Abd Tehrani, Birminhem Universitetində (UOB) Milli Tibbi Araşdırmalar İnstitutunun doktoru, həm də Heart of England NHS Foundation Trust təşkilatının rəhbəri və fəxri məsləhətçi-endokrinoloqudur. O, konfrans iştirakçılarına piylənmənin bir xəstəlik olması haqqında məruzə etdi. Məşhur alimin konfransla bağlı təəssüratlarını öyrəndik.
Daha ətraflıUşaqlarda artıq çəki – onun sağlam inkşaf etdiyinin göstəricisi deyil
Uşaqlarda artıq çəki və piylənmə orqanizmdə metabolik pozğunluqların əsasını qoyur və gələcəkdə metabolik sidromun inkşafına səbəb olur.Metabolik sindromun ağırlaşmaları erkən ölüm risqini artırır. Günümüzdə çox aktual problemdir,geniş yayılmasının əsas səbəbi valideynlərin artıq çəkini sağlamlıq kimi düşünmələri və hansı ciddi patologiyalara səbəb olacağından məlumatsız olmalarıdı. Bu gün bu problem haqqında pediatr, dietoloq, uşaq piylənməsi üzrə mütəxəssis, ANDOP təlimçisi Gülsüm Hüseynova ilə danışacayiq.
Daha ətraflıDoktor Qrehem Simpson: “4 həftə ərzində II tip diabetdən tamamilə qurtulmaq mümkündür”
Yanvarın 25-də Bakıda "Diabetik piylənmənin 4 həftəlik müalicəsi" proqramının dünya təqdimatı çərçivəsində böyük bir konfrans keçirildi. Tədbir Sea Breeze Anti-Aging Center və ANDOP tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində "insulinə qarşı müqavimət" sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan doktor Qrehem Simpson azərbaycanlı həkimlərə II tip şəkərli diabet və diabetik piylənmənin tam müalicəsi üsulunu paylaşdı
Daha ətraflıSevinc Zaman: Sağlam həyat tərzi və qidalanmanı təbliğ etmək üçün fəal şəkildə maarifləndirmə işi aparmaq lazımdır
Sağlam həyat tərzi və düzgün qidalanma sağlamlığın qorunmasında vacib amillərdir. Təsadüfi deyil ki, bir çox xəstəliklərin kökündə bəzən insanın öz orqanizminə laqeyd yanaşması durur . Buna görə də maarifləndirmə tədbirləri zəruridir. Bu gün Nutrisiologiya Dietologiya və Piylənmənin idarə olunması Akademiyasının rəhbəri Sevinc Zamanla bu barədə danışacağıq.
Daha ətraflıMariya Xassapidu: «Piylənmə ilə mübarizədə bütün cəmiyyəti cəlb etmək və problemə kompleks şəklində yanaşmaq vacibdir»
Səhiyyə Nazirliyi nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) tərəfindən təşkil edilən “Piylənmənin idarəsində Müasir Tendensiyalar” adlı beynəlxalq Elmi Konfransın keçirildiyi ərazidə biz professor Mariya Xassapidu ilə üzləşdik.
Daha ətraflıPiylənmə: qlobal sağlamlığa təhlükə
ANDOP, Azərbaycan Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (ISIM) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Bakıda keçirilmiş “Qeyri infeksion xəstəliklərin yükü və öhdəsindən gəlmə strategiyaları” adlı II Milli konfransda fəal iştirak etdi.
Daha ətraflıANDOP-da Natella Isazadənin “Liderlər üçün natiqliyin sirrləri” adli seminari keçiriləcəkdir.
ANDOP-da Natella Isazadənin "Liderlər üçün natiqliyin sirrləri" adli seminari keçiriləcəkdir
Daha ətraflıANDOP komandası HealthyFest-də
Bakıda Sağlamlıq Festivalı keçirildi! Festival sağlam həyat tərzi fikirlərini bir birləri ilə bölüşən insanları bir araya gətirdi. İştirakçılara Pilates, yoga, zumba, parkour və s. peşəkarlar tərəfindən dərslər təklif olundu.
Daha ətraflıQələvi mühitdə Ph dəyişikliyi
Alkalizasiya bu gün sağlam və düzgün qidalanmanın elmi təsdiqidir. Məsələ burasındadır ki, bədənin mühiti bir qədər qələvidir. Hüceyrələr, onların tərkibində gedən kimyəvi reaksiyalar, bağırsaqdakı faydalı bakteriyalar və hətta immunitet sistemi qələvi mühitdə daha yaxşı işləyir.
Daha ətraflıOlimpiyaçılar üçün öyrənməyə dəyər 3 qida vərdişi
Məşq öncəsi və sonrası düzgün qidalanma idmançıların gündəlik həyatında çox böyük rol oynayır. Və əgər sən Dünyanın əsas idman tədbiri - Olimpiya Oyunlarında ölkənin adını uca tutmağa gələn ən yaxşı idmançılardan birisənsə, deməli qidalanma sistemi daha mükəmməl şəkildə planlaşdırılmalıdır.
Daha ətraflı