Telegram

Facebook group

2021-ci ildə ANDOP üçün ən önəmli 5 hadisə

2021-ci il başa çatdı və artıq hesabat vaxtıdır. İlk olaraq onu qeyd etməliyik ki, bu il çox önəmli hadisələrlə zəngin oldu. Axı, bu yaxınlarda biz 30 ildir işğal altında olan Qarabağın azad edilməsini - ümumi Böyük Qələbə Gününü qeyd etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının dəstəyi ilə Azərbaycan ordusunun qazandığı qələbə hər birimizdə xüsusi qalib ruhu aşıladı! İndi bizdə elə bir hiss var ki, ANDOP-un hər addımı mütləq uğurla nəticələnəcək! Həm 2021-ci ilin, həm də ANDOP-un 5 illik fəaliyyətinin yekunu olaraq, 5 ən mühüm hadisəni qeyd edirik.

Daha ətraflı

Epigenetika haqqında nələri bilirik? (I hissə)

DNT-nin kodlaşdıran bölgələrinin nukleotid ardıcıllığında dəyişikliklərlə əlaqəli olmayan,  genlərin fəaliyyətindəki dəyişiklikləri öyrənən elmə epigenetika deyilir. DNT-ni dəyişdirmədən genlərin tənzimlənməsinin bütün üsullarına epigenetik mexanizmlər deyilir. Eukariotlarda epigenetik dəyişikliklərə nümunə olaraq hüceyrə diferensiasiyası prosesini göstərmək olar.

Daha ətraflı

«Tibbi genetika və müasir imkanlar»

Siz heç atalarınızdan aldığınız miras barədə — unikal bir gen toplusuna sahib olduğunuzu düşündünüzmü? Çox güman ki, bəli. Bu gün tibbi genetika tibb praktikasında fəal şəkildə tətbiq olunur. Laboratoriya testləri, genetik testlər, vitaminlər və mikro elementlərinin tam şəkildə analizi bir preventiv həkim (profilaktik tibb) üçün önəmlidir. Bütün bunları sağlam və …

Daha ətraflı

Laksatif xəstəliyin elmi izahı

Bu gün etiraf etməliyik ki, insanın psixi fəaliyyəti, müasir informasiya axını, gərgin rejim  həzm orqanlarının funksiyalarına getdikcə daha pis təsir edir və fiziki fəaliyyətin paradoksal şəkildə azalması ilə müşayiət olunur. Son vaxtlara qədər hesab edilirdi ki, xroniki qəbizlikdən əziyyət çəkənlər dünyadakı yetişkin insanların, orta hesabla, 12%-ni təşkil edir. Bu gün III Roma Funksional Patoloji konsensusuna (2006) görə, bu problemdən əziyyət çəkənlərin sayı 2 dəfə artaraq 27%-ə çatıb.

Daha ətraflı