Yod çatısmazlıgının neyropsixi pozgunluqların inkişafına təsiri

Yod insan orqanizmi həyat üçün çox əhəmiyyətli bir mikroelementdir. Yod  bütün yaşlarda kifayət qədər miqdarda müntəzəm olaraq  istifadə edilməlidir. Bu elementin yalnız 5 gramı 70 il ömür müddəti olan bir insanın həyati ehtiyaclarını ödəmək üçün kifayətdir. Sağlam yetkin orqanizmdə 15-20 mq yod olur, onun 60-70% — i qalxanabənzər vəzdə toplanır. Yod qalxanvari vəz hormonlarının sintezi,  tənzimlənməsi üçün vacibdir və tiroid vezi normal metabolik funksiyaların həyata keçməsində əsas rol oynayır.

Müəllif: Dr. Gülsüm Hüseynova, həkim-pediatr, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi.

Okeanlar dünyada yodun əsas depolarıdır və yer üzündə torpaqda  az miqdarda  yod mövcüddur. Torpaqda yod çöküntüsü okean suyundan buxarlanma nəticəsində yığılır. Dünyanın sahilyanı sahələrinin torpaqları yodla daha zəngindir. Yod kasad olan torpaqda yetişdirilən bitkilərdə onun səviyyəsi cuzi miqdarda olur. Yer kürəsindəki əhalinin təxminən 25% -i yod çatışmazlığı ilə qarşılaşır. Yod çatışmazlığı pozğunluqları qlobal səviyyədə  ayrı-ayrı insanların və cəmiyyətin sağlamlığına təhlükə doğurur . Bu ictimai səhiyyə  üçün  ciddi bir problemdir.

Yod çatışmazlığı olan rayonlarda yaşayan yetkin əhalidə  apatiyanın yüksək dərəcəsi, əqli iş qabiliyyətinin azalması, fiziki enerji çatışmazlığı və əmək məhsuldarlığının azalması həyatın aşağı keyfiyyətinə səbəb olur. Bu mikroelementə olan ehtiyyacın artdığı ən mühüm mərhələlər bətndaxili  və erkən uşaqlıq dövrüdür. Bu zaman yodun çatışmazlığı  intellektual səviyyənin azalması, intellekt testlərinin aşağı  balları, görmə zəifliyi, nitqin pozulması, kiçik motorikada səriştəsizlik, tarazlığın pozulması, izolə edilmiş karlıq, nevroloji simptomlarla özünü göstərir.

Yaponlar qida ilə azı 7000 mkg/gün yod qəbul edirlər. Hesablanmışdır ki, bu miqdar normanı təxminən 5-14 dəfə aşır. Bu yüksək səviyyədə yod qəbulu sağlam insanların tiroid funksiyasına basqılayıcı  təsir etmir, lakin qalxanabənzər vəzi düyünləri, hipertiroidizm və otoimmün qalxanabənzər vəzi xəstəlikləri olan xəstələr üüçün təhlükəli ola bilər. Əksinə pəhrizlə yüksək miqdarda yod istehlak edən Yapon qadınlarda  süd vəzinin xoşxassəli və ya bədxassəli xərçəngi inkşafı tezliyi azalmışdır. Lakin onlar digər ölkələrə köç edən zaman bu qoruyucu üstünlüyü itirirlər.

Yod çatışmazlığını günlük istifadə olunan qidaların yodla zənginləşdirilməsi ilə müəyyən qədər  qarşısını almaq olar. Bu tədbir  ilk dəfə  İsveçrədə  1922-ci ildə tətbiq edilmişdir. O vaxtdan dünyanın bir çox yerlərində xörək duzu, bir sıra digər ərzaq məhsulları, mal-qara qidaları yodla zənginləşdirmək  kimi profilaktik proqramlar tətbiq edilir. Bu məqsədlə əsasən  kalium yodat və yodid  istifadə olunur.

Yod orqanizmdən sidiklə xaric olduğu üçün, əhalidə yod çatışmazlığını müəyyən etməyin bir yolu sidik nümunələrində onun miqdarını ölçməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  əhalidə yod çatışmazlığını , sidikdə 50 mkq/l-dən az olan yodun orta konsentrasiyası kimi müəyyən edir. 1990-cı ildə ÜST-ün məlumatlarına görə, inkişaf etməkdə olan ölkələrdə yod çatışmazlığı riskinə məruz qalan əhalinin ümumi sayı 1 milyard nəfər təşkil edirdi ki, onlardan 200 milyonu  Zob xəstəliyindən əziyyət çəkirdi; 5 milyondan çoxu əqli geriləməyə məruz qalmış kretinizmli xəstələr; 15 milyonu isə aşağı dərəcəli əqli qüsura malik idi.

Dünyanın ən intensiv endemik zonası Hindistanda hesab olunur. Hindistanda 150 milyon insanın yod çatışmazlığı riskinə məruz qaldığı təxmin edilir ki, bunlardan 54 milyonu zobdan əziyyət çəkir, 2,2 milyonu  kretinizmlidir və 6,6 milyonunda fərqli  nevroloji qüsurları var.

Yeni orqanizmin inkşafı üçün yod  əvəz olunmaz mikroelementdir. Onun bioloji təsirləri tiroid hormonların sintezinə daxil edilməsi  və bununla da fetusun orqanogenezində və xüsusilə də beynin inkişafında həlledici rol oynamasıdır. Hamiləliyin erkən mərhələlərində neyronların adekvat böyüməsi, beyin qabığı, görmə və eşitmə mərkəzlərinin mielinizasiyası da daxil olmaqla, bütün mərkəzi sinir sisteminə  təsir göstərir. Hamiləliyin 20ci həftəsinə qədər fetusun tiroid vəzi  aktiv olmadığı üçün anadan keçən tiroksindən tamamilə asılıdır. Beləliklə, ananın  tiroid vəzi bu vəziyyətə uyğunlaşmalı  və əvvəlkindən 1,5 dəfə çox tiroksin istehsal etməlidir. Bu, bədənin ferment mexanizminin normal işləməsini, eləcə də tiroid hormonlarının sintezi üçün əsas substratı olan yod qəbulunu kifayət qədər tələb edir.

2017-ci ildə 18 ölkədə  reproduktiv yaşlı qadınlarda, 9 ölkədə isə hamilə qadınlarda yod çatışmazlığı  aşkar edilmişdir. Bu mərhələdə olan   çatışmazlıq uşaqlarda beynin geri dönməz zədələnməsinin meydana gəlməsinə səbəb olur. Hamiləlik dövründə  yodun ağır çatışmazlığı endemik kretinizmə, yod çatışmazlığının aşağı və orta dərəcəsi psixomotor qüsurlar, zehni geriləmə, karlıq, anadangəlmə anomaliyalar, həmçinin düşüklərə və ya ölü doğuma səbəb ola bilər.  Bütün böyümə boyunca bu hal uşağın fiziki  və neyrokognitiv inkişafına, yaddaş funksiyalarına, yetişkin yaşda zob, hipotireoza səbəb olur .Yod profilaktikası, bir qayda olaraq, yan təsirləri olmadan hamilə qadınlar və doğulan körpələrdə  yaxşı tolere edilir.

Anaların yod ilə əlaqəli hipotiroksinemiyasının bioloji nəticələri hazırda həm eksperimental modellərdə, həm də klinik və epidemioloji məlumatlar əsasında çox yaxşı bilinir. Hamilə qadınlarda  tiroksin çatışmazlığı dərəcəsinə uyğun olaraq — ağır psixi disfunksiyadan, hiperaktik, diqqət əksikliyi , IQ səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi, neonatal ölüm  kimi  müxtəlif patologiyalar inkşaf edir.  Bütün bunlar sübut edir ki, yod,  yod çatışmazlığından 2 milyard insanın (bütün əhalinin 35,2% — i) əziyyət çəkdiyi dünyada psixi funksiyaların pozulmasının qarşısını alan aparıcı elementdir.

Ümumdünya Səhiyyə Təşkilatı  hamiləliyi planlaşdıran qadınlara,  hamiləlik və laktasiya dövründə olan analara yod çatışmazlığının qarşısının alınması məqsədilə sistematik yod profilaktikası tövsiyə edir. Yod qəbulu — bətndaxili  dövrdə dölün , laktasiya zamanı yenidoğulmuşun neyrokoqnitiv funksiyalarının inkşafında, qalxanvari vəz hormonlarının sintezində, metabolik xəstəliklərin profilaktikasında əsas rol oynayır .

Ümumdünya Səhiyyə Təşkilatı  yodlaşdırılmış duzun istehlak edilmədiyi ərazilərdə hamilə qadınlara 250 mkq/gün  yod əlavə edilməsini tövsiyə edir. Həmçinin 0-59 ay uşaqlarda — 90 mkq,  6-12 yaş uşaqlarda  – 120mkq, yeniyetmələrdə və yetişkinlərdə  —  150 mkq/gün təşkil edir.  Amerika Tiroid Assosiasiyası Amerikan qadınlarına hamiləlik və laktasiya dövründə 150 mkq miqdarında yod əlavəsi qəbul etməyi tövsiyyə edir. Avropa qadınlarının isə yalnız 15-30%-i yod ilə əlavələri alırlar.

Bir sıra çalışmalarda məqsəd,  yod çatışmazlığı olan rayonlardakı  hamilələrə ilk üç aylıq dövrdən 300 mkq/gün  yod əlavələrinin  verilməsinin uşaqlarda neyrokognitiv inkişafa təsirini öyrənmək olmuşdur. Bu anaların uşaqlarında — əqli, psixomotor inkşaf indeksi, səs reaksiya müddəti, IQ  intellekt əmsalı göstəriciləri, dil, oxu və yazı bacarıqları dəyərləndirilmişdi.  Sinir sisteminin inkişafını qiymətləndirmək üçün Bailey şkalası (Bailey şkalası miqyası üç göstəricidən ibarətdir: zehni, psixomotor və davranış inkişafı) və Children’s Communication Checklist-Short testindən istifadə olunmuşdur. Nəticələr  yod əlavələri qəbul etməyən anaların uşaqlarına görə nəzərə çarpan olmuşdur.

Lakin,hamiləliyin 14 cü həftəsindən sonra yod qəbulu  gecikmiş kimi görünür.  Çünki, sinir sisteminin inkşafı  əsasən hamiləliyin  5-6cı həftələri  arasında baş verir.

Həmçinin Müxtəlif tədqiqatlar göstərir ki, doğuşdan sonra ana südü ilə  zəngin yod qəbulu  uşaqların daha yüksək intellektual qabiliyyətləri ilə əlaqəlidir.

Aşağı və çox aşağı bədən çəkisi olan erkən doğulmuş uşaqlar yod üçün daha həssasdırlar və bu yenidoğulmuşlarda TSH səviyyəsinin artması sinir sisteminin inkişafına fərqli təsir göstərə bilər. Hamiləlik zamanı 300 mkq/gün yod  əlavəsinin qəbulunun vaxtından əvvəl doğulmuş və ya aşağı bədən çəkisi olan uşaqlarda sinir sisteminin inkişafına müsbət təsir etdiyi göstərilmişdir.

Meksikada aparılan bir araşdırmada 21,4% məktəb yaşlı olan uşaqlar arasında Zobun yayılması təəccüblü idi çünki, duzun universal yodlaşdırılması Meksikada 60 ildən çoxdur ki, hökumət tərəfindən tənzimlənən bir təcrübədir. ÜST-nin meyarlarına görə, zobun   5% -dan çox  yayılması ictimai səhiyyə probleminin  göstəricisidir. Yod statusunun bir göstəricisi olaraq sidikdə yod çıxarılmasını nəzərə alaraq, bu araşdırmada uşaqların 19,5% — də sidiklə yodun atılmasının aşağı səviyyədə olduğunu aşkar etdik. Sidikdə yodun aşağı səviyyəsi ilə aşağı IQ göstəricilərinin arasında əlaqə olması müəyyən olundu. Əslində  İdrarda yodun xaric olması qısa müddət əvvəl yod qəbulunda artır, onun konsentrasiyası sidikdə tez tez dəyişilir. Bunu nəzərə alaraq digər biokimyəvi analizlərin nəticələri yod çatışmazlığı ilə əlaqədar IQ göstəricilərinin azalması ehtimalının dörd dəfə çox olduğunu aşkar etmişdir .

Tiwari və digərləri   uzun müddətli  yod defisitinin təsirini araşdırmış və məlum olmuşdur  ki, ağır yod  çatışmazlığı vizual təlim və yaddaş, diqqət əksikliyi, öyrənmə pozuntularının  inkşafına səbəb olur, mülayim çatışmazlıq isə  sosial-iqtisadi cəhətdən nailiyyətlər üçün motivasiyanı azaldır. Həmçinin  yod əlavələrinin qəbulu uşaqlarda  zehni funksiyaların və intellekt  göstəricilərinin yaxşılaşdırılması barədə məlumat verilmişdir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *