“Nutrisiologiyanın və dietologiyanın əsasları” kursunun iştirakçıları öz fikirləri ilə bölüşürlər.
Nərmin Xudiyeva, psixoloq:
“Kurslardakı atmosfer olduqca gözəldir. Özün üçün lazımlı informasiya əldə etməkdən əlavə, həm də bu bilikləri təcrübədə necə tətbiq etməyi də öyrənirsən. Kursların gedişində həmçinin ağır halların müzakirəsi keçirilir və həmkarlarla birlikdə qərarlar qəbul edilir. Mənə öz təcrübəmdə lazım olacaq bilikləri əldə etməklə yanaşı, bilirəm ki, zərurət olduqda, mən hər zaman məsləhət üçün bu mərkəzə müraciət edə bilərəm və burada mənə mütləq kömək edəcəklər”.