Martın 04-dən DÜNYA PİYLƏNMƏ ilə mübarizə GÜNÜ 2021 həsr olunmuş Beynəlxalq Elmi-Praktiki Konfrans baş tutdu. Konfrans ANDOP-un (Nutrisiologiya, Diyetologiya və Piylənmənin profilaktikası Akademiyası) təşkilatçılığı ilə, Səhiyyə Nazirliyi (İctimai Səhiyyə və İslahatlar Mərkəzi), WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə keçirilib.
Dr. Vüqar Fəttah-Pur (Azərbaycan)
t.ü.f.d., ADHTİ-nin «Damar cərrahiyyəsi kursu ilə cərrahiyyə» kafedrasının dosenti, AÜDCA-nın Xroniki yara və Diabetik ayaq üzrə işçi qrupunun rəhbəri, İnnovativ Damar və Podiatriya Mərkəzinin direktoru
Mövzu: “Aşağı ətraflarda xroniki venoz çatışmazlıq, aşağı ətraflarda ödemlər, limfedema, lipodema və artıq çəki: risk faktorundan nəticəyə doğru”