EASO-nun vitse-prezidenti Volkan Yumuk: «İnanıram ki, tezliklə Azərbaycanda Obezite üzrə Avropa Konqresi keçiriləcək»

Piylənmənin tədiqiqatı üzrə OMTF (Obezite Management Task Force) dünyada tanınmış professorların qatıldığı , aprel ayında keçirilən “Piylənmənin idarə olunmasında ən son tendensiyalar» adlı Beynəlxalq Elmi və Praktik Konfransda «Böyüklərdə obezitenin müasir metodlarının nəzərdən keçirilməsi» mövzusunda çıxış etmiş EASO- nun vitse-prezidenti Volkan Yumuk ilə şəxsən tanış olmaq fürsətimiz oldu və ona konfrans haqqında bir neçə sual verdik.

— Aprel ayında ilk dəfə olaraq Azərbaycanda EASO ekspertlərinin iştirakı ilə Səhiyyə Nazirliyinin İSİM-in dəstəyi ilə ANDOP tərəfindən təşkil olunmuş Piylənmə üzrə Beynəlxalq Konfransı keçirildi. Sizin fikrinizcə məqsədə çatıldımı?

— Dünənki tədbirdə biz Avropa dərnəyi olaraq hədəfimizə nail olduq. Niyə belə düşünürəm, çünki dinləyicilərinizin sayı gözlədiyimizdən daha artıq idi , onlar çıxışları diqqətli şəkildə dinləyirdilər və tədbirin sonuna qədər hamısı qaldılar. Sayları heç azalmadı. Çox gözəl suallar verildi, müzakirələr aparıldı, bu çox xoşagələn bir hal idi və biz hədəfimizə çatdıq.

-ANDOP çox gənc bir təşkilatdır, onun gələcəyini və EASO ilə gələcək birliyini necə görürsünüz?

— Mən Türkiyə obezite dərnəyinin keçmişinə baxaraq deyə bilərəm ki, çox gözəl görürəm, çox şeylər gözləyirəm. Çünki biz də yeni yarandığımızda belə idik və 20 il keçdi, hələ də əksiklərimiz var amma çox fəaliyyətdəyik . Avropa obezite dərnəyinin fəaliyyətlərinin bir hissəsi olaraq edəbiləcəyimizdən daha artığını beynəlxalq səviyyədə etməyə çalışırıq və edirik , demək olar ki, dünyaya açılırıq Türkiyə dərnəyi olaraq.

Dünyaya açılmağın yolu beynəlxalq federasiyalarla qonşu ölkələrdəki dərnəklərlə əlaqə yaratmaq və onlarla birlikdə işləməkdir. Mən ANDOP da bunu görürəm, komandanın gözlərində bu arzunu bu bacarığı görürəm. Mən inanıram ki, davam etdirəcəklər çünki bizim 20 illik işlədiyimiz bu işə daha sürətlə başladı onlar, və qısa bir zamanda belə beynəlxalq toplantı etdilər. Biz beynəlxalq toplantılara 7-8 il sonra başladıq və 2011 -ci ildə də Avropa konqresini aldıq. İnanıram ki, siz də bu il bu konqresi ala bilərsiniz.

Maraqlıdır

«Funksional Tibb Məktəbi»nin açıq dərsi keçirildi

Türkiyəli professorların səfəri və "Funksional Tibb Məktəbi"nin açıq dərsinin keçirilməsi çox önəmli hadisələrdən biri oldu. 30 oktyabrda ANDOP-un dəvəti ilə funksional tibb üzrə türkiyəli məşhur mütəxəssislər – professor Səlahəddin Qıyan və professor Sərkan Şənər Bakıya gəldilər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *