə nəticələnir. Greyvs xəstəliyinin yayılma tezliyi (GD — Graves disease) rastgəlmə tezliyi 1-1.5% -ə qədərdir və tiroid stimullaşdırıcı reseptorlara (TSHr) qarşı autoanticisimlərin təyini əasaında təsdiq edilir və tiroid hiperaktivliyi ilə nəticələnir.

Tiroid vəzin funksiyasına bağırsaqların təsirləri

Bağırsaq  mikrobiotası  immun hüceyrələrinin inkişafına və homeostaza əhəmiyyətli dərəcədə təsir edir. İmmun sistemin hüceyrələrinin 70%-dən çoxu bağıraqlarla əlaqəli limfoid toxumada  cəmləşmişmişdir (GALT). GALT bağırsaq selikli qişasının reseptorları (TLR — tall like reseptors) idarə edərək orqanizmin öz antigenlərinə qarşı tolerantlığın inkişafında mühüm rol oynayır.

Qısa zəncirli yağ turşusu-butirat konsentrasiyası ilə iltihab yönümlü Th-17 hüceyrələrinin aşağı konsentrasiyaları ilə olduğu kimi immunitet tolerantlığının əsas vasitəçiləri olan tənzimləyici T-hüceyrələrinin (Treg) sayı arasında da müsbət əlaqə var. SCFAs tiroid hormonları ilə birlikdə hüceyrələrarası sıx rabitələri gücləndirə bilər. İmmunitet sisteminin özü, simbiotik əlaqəni vurğulayan mədə-bağırsaq mikrobiotasının tərkibinə təsir göstərir. Xüsusi üsulla əldə edilmiş mikrobsuz (gf) siçanların immun sistemində mikrob stimulunun olmaması səbəbindən immun hüceyrələrin fəaliyyətinin pozulmuşı aşkar edilmişdir. Bundan əlavə, bu heyvanlarda qısaldılmış bağırsaq kriptləri, bağırsaq keçiriciliyində dəyişikliklər və daha incə bir selikli qişa təbəqəsi müşahidə olunmuşdur.

Gf siçanlarındakı immun çatışmazlıq əlamətlərinə T-köməkçi hüceyrələrin (xüsusən CD4+ Th hüceyrələr) sayının, Th-17 və Treg diferensiasiyasının və hasilinin azalması daxildir. Bütün bu immun hüceyrələr HT və GD kimi autoimmun tireoditlərin patogenezində, həmçinin bağırsaq autoimmun seliakiya xəstəliyində (CD) və seliakiya olmayan buğda həssaslığında (NCWS) rol oynayır. Bağırsaq bakteriyalarının tərkibindəki dəyişiklik (disbiosis), bağırsaq keçiriciliyini artıran bakterial çoxalma və iltihabyönümlü hüceyrələrə keçid tiroid üzərində mikrob təsiri amillərindəndir.

Yodotironine-deiodinaz tiroksini (T4) aktiv triyodotironinə (T3) və ya reverse T3 (rT3), onun qeyri-aktiv forması çevrilməsində mühüm rol oynayır. Bağırsaq divarında da deyodinaz aktivliyi aşkar edilmişdir və T3 ümumi orqanizm səviyyəsinə də təsiri vardır. Siçovullar üzərində aparılan araşdırmaların birində bağırsaq bakteriyaları tərəfindən tiroid hormonlarının bağlanması və hətta albuminlə rəqabət apardıqları göstərilmişdir.

Mikrobiotanın digər təsiredici faktoru isə onun dofamin kimi neyrotransmitterlərə təsiridir. O, tiroid stimulyasiya hormonunu (TSH) inhibitor edə bilər. 25% daha yüksək TSH sekreti gf siçanlarda nümayiş olundu.

Mikrobiotaya təsir edən digər bir amil, tiroid stimullaşdırıcı hormonu (TSH) dəf edə bilən dofamin kimi neyrotransmitterlər üzərindəki təsiridir. TSH sekresiyası steril siçanlarında 25 % daha yüksək göstərilmişdir.

Seliakiya – (CD Celiac disease)

Seliakiya xəstəliyi (CD), qlutenin qliadin fraksiyasının müvafiq immunitet reaksiyasına təsir edən bağırsağın autoimmun xəstəliyidir. Toxuma transqlutaminazı (TG2) ilə gücləndirilmiş qliadin, HLA-DQ2/DQ8 antigen daşıyıcılığına bağlanır və bu səbəbdən CD4+ T hüceyrə vasitəçiliyi ilə immun reaksiyalar kaskadı əmələ gəlir. Seliakiya xəstələrinin 95% -i HLA-DQ2 pozitiv olduğu halda, yalnız  5%-i HLA-DQ8 pozitividir.

Bir tərəfdən, bir sitokin vasitəçiliyi iltihab reaksiyası – sitotoksik CD8+ T hüceyrələri digər tərəfdən B-hüceyrələrin aktivləşdirməsi. B hüceyrələri daha sonra qliadinə, bədənin öz toxuma transqlutaminazına (anti-TG2-Ab) və endomiziuma (anti-EMA) qarşı anticisim istehsal etməyə başlayır. Bütün bunlar bağırsaq mukozasının kəskin iltihabı, nazik bağırsaqda xovcuqların atrofiyası və bağırsaq keçiriciliyinin artması ilə nəticələnir. Simptomları dəyişə bilsədə malabsorbsiya və digər simptomlar  hipotiroidizm zamanı olan simptomlarla  üst-üstə düşə bilər: dəmir çatışmazlığı, çəki itkisi, xroniki yorğunluq, və digər qeyri-spesifik simptomları kimi ekstraintestinal təzahürləri ilə mədə-bağırsaq narahatlığı (ishal, qəbizlik, bloating) və s .

Seliakiya olmayan buğda həssaslığı (NCGS-Nonceliac gluten sensitivity)

NCWS, qlütenə qarşı yaranan spesifik immunoloji tapıntıları olmadan seliakiya xəstəliyinə bənzər simptomlara səbəb ola biləcən allergik, autoimmun olmayan bir xəstəlik olaraq təyin edilir. Bununla birlikdə, NCWS, immun sisteminin aktivləşməsini göstərən immunitetlə əlaqəli köklərə də malikdir. Bu, TLR2, TLR 4 və TNF-α kimi  reseptorların (TLR) artan ekspressiyası və aktivasiyası ilə göstərilə bilər. Qlüten tərkibli qidaların istehlakından qısa müddət sonra ortaya çıxan simptomlara CD, yorğunluq, anemiya və bağırsaq xəstəlikləri daxildir. Buğdaya həssas xəstələrdə narahatlığın yeganə səbəbi kimi qlüten olmadığı daha çox nəzərə alınır. Amilaz tripsin inhibitorları (ATI) kimi digər taxıl zülalları da qıcıqlandırıcı rolunu oynaya bilər. Bu səbəbdən “seliakiya olmayan qlüten həssaslığı” əvəzinə, daha uyğun termin “seliakiya olmayan buğda həssaslığı” kimi qeyd edilir.

Çoxsaylı tədqiqatlar CD  və NCWS xəstələrində və əksinə birlikdə mövcud olan autoimmun tireoidit xəstəliklərinin daha yüksək yayılma səviyyəsini göstərdi. Fərqli fərziyyələr bu xəstəlikləri patogenez yollarındakı bölüşdürülmüş sitokinlər, anticisimlərin qarşılıqlı reaksiyası (molekulyar mimikriya), üçün vacib mikroelementlərin malabsorbsiyasını müzakirə edərək birləşdirir. Bundan əlavə, zədələnmiş hüceyrəarası sıx rabitələrin pozulması patogenlərin immunoreaktiv alt epitelə nüfuz etməsinə səbəb olur, iltihab və autoimmunogenezi inkişaf etdirir. Qlüten və ya müəyyən bakteriyalar tərəfindən qıcıqlandıqda zonulin, nazik bağırsaq tərəfindən ifraz oluna bilər və bu da hüceyrələrarası rabitələrin bütövlüyü və keçiriciliyini tənzimləyir. Qlüten zonulinin salınmasına səbəb olduqda, sıx rabitələr arasındakı əlaqəni zəiflədir və bağırsaq baryerini pozur. Ümumiyyətlə, autoimmun xəstəliklərdə zonulin ekspresiyası artır.

CD olan bir qrup xəstəni əhatə edən randomizə olunmuş klinik sınaqda zonulin peptid inhibitoru AT1001-i plasebo ilə müqayisə aparıldı.  Nəticələr, keçiriciliyin plasebo qrupunda 70% artdığını və AT1001 qrupunda iltihabyönümlü sitokin fəaliyyətinin 28% azaldığını göstərdi. Yerli iltihab bağırsaq keçiriciliyinin özünü artıraraq prosesi daha da ağırlaşdırır. Bağırsaq keçiriciliyi müxtəlif amillərdən təsirlənir. Dərmanlar (məsələn, proton-nasos inhibitorları, steroid olmayan iltihab əleyhinə olan dərman preparatları), stres, alkoqol, bakteriya, sitokinlər, reaktiv oksigen növləri və mikrobial disbiyoz TJ bütövlüyünə mənfi təsir göstərən amillərdi. Bunun əksinə olaraq qlutamin, polifenollar (zerdeçal, yaşıl çay, sitrus meyvələri və s.) və D vitamini TJ funksiyasını dəstəkləyən vasitələrdi. Aparılan araşdırmalarda D vitamininin probiotiklərin bağırsaq mukozasına da qoruyucu təsirini, bağırsaq baryer funksiyasını da müsbət dəstəklədiyi görüldü.

Nəticələr

Bir çox araşdırmalar tiroid-bağırsaq oxunun mövcud olduğu barədə məlumat toplamışdır. Bağırsaq bakteriyalarının immun sisteminə və tiroid funksiyasına dair məlum olmayan, lakin əhəmiyyətli bir korrelyasiya olduğu görünür. Bundan əlavə, Haşimoto tiroiditi seliakiya xəstəliyi, seliakiya olmayan buğda həssaslığı kimi, tiroid və bağırsaqla əlaqəli xəstəliklərin birgə mövcudluğu müşahidə olunur. Disbiosis tiroid xəstəliklərində ümumi bir tapıntıdır. Bir tərəfdən, iltihabı təşviq etmək və immunitet tolerantlığını azaltmaq, bağırsaq membranını zədələmək və bağırsaq keçiriciliyində artırmaqla immun reaksiyanı dəyişdirir ki, bu da tək yüksək miqdar antigen təsirin yaratmır, həmçinin lokal iltihaba səbəb olur. Digər tərəfdən, öz deyodinaz aktivliyi və TSH inhibisiası ilə tiroid hormon səviyyələrini birbaşa təsir edə bilir. Bağırsaq mikrobiotası yod, selen, sink və dəmir daxil olmaqla tiroid üçün vacib olan mineralların mənimsənilməsinə də təsir göstərir. Bunların hər birinin tiroid funksiyası üçün vacibdir və tiroid funksiyasının pozulması ilə bu mineralların dəyişmiş səviyyələri arasında aşkar əlaqə var. Məsələn, yod çatışmazlığı diffuz urun, tiroid düyünlərin və hətta follikulyar tiroid xərçəngin inkşafına səbəb ola bilər. Yüksək yod qəbulu həssas xəstələrdə ya hipotireoz, ya da hipertireoz əmələ gətirə bilər. Dəmir bakterial artım üçün vacibdir, dəmir mövcudluğu mikrobiotanın tərkibini və eyni zamanda mikrobiota dəmirin mövcudluğuna təsir edir.

Probiotiklər tiroid xəstəliklərində faydalı təsir göstərmiş və selen, sink və mis kimi iz elementlərinin sorulmasına müsbət təsir göstərə bilmişdir. Bundan əlavə, mikroblar T3 üçün bir rezervuar kimi fəaliyyət göstərir və tiroid hormonunun səviyyəsinin dəyişməsinin qarşısını ala bilir və bu səbəbdən T4 tərkibli əlavələrə ehtiyacı azalda bilər. Probiotiklər tiroid xəstəlikləri üçün köməkçi bir terapiya təşkil edə bilər. Bununla birlikdə, probiotiklər üzərində aparılan tədqiqatların əksəriyyəti heyvan modellərinə əsaslanır, bu səbəbdən tiroid-bağırsaq oxunun əhəmiyyətini və müdaxilə imkanlarını daha da aydınlaşdırmaq üçün yaxşı hazırlanmış insan araşdırmalarına ehtiyac var.

Mikrobiota və mikroelementlərin tiroid funksiyaları və dərmanları üzərindəki müxtəlif potensial təsirləri nəzərə alınaraq, tiroid xəstəliklərinin idarə edilməsi üçün yeni terapevtik strategiyalar qurula bilər və bağırsaq bakteriyalarının tərkibinə görə xəstələrə daha dəqiq uyğunlaşdırıla bilər. Gələcəkdə kifayət qədər gücləndirilmiş tədqiqatlar bağırsaq mikrobiotasının tiroid vəzin funksiyasına və xəstəliklərinə təsirini qiymətləndirmək üçün lazım olacaqdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.