«Kilo problemi olan şəxslərə psixoloji dəstək texnikaları»
ANDOP-un «Kilo problemi olan şəxslərə psixoloji dəstək texnikaları» üzrə kursumuzun məzunları! Məzunlarımızın hər birinə təşəkkür edirik və gələcək karyeralarında uğurlar arzulayırıq!
Bu təlimdə siz yemə pozuntusundan əziyyət çəkən həmçinin digər kilo problemi olan pasientlərə tətbiq oluna biləcək psixoloji motivasiya texnikaları ilə tanış olacaqsınız.
Təlim 4 calı dərsdən ibarətdir. Hər dərs 3 saat davam edəcəkdir.
Təlimçi: Şəlalə İbrahimova, Yemə pozuntuları üzrə ixtisaslaşmış psixoloq
Təlimin əsas məqsədi diyetoloqların və nutrisioloqların yemə pozuntusundan və ya digər kilo problemlərindən əziyyət çəkən pasiyentlərdə müntəzəm qidalanma rejiminin və həyat tərzi dəyişikliklərinin həyata keçirilməsidir.
Təlim nəticəsində siz pasientlərin motivasiyasının artırılması və həmçinin ortaya çıxa biləcək müqavimətin azaldılması üçün psixoloji müdaxilə texnikaları və həmin texnikaların istifadə prinsipləri ilə tanış olacaqsız.
🟣 Dərs 1
🔹️Yemə pozuntularının yaranma səbəbləri və bu barədə miflər.
🔹️Yemə pozuntularının diaqnostikası və şiddət dərəcəsi.
🟣 Dərs 2
🔹️Kilo problemi olan şəxslərə psixoloji dəstək prinsipləri.
🔹️Poliprofessional komanda prinsipi.
🟣Dərs 3
🔹️Qidalanma rejiminin korreksiyasında psixoloji yanaşma.
Mənfi bədən obrazının korreksiyası ilə bağlı texnikalar.
🟣 Dərs 4
🔹️Emosional özünüidarəetmə bacarığı.
🔹️Psixoloji müqavimətlə iş.
Bu təlim yemə pozuntusu üzrə ixtisaslaşmış və öz praktikasında bu xəstələrlə çalışan psixoloq Şəlalə İbrahimova tərəfindən aparılacaqdır. Təlimin sizə faydası bu sahədə lazım ola biləcək nəzəri biliklərlə yanaşı öz praktikanızda tətbiq edə biləcəyiniz praktiki biliklər olacaqdır.