Xərçəngönü vəziyyətlər və kolorektal xərçəng — (II hissə)

Kolorektal xərçəng (KRX) dünyada geniş yayılmış patologiyadır. Bütün dünyada olduğu kimi Azərbaycanda da xəstələnmə halı sürətlə artır. 10 il əvvəl hər il dünyada 600 min yeni kolorektal xərçəngli xəstə qeydiyyata düşür (Cancer Research, 2005) və 300 minə qədər insan bu xəstəlikdən ölürdüsə (Gai G.et.al., 2008), son məlumatlara görə hal- hazırda illik xəstələnmə bir milyon, illik ölüm isə 500 min adamı keçib.

Müəllif: PhD. Dr. Gülüstan Babayeva, Tibb üzrə fəlsəfə doktoru

Mədə-bağırsaq xəstəliklərinin qeyri-invaziv laborator diaqnostik meyayyarları — (I hissə)

Ölüm səbəbi kimi dünyada qadınlar arasında II yer (süd vəzi xərçəngindən sonra) və kişilər arasında III yer (ağciyər və mədə xərçəngindən sonra) tutur. Ilk dəfə aşkar olunmuş KRX hallarının ¼-i IV mərhələdə olur və 1/3-i isə diaqnoz qoyulduqdan 1 il sonra ölür.

Əksər hallarda KRX yoğun bağırsaq adenomalarından yaranır və xüsusi hallarda genetik determinə olunmuş polipoz sindromlu və ya İBX-i olan pasientlərdə inkişaf edir. Kolorektal xərçəng çox faktorlu patologiyadır.

Kolorektal xərçəngin etioloji faktorları

  1. Öd turşularının miqdarının artması vacib risk faktorlarından biridir. Yağla zəngin qidaların qəbulu zamanı öd turşularının sekresiyası təxminən 2 dəfə artır və onların yoğun bağırsaqda miqdarı 11 dəfə artır. Bağırsaq mikroflorası, xol və xenodezoksixol öd turşularını II-li öd turşuları- litoxol və deoksixola parçalayır. Göstərilən lokalizasiyalı xərçəng olan xəstələrin 70%-də koproqramda II-li öd turşularının miqdarı yüksək olur. Öd kisəsinin çıxarılması zamanı bağırsaq neoplaziyalarının inkişaf riski 4 dəfə artıq olur. Bu onunla izah olunur ki, tərkibinə öd turşuları və xolesterin daxil olan öd davamlı 12b.b-a daxil olduqda yoğun bağırsaq epitelisində iltihabi və displastik dəyişiklikləri inisiasiya edir; öd turşuları yoğun bağırsaq kriptlərinin 1/3-də vəzili epitelin proliferasiyasını stimulyasiya edir ki, bunlar da şiş transformasiyasına səbəb olur. Onlar anaerob bakteriyalar üçün substrat rolunu oynayır və metabolizm məhsulları kanserogenez prosesini induksiya edə bilər. Yoğun bağırsaq xərçənginin prediktorları (süd vəzi xərçəngi ilə yanaşı) estrogenlər ola bilər, hansının ki, əmələ gəlməsini öd turşularının çoxalması artıra bilir.

Müəyyən olunub ki, yağlar və fosfatlarla zəngin qidalar nəinki Ca-un miqdarının azalmasına (yoğun bağırsaqda sərbəst öd turşularını neytrallaşdırır), həmçinin, adenokarsinomanın yaranmasına səbəb olur.

  1. Bağırsaq möhtəviyyatında durğunluq (o cümlədən, az hərəkətli həyat tərzi), bağırsağın anatomik xüsusiyyətləri, orqanların ptozu, qarın boşluğunda bitişmələr.
  2. Yoğun bağırsaq möhtəviyyatında kanserogen indolun olması
  3. 38,5% hallarda düz bağırsaq xərçənginə səbəb olan xroniki hemorroy.
  4. Şəkərli diabet və piylənmə: KRX-in yaranmasında insulinə bənzər böyümə faktorlarının (İBBF) rolu müəyyən olunmuşdur. O, yoğun bağırsaq epitelisində hüceyrə metabolizminin tənzimlənməsində vacib faktordur və in vitro yoğun bağırsaq karsinoma hüceyrələri üçün mitogen təsir göstərir. İnsulin İBBF ilə birlikdə şiş promosyonunun mitogen və metabolik əsasını yaradır. Sübut olunmuşdur ki, hiperinsulinemiya və insulin rezistentlik zamanı İBBF reseptorları aktivləşir ki, bu da kolorektal xərçəngin inkişaf riskini artırır.
  5. Vit B12 və fol turşusu çatışmazlığı- DNT metilləşməsində defektlərə səbəb olur, nəticədə bağırsaq epitelində displaziya və hüceyrə differensiasiyasında pozulma baş verir; bununla yanaşı 43% halda displaziya invaziv karsinoma ilə assosiasiya olunur.
  6. Alkohol metaboliti asetaldehid və tütünün toksiki qətranları kolorektal xərçəng və yoğun bağırsaq adenoması riskini artırır. Belə ki, onların təsirindən orqanizmdə öd turşuları parçalanır, nəticədə yaranan kanserogen birləşmələr (məs, (benz[a]piren) və radiasion şüalanma yoğun bağırsaq neoplaziyalar üçün trigger rolunu oynayır.
  7. Bağırsağın iltihabi xəstəlikləri. Xərçənglə xəstələnmə iltihab yarandıqdan təxminən 8- 10 il sonra baş verir və 30 ildən sonra 15%-ə çatır. Bağırsaq xəstəliklərindən ən çox xoralı kolitdə müşahidə olunur; bu xəstəliyin 10, 15, 20 il və 25 ildən çox olması müvafiq olaraq xərçənglə xəstələnmə riskini 7, 12, 23 və 42%-ə qədər artırır.
  8. Yoğun bağırsaq epitelisində displastik dəyişikliklər çənbər və düz bağırsağın xoş xassəli törəməsinə, sonradan isə kolorektal xərçəngə səbəb olur.
  9. Kron xəstəliyi- bədxassəli transformasiyaya yoğun bağırsağın xoralı sahələri daha çox məruz qalır. Bu patologiyada xoralı kolitə nisbətən xərçəngin yaranma riski daha azdır. Displastik dəyişikliklərin iltihab zonalarında yaranması mütləq deyil.
  10. Yoğun bağırsağın divertikulyar xəstəliyi, bu zaman xərçəng 70 yaşdan yuxarı və adətən qadınlarda rast gəlinir. İnkişaf riski adenomalarla əlaqəlidir, hansı ki bu hər 4 divertikullu xəstədə malignizasiya edir.
  11. Yoğun bağırsağın xoşxassəli şişləri vəzili epitelidə yaranır və KRX-ə səbəb olan ən geniş yayılmış xəstəlikdir. Göstərilir ki, vəzili poliplərin 5%- i malignizə olunur, xüsusilə 2 sm-dən böyük, xovlu poliplərdə aralıq transformasiya səviyyəsinə malik olan vəzili- xovlu poliplərə nisbətən daha çox rast gəlinir.

Molekulyar- genetik faktorlar

Kanserogenezin inisiasiya mənbəyi minlərlə mutasiyalaşmış genlər hesab olnur, hansının ki, kombinasiyaları KRX-in müxtəlif histoloji formalarında rast gəlinir. Diaqnostika üçün ailəvi adenamotoz polipozunun aşkarlanması böyük əhəmiyyət kəsb edir. Belə hallarda insan hüceyrə genomunda APC genində (adenomatous polyposis coli gene) mutasiya mövcud olur ki, bu da 40yaşdan sonra 100% KRX-in yaranmasına səbəb olur.

Yoğun bağırsaq irsi polipozları supressor genlərin mutasiyasının nəticəsində yaranır. Neoplaziyanın yaranması 95% halda somatik hüceyrədə APC bir allel geninin inaktivasiyası ilə əlaqədardır; yoğun bağırsaq xərçəngi 60%, qalan hallarda isə süd vəzi və mədə xərçəngi inkişaf edir.

Klinik risk faktorları

Bura aşağıdakı göstəricilər daxildir:

  • xəstəliyin müddəti
  • zədələnmənin yayılma dərəcəsi
  • xəstəliyin cavan yaşlarda başlanması
  • I-li sklerozlaşan xolangit və ya stenoz kimi ağırlaşmaların olması.

Qeyri adekvat medikamentoz müalicənin (mümkün ola bilər) aparılmaması və xəstənin sonrakı müşahidəsinin olmaması da riski artıra bilər. Hal-hazırda müxtəlif risk faktorları və simptomlar məlumdur ki, bunlar diaqnozun vaxtında qoyulmasına yardımçı ola bilər:

  1. Yaşın 50-55-dən yuxarı olması
  2. Ailəvi onkoloji anamnez
  3. Meteorizm, davamsız nəcis ifrazı, ishalla növbələşən qəbizlik, defekasiyanın xarakteri (“lentşəkilli”, “qoyun nəcisi”).
  4. Nəcisdə selik və qanın olması
  5. Xroniki qəbizlik
  6. Duru nəcis ifrazı
  7. Qarında qeyri müəyyən lokalizasiya və xarakterli ağrılar
  8. Zəiflik, çox yorulma
  9. Defekasiya zamanı tam boşalmama hissinin olması və s.

Yoğun və düz bağırsaq xərçəngi erkən mərhələdə aşkarlandıqda demək olar ki, 100% halda müalicəsi mümkündür.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *