Masonry Layout

Iltihab prosesi və mikronutrientlər

İnfeksiya, iltihab və mikronutrient statusunun dəyişməsi arasındakı əlaqə uzun illərdir ki, məlumdur. Bir çox xəstəliklərdə iltihab reaksiyası müşahidə olunur. Bu da, təbii ki, nəticədə mikronutrient ehtiyatlarına təsir edir.

Daha ətraflı

Cücərtinin faydaları

Cücərtinin müalicəvi xüsusiyyətlərini hələ qədim dövrlərdən bilirdilər. Bəzi bitkilərin cücərmiş toxumlarından (buğda, çovdar, küncüt və s.) xalq təbabətində bir çox xəstəliklərin profilaktikası və müalicəsi üçün istifadə ediblər. Cücərtilər qidalanma və dərman xüsusiyyətlərini özündə birləşdirir. Buna görə də onu “canlı dərman”, “tibbi qida”, “şəfalı qida”, “cavanlaşdırıcı iksir” də adlandırırlar.

Daha ətraflı

Şəkərin orqanizmə zərərləri

Sadə şəkərlər  istehsalçı, aşpaz  və  ya istehlakçı tərəfindən qidalara, içkilərə əlavə edilən monosaxaridlər (məsələn, qlükoza, fruktoza) və disaxaridlər (məsələn, saxaroza və ya süfrə şəkəri), həmçinin təbii olaraq balda, şərbətdə, meyvə şirəsində, konsentrat meyvə sularında mövcud olan şəkərlərdir. Şəkər saxarozanın ümumi adıdır (iki monosaxariddən ibarət olan disaxarid: α-qlükoza və β-fruktoza).

Daha ətraflı

Piylənmə və COVID-19: Tədbir görmək zamanıdır.

COVID-19 bu günə qədər dünyada 3,5 milyondan çox insanı təsir altına salıb. Bu  virus dünyada bir çox insana təsir etsə də, xəstəxanaya yerləşdirilən koronaviruslu xəstələrin əksəriyyətində başqa xəstəliklər də müşahidə olunub. Çindən gələn ilkin məlumatlara görə, COVID-19-a yoluxmuş xəstələrdə piylənmə ilə yanaşı, ən çox görülən xəstəliklər 2-ci tip diabet, hipertoniya, xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki böyrək xəstəliyi, hepatit B, ürək-damar xəstəliyi, baş beyinin damar xəstəliyi və immun çatışmazlığı idi. Piylənmə COVID-19 infeksiyasının ümumi komorbidliyi kimi qeyd olunmayıb.

Daha ətraflı