Bakıda “Dünya Piylənmə Gününə” həsr olunmuş beynəlxalq konfransı keçirildi

Bu gün dünyada World Obesity Day- Dünya Piylənmə ilə Mübarizə günü kimi qeyd olunur. Piylənmə problemi 20-30 il əvvəl ancaq sağlam həyat tərzinə önəm verən az sayda insanın və onlara nəzarət edən həkim-diyetoloqların müzakirə mövzusu idi.

Bu gün isə piylənmə və artıq çəkili insanların sayı o qədər artıb ki, artıq bəşəriyyətin sağlamlığı üçün ciddi təhlükələrdən biri sayılır. Demək olar ki, xərçəng və ürək-damar xəstəlikləri ilə eyni sıraya daxil edilir.

Əslində, piylənmə sağlam həyat tərzinin pozulmasının nəticələrindən biridir. Gələcəkdə isə daha ağır fəsadlara səbəb olur və digər ciddi xəstəliklərə yol açır.

ÜST etiraf edir ki, piylənmə artıq qlobal səviyyədə epidemiyaya çevrilib. Həkimlər əhalini artıq çəki və piylənmə sahəsində maarifləndirmək üçün intensiv şəkildə kampaniya aparır, piylənmənin səbəblərini izah edir, fəsadları barədə xəbərdarlıq edir, habelə, profilaktikası və müalicə üsulları haqqında məlumat verirlər.

Dünya Piylənmə ilə Mübarizə gününə Azərbaycanda laqeyd yanaşılmadı. «Holiday İnn» otelində piylənmənin idarə edilməsi üzrə, dəvət olunmuş mütəxəssislərin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfrans ANDOP-un təşkilatçılığı ilə baş tutdu.

Konfransda piylənmənin səbəbləri və yol açdığı xəstəliklərə ən yeni tibb- Funksional Tibb yönümündən yanaşıldı. Azərbaycanda ilk dəfə Türkiyə Funksional Tibb Akademiyasının qurucusu Prof.Dr Mustafa Atasoy və komandasının — Əmrə Batuhan, Abdulla Ceritin, həmçinin bu sahədə qabaqcıl yerli mütəxəssislərimizin təqdimatları keçirildi, maraqlı müzakirələr aparıldı. Tədbirin sonunda istirakçılara sertifikat təqdim olundu.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *