Hesab edilir ki, şəkərli diabet koronavirus infeksiyasının inkişafı üçün risk amillərindən ən əhəmiyyətlisidir. Yeni klinik məlumatlar və təcrübələr göstərir ki, bu əks istiqamətdə də işləyə bilər: alimlər insanlarda COVID-19 zamanı tip 2 şəkərli diabetin əmələ gəlməsi hallarını qeydə alırlar.
Daha ətraflıŞəkərin orqanizmə zərərləri
Sadə şəkərlər istehsalçı, aşpaz və ya istehlakçı tərəfindən qidalara, içkilərə əlavə edilən monosaxaridlər (məsələn, qlükoza, fruktoza) və disaxaridlər (məsələn, saxaroza və ya süfrə şəkəri), həmçinin təbii olaraq balda, şərbətdə, meyvə şirəsində, konsentrat meyvə sularında mövcud olan şəkərlərdir. Şəkər saxarozanın ümumi adıdır (iki monosaxariddən ibarət olan disaxarid: α-qlükoza və β-fruktoza).
Daha ətraflıArtıq çəkinin sağlamlığa hansı təsirləri var?
ÜST-nın son statistikasına görə, dünyada hər 3 yetişkin insandan ən azı biri artıq çəkiyə sahibdir və demək olar ki, hər 10 nəfərdən biri piylənmədən əziyyət çəkir. Bundan əlavə, 40 milyondan çox 5 yaşınadək uşaq artıq çəkidən əziyyət çəkir. Artıq çəki və ya piylənmə sağlamlığa əhəmiyyətli dərəcədə təsir edə bilər.
Daha ətraflıPrediabet və piylənmə
Beynəlxalq Diabet Federasiyasının (İDF) 2019-cu il məlumatına görə dünyada 463 mln. şəkərli diabet xəstəsi qeydə alınıb və proqnozlara görə bu rəqəm 2045-ci ilə qədər 700 mln. çatacaq. Şəkərli diabet ölümün əsas səbəblərindən biridir. Diabeti olan xəstələrdə müxtəlif səbəblərdən ölüm riski 2-3 dəfə artıq olur.
Daha ətraflıDoktor Qrehem Simpson: “4 həftə ərzində II tip diabetdən tamamilə qurtulmaq mümkündür”
Yanvarın 25-də Bakıda "Diabetik piylənmənin 4 həftəlik müalicəsi" proqramının dünya təqdimatı çərçivəsində böyük bir konfrans keçirildi. Tədbir Sea Breeze Anti-Aging Center və ANDOP tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində "insulinə qarşı müqavimət" sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan doktor Qrehem Simpson azərbaycanlı həkimlərə II tip şəkərli diabet və diabetik piylənmənin tam müalicəsi üsulunu paylaşdı
Daha ətraflı