Ultra-emal edilmiş qida məhsulları nədir və onların insan orqanizminə ziyanı varmı?

Alimlər hesab edirlər ki, artıq emal edilmiş məhsullar insanların vaxtından əvvəl ölümünə səbəb olur.  İnsanlar min illərdir istifadə etdikləri qidanı emal edirlər. Əvvəlcə onun saxlanma müddətini artırmaq üçün və sərt qidanın çeynənməsinin vaxtını azaltmaq üçün: ət və lifli bitkilər.

Fermentasiya, termiki emal, duzlama və s. Tədricən insan bədəni yeni məhsul növlərinə uyğunlaşmağa başladı və dəyişikliklər genetik səviyyədə təsbit edildi. İndi insan orqanizmi artıq min il əvvəl olan insan orqanizmi deyil, — o, bir çox emal edilmiş məhsullara uyğunlaşmışdı və hətta onun insan sağlamlığına müsbət təsiri belə danılmazdır.

Müəyyən bir məhsulun sağlamlıq üçün nə qədər zərərli olduğunu müəyyən etmək hər zaman asan olmur. Müasir qida emalı üsulları əvvəllər istifadə edilən üsullardan çox fərqlənir: emal dərəcəsi daha yüksək olan məhsullar ortaya çıxır. Əsas ittihamlar ağ un, emal edilmiş şəkər, emal edilmiş ət məhsulları və qəlyanaltılar üzərinə düşür. Bu məhsullar istifadədən əvvəl emalın bir və ya bir neçə mərhələsindən keçirlər — konservasiya, pasterizasiya, qurutma, kimyəvi emal.

Emal olunma dərəcəsi önəmlidir. Minimal emala məruz qalma demək olar ki, məhsulun keyfiyyətinə təsiri əhəmiyyətsizdir. Məsələn, bu, doğranmış tərəvəz və ya qovrulmuş qoz-fındıq ola bilər. İnsan üçün maksimal dərəcədə emal olunmuş məhsullar təhlükəlidir. Bunlar əsasən yarımfabrikatlardır və tərkiblərinə duz, şəkər, yağ, konservantlar daxil olan qida məhsullarıdır.

Ən geniş yayılmış və emal dərəcəsi təhlükəli olan məhsullar:

  • Emal edilmiş ət. Bu müxtəlif növ kolbasa, vetçina, sosislər, paştetlər və s. Bir çox insanın gündəlik, sendviç kimi çörəklə, nahar və ya axşam yeməyi üçün istifadə etdiyi qida məhsullarıdı. Kolbasa natrium konsentrat, doymuş yağlardan və konservantlardan ibarətdir. Uzun müddət bu tip qidalanma gələcəkdə ürək-damar xəstəliyi və şəkərli diabet ilə nəticələnə bilər.
  • şirniyyatlar, batonlar, hazır səhər yeməyi (o cümlədən, tez bişən sıyıqlar), şirin qazlı içkilər. Bunların tərkibində bol şəkərin olması bəzi hallarda sürətli çəki artımına səbəb olur, çünki məlumdur ki artıq karbohidratlar orqanizm tərəfindən piy şəkilində toplanır və bu piylənməyə birbaşa yoldur.
  • “fast food” və yarımfabrikatlar. Məsələn, bir qaşıq ketçupda təxminən 1 çay qaşığı şəkər var. Saxlama müddətini artırmaq və dadını artırmaq üçün əlavə edilən glutamat insanı bu qida növünə hərisliyini daha da artırır.
  • Trans yağlar — Molekulunda ikiqat rabitəsi olan strukturu dəyişdirilmiş yağlardır. İnsanın həzm sistemi onların parçalanmasında çətinlik çəkir, buna görə də trans yağlar arteriyalarda və qaraciyərdə yığılaraq, sərbəst radikallar kimi zərər verir. Və bu bir sıra hallarda xərçəng xəstəliyinin inkişafına səbəb olur…

Çoxsaylı elmi tədqiqatları göstərir ki, ultra-emal edilmiş məhsullardan ibarət qidalanma vaxtından əvvəl ölüm riskini artırır. Tədqiqat nəticələri göstərir ki, qidanın ultra-emal edilmiş məhsulların istehlakının hər 10% — i istənilən səbəbdən vaxtından əvvəl ölüm riskini 14% artırır. Tədqiqatçılar bunu belə izah edirlər ki, emal edilmiş məhsullarda emal edilmiş şəkər və sodiumun (Na) tərkibi həddindən artıq yüksəkdir ki, bu da mədə xərçəngi, ürək xəstəliyi, diabet və metabolik sindromla birbaşa bağlıdır. Bundan başqa, bu məhsullarda selüloza (liflərin) miqdarı da azdır və bu da həzm prosesinnin normal gedişatına ciddi zərər vurur. Yüksək emala məruz qalmış məhsullarda, həmçinin, vitamin və də digər həyati vacib mikronutriyentlərin miqdarı da hədsiz azdır.

Alimlər həmçinin, doyma indeksinə və qlikemik reaksiyaya (qanda qlükoza və insulinin səviyyəsinin dəyişməsi) müxtəlif emal dərəcəsi olan qida növlərinin təsirini də qiymətləndirmişlər. Nəticədə qiymətləndirilən göstəricilər və qida emal dərəcəsi arasında aydın düzgün korrelyasiya göstərilmişdir. Məlum olmuşdur ki, qida daha çox emal edildikdə, qlükoza səviyyəsinin tənzimlənməsi mexanizmləri daha pis işləyir və doyma əmsalı aşağı olur.

Beləliklə, təbii, minimum emal edilmiş qida ultra-emal edilmiş qidadan daha çox üstünlüklərə malikdir və məhz bu səbəbdən müasir insanın qida rasionunun ən az 50%-ni çiy, yəni emal olunmamış qida məhsullarının daxil edilməsi tövsiyyə olunur. Əfsuslar olsun ki, əksər alıcılar aşağı qiymət, hazırlanma müddəti qısa, istifadə müddəti uzun olan, geniş çeşiddə və aktiv reklam olunan məhsullara can atırlar. Ani həzz hissinə artıq ömrün illərini qurban vediklərini düşünmürlər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *