«DIETOLOGIYA VƏ PIYLƏNMƏNIN PROFILAKTIKASI» HƏKİMLƏR ÜÇÜN TƏHSIL PROQRAMI

Kurs diyetologiya və piylənmənin profilaktikası sahəsində dərin biliklərə yiyələnmək imkanı verən təlim proqramlarını əhatə edir.  Proqramlar müasir tədqiqatlarda əldə edilən yeniliklərlə bağlı daim zənginləşir. Kurs yalnız tibbi auditoriya üçün nəzərdə tutulmuşdur. Bu, Azərbaycanda sağlam qidalanma sahəsində akademik bilik və praktiki bacarıqlar əldə etmək üçün unikal imkandır.

KURSUN PROQRAMI:

Kurs növbəti təlimlərdən təşkil olunmuşdur:

1. «Nutrisiologiya və Dietologiyanın əsasları»

  • Həzmin fiziologiyası. Zülallar və onların qida dəyərləri.
  • Karbohidratların qida dəyəri. Taxıllar, Meyvə və tərəvəz.
  • Yağlar, Yağların metabolizması,bitki və heyvan mənşəli yağlar.
  • Vitaminlər.
  • Minerallar.
  • Rasional qidalanma.
  • Pəhrizlər. Nümunələrin müzakirəsi.
  • Testlər.

2. «Piylənmənin idarə olunması»

  • Piylənmə xəstəlik kimi. Piylənmənin təsnifatı səbəbləri və nəticələri.
  • Piy toxuması və onun rolu. Ağ və boz(qonur) piy hüceyrələri.
  • İştahın hormonal tənzimlənməsi.
  • Metabolik sindrom piylənmənin ayrılmaz hissəsi kimi.
  • Piylənmədən əziyyət çəkən xəstələrin qiymətləndirilməsi.
  • Piylənmədə pəhriz terapiyası.
  • Piylənmədə farmakoterapiya.
  • Piylənmənin cərrahi mualicəsi.
  • Uşaq piylənməsi.
  • Piylənmədən əziyyət çəkən xəstənin aparılması № 1
  • Piylənmədən əziyyət çəkən xəstənin aparılması № 2 

3. «Kliniki dietologiya»

  • Qeyri Alkaqol mənşəli qaraciyər piylənməsi.
  • Şəkərli diabet və qidalanma.
  • Qalxanvari vəzi xəstəlikləri və sağlam qidalanma.
  • Müalicəvi qidalanma.
  • Qaraciyər, öd kisəsi.
  • Ürək qan-damar xəstəlikləri.
  • Hamiləlik dövrü və süd verən anaların qidalanması.
  • Böyrək xəstəliklərində qidalanma.
  • Zülal enerji defisiti.
  • Qadın və kişi sağlamlığı.
  • Klimaks və sağlam qidalanma.

4. «Bağırsağın Mikrobiotası»

  • Mikrobiotaya giriş,İkinci beyin bağırsaqlar.
  • Qida allergiyaları, qida intoleranslığı.
  • Elminasiya pəhrizləri, kieslər.
  • Helikobakter pilori, Kandida.
  • Sibr.
  • Fekal transpantasiyalar, Probiotik və Prebiotiklər.

5. «Piylənmənin müalicəsində psixoloji aspektlər»

  • Yaş dövrünün böhranları.
  • Uğurlu həkimin strategiyası.
  • Emosional qidalanma.
  • Piylənmə müalicəsində davranış terapiyası.

KURS HAQQINDA MƏLUMAT:

Dərslər həftədə iki dəfə (bazar ertəsi-cümə və ya çərşənbə axşamı-cümə axşamı), birinci növbədə (10:00-dan 13:00-a qədər) və ikinci növbədə (15:00-dan 18:00-a qədər) keçirilir. Proqram çərçivəsində təlim 4 ay davam edir. Dərslər Azərbaycan və Rus dillərində aparılır. Təlimin nəticələrinə görə iştirakçılara diplom verilir. Kursda iştiraka görə Azərbaycan Səhiyyə Nazirliyindən kreditlər verilir (ballar).

TƏLIMÇILƏR

KURSA QEYDIYYAT

Təlimlərimizə aşağıdakı linkdə qeydiyyatdan keçə bilərsiniz:

QEYDIYYAT

Bizimlə əlaqə:
(+994 12) 597-48-10
(+994 50) 661-09-33
info@andop.az

Maraqlıdır

«NUTRİSİOLOGİYA VƏ DİETOLOGİYA» QEYRİ HƏKİMLƏR ÜÇÜN TƏHSİL PROQRAMI

Proqram sağlam qidalanma sahəsində maariflənmək istəyən və bu sahədə daima yeniliklər axtarışında olan geniş auditoriya üçün hazırlanmışdır. Kurs Nutrisiologiya Diyetologiya və Piylənmənin idarə olunması Akademiyasının (ANDOP) əsas təlimlərini əhatə edir. Burada iştirakçılar Qidalanma və Diyetologiya sahəsində ən son məlumatları əldə edir, fəaliyyət və həyat tərzinə əsaslanaraq fərdi diyetlər tərtib etməyi öyrənir, praktik bacarıqlara yiyələnirlər.

5 комментариев

  1. Salam mən sizin vatsap nömrənizlə danışmışam. 4 aylıq kursa yazılacaqdım. Karantin çıxdı. 1500 azn 4 aylıq kurs idi. Sonda diplom veriləcək di dietoloq işləmək üçün. Qeyri həkim tibb işçiləri üçün kurslar yazılmışdı deyəsən. Onlayn necə olur? Məlumat verərdizdə.

  2. Zalxa Təhləyeva

    Salam mən tibb bacısıyam mən bu cür kurslara yazıla bilərəm? Bilərəmsə maliyyəti nə qədərdi? Zəhmət olmasa

  3. Salam.zehmet olmasa deyərdiz bu kursun qiymətini?

Добавить комментарий для Həvva Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *